GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağciyər İnstitutunda ancaq "ağciyərlər" işləyə bilər - Oqtay Şirəliyevin buna nə dəxli?

Ağciyər İnstitutunda ancaq "ağciyərlər" işləyə bilər - Oqtay Şirəliyevin buna nə dəxli?

Tarix: 16-01-2018, 16:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 655
Ağciyər İnstitutunda ancaq "ağciyərlər" işləyə bilər - Oqtay Şirəliyevin buna nə dəxli?


Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova indiki vəzifəyə təyin olunandan bu tibb ocağında şikayətlərin ardı-arası kəsilmir. Maraqlıdır ki, şikayətçilər illərlə bu institutda müxtəlif vəzifələrdə işləyən tibb xadimləridir.

gundemxeber.az-un ovqat.com-a istinadla əldə etdiyi məlumata görə, onlar bildirir ki, yeni direktor institutda sözün həqiqi mənasında diktatura rejimi yaradıb. İddia olunur ki, “mən bu idarənin müdiriyəm, mən nə desəm, o olur” fəlsəfəsini əlində rəhbər tutan “dəmir ledi”nin ilk işi öz işilərinin maaşını 50% azaltmaq olub. Maaşları azaldılan həkimlərin iş saatları isə qeyri-qanuni uzaldılıb. Bu qeyri-mütənasibliyi anlamaqda çətinlik çəkən həkimləri isə bir cəza gözləyir – işdən atılmaq.

Ümumiyyətlə, ağciyər həkimi olmasa da, Ağciyər İnstitutunun baş həkiminin, deyəsən, “ağciyərə” xüsusi simpatiyası var. 10 aydır bu vəzifəyə təyin olunan Həqiqət xanımın indiyə qədər atdığı addımlardan belə məlum olur ki, baş həkim həkimlərin yalnız “ağciyər” olanını bəyənir - yəni qorxağını, cavab qaytarmayanını. Məhz bu səbəbdən də institutun hansı işçisi ürəkli davaranıb onun sözünün üstünə söz deyibsə, dərhal işdən çıxarılıb. Təyin olunduğu 10 ay ərzində onun “ağciyər” əməliyyatında qurban gedən həkimlərin siyahısı xeyli qabarıqdır:

-8 aparıcı işdən çıxarılıb.

Kamal Eliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri,
Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.
Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),
Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.
Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə muduri.
Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.
Elşən Həsənov; anestezioloq-reanimatoloq.
İşə yenicə qəbul edilən anestezioloq- reanimatoloq gənc bir qız (Mənbəmizin bildirdiyinə görə, bu gənc kadr İnstitutda 1 gündən artıq işləyə bilməyib).
Potensial qurbanlar:

Arif Qurbanov - həkim rentgenoloq
Cəmil Ələkberov - tibb elmləri namizədi, Səhiyyə Nazirliyinin aparıcı cərrahı, elmi işçi. Cəmil həkim həm də Aprel döyüşlərinin iştirakçısıdır.
Xatirə Əliyeva - USM həkimi



[h5]Mənbəmizin bildirdiyinə görə, “potensial qurbanlar” kimi təqdim etdiyimiz bu şəxslər “ağcıyər həkimlər” əməliyyatına əks-reaksiya verdikləri üçün töhmətlə cəzalandırılıblar. İnstitutun “dəmir ledisi” işçilərə açıq şəkildə bildirib ki, əgər bir də belə halla rastlaşsa, həmin kadrlar da işdən atılacaqlar. “Dəmir ledi”nin qəzəbinə gələnlərin bəzilərinin cəzalandırılma bəhanəsi isə çox gülməlidir. Şikayətçilərin bildirdiyinə görə, onlardan elələri var ki, xəttinin səliqəli olmadığından töhmətə layiq bilinib. Bir sözlə, Ağciyər İnstitutunun yeni direktoru öz işçilərinə həm də ibtidai sinif müəllimliyi etmək niyyətindədir.

Ən maraqlısı budur ki, Həqiqət xanımın “ağciyər həkim yetişdirmək əməliyyatı”nın subyektlərinin hamısı gənclərdir. İstər indiyə qədər işdən çıxarılan, istərsə də töhmətlərlə işdən çıxarılmağa hazırlanan kadrların hamısının yaşı 30-40 arasındadır. Həqiqət xanım bu gənc kadrları budama əməliyyatını isə tək həyata keçirmir. Bu işdə “dəmir ledi”yə qurduğu komissiya köməklik edir. Komissiyanın üzvləri isə Həqiqət xanımla eyni yaşda olan insanlardır və heç birinin ftiziatriya elmiylə heç bir əlaqəsi yoxdur. İnstitut kollektivinin bir müddət əvvəl rublika.az saytında dərc olunan bəyanatlarında sözügedən komissiyanın üzvləri barədə bu cür məlumat verilir:

“Komissiyaya daxil olanlar kimlərdir? –Firidun Məcidov: 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə belə, ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.

Komissiyanın digər üzvü Faiq Agayev: 68 yaşı var, ixtisasca bronxoloqdur, kecmiş direktordur. Özü xəstəlik tarixini həyatı boyu yazmayıb, klinisist deyil, amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir . Direktorun sağ əli hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Onun da anasının erməni qızı olduğu bildirilir.”

Buradaca qeyd etmək istəyirik ki, adı çəkilən şəxslərin anasının kimliyini araşdırmaq fikrində deyilik. Zira istənilən şəxsin yalnız əməlinə qiymət verilməsinin tərəfdarıyıq. Bununla belə, bəzən insanların etnik mənşəyinin atacaqları addımları müəyyənləşdirməkdə mühüm rol oynadığı da sirr deyil. Bütün hallarda Ağciyər İnstitutunda baş verənlərdə bu amilin nə dərəcədə rol oynadığını araşdırmağı müvafiq dövlət qurumlarının öhdəsinə buraxırıq. Əgər həqiqətən də iddialar əsaslıdırsa, belə çıxır ki, ölkəmiz ciddi bir düşmən təxribatı ilə üz-üzədir.

Bizi daha çox maraqlandıran isə səhiyyə sisteminin ən strateji bazalarının birində yaşananlar və onun ortaya çıxardığı nəticələrdir. Bilindiyi kimi, istənilən sahələrdə inkişaf nəsil dəyişikliyi ilə birbaşa əlaqədardır. Nəsil dəyişikliyinə qapalı olan cəmiyyətlər istər-istəməz durğunluq prosesinə qədəm qoyur, yalnız köhnə təcrübələrin tətbiqi toplumların daha mükəmməl yaşamalarının qarşısını alır. Nəticədə cəmiyyətdə köhnə vərdişlərin həll edə bilmədiyi problemlər daha da çiçəklənir və onu məhvə aparır.

Bu sözlər xüsusilə tibb sahələrinə aiddir. Sözsüz ki, dünya xalqları tibbi araşdırmalara açıq olmasaydı, insanlar türkəçarələrlə müalicə almağa məhkum edilərdilər. Tibb sahəsində hər gün əldə edilən nailiyyətlər insanlığın bu gün ən yüksək səviyyələrdə müalicə edilmələrinin təminatıdır. Bütün bu nailiyyətlər isə yeni nəsillərin tibbə gətirdiyi töhfələrlə mümkün olur. Ağciyər İnstitutundan gələn xəbərlər isə bu qurumda köhnələrin yeniləri sıxışdırıb sıradan çıxardığını göstərir. Görünür, məhz bu səbəbdən də dünyanın bir çox ölkələrində artıq nadir hallarda təsadüf olunan vərəm xəstəliyi Azərbaycanda durmadan artır. Hər halda bu iddianı Ümumdünya Səhiyyə Təşkilatı irəli sürür. Təşkilatın ötən il açıqladığı məlumata görə, post-sovet məkanında vərəmə yoluxmuş xəstələrin sayı ildən-ilə artır və bu ölkələrdə yayılmış vərəm növü ən təhlükəli olanıdır:

“Azərbaycanda rəsmi olaraq 9 min vərəmli xəstə qeydə alınıb. 2016-2020 – ci illər "Vərəmlə mübarizə proqramında” xüsusilə risk qrupuna daxil xəstələr dərman preparatları ilə təmin olunur.

Vərəmə yoluxma riski 18-24 yaş gənclərdə daha çoxdur” – ÜST-nın 2017-ci il hesabatında belə deyilir.

Göründüyü kimi, Ağciyər İnstitutu rəhbərliyinin “ağciyər həkim” əməliyyatında hədəfə aldığı tərəf əsasən gənc nəsillər olduğu kimi, vərəm xəstəliyinin ən çox təhdid etdiyi sosial qrup da elə gənclərdir. Bu mənada Səhiyyə Nazirliyinin baş verənlərə laqeydliyini anlamaq xeyli çətindir.

İnstitutun işçiləri bu müəmmanı Həqiqət Qədirovanın Səhiyyə naziri Oqtay Şirəliyevlə tələbə yoldaşı olmasıyla izah edirlər. İddialara görə, Həqiqət xanımın özü də bunu inkar etmir, “mən nazirin tələbə yoldaşıyam, məni bura o göndərib, nə bilirəmsə, onu edə bilərəm” deyir. Bir sözlə, direktorun “ burda mənəm, “Bağdadda” Oqtay Şirəliyev” iddiası istər-istəməz onda cəzasızlıq duyğusu yaradır və nəticədə olan gəncliyə olur.

İrəli sürülən bu iddanın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq qərarına gəldik. Səhiyyə naziri Oqtay Şirəliyevlə Həqiqət Qədirovanın bioqrafiyasındakı bəzi məlumatları tutuşdurduq. Deyəsən, şikayətçilər haqsız deyildilər. İstərsəniz, gəlin, bu məlumatlara bərabər nəzər salaq:

Şirəliyev Oqtay Kazım oğlu:

1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunu “müalicə işi” ixtisası üzrə bitirmişdir.

Həqiqət Qədirova: N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutununun məzunu. Təhsil aldığı fakultə: müalicə işi. Təhsil aldığı tarix: 01.09.1967 - 30.06.1973

Doğrudan da nazirlə direktor eyni illərdə, eyni universitetdə və eyni fakultədə oxuyublar.

Həkimlərin dediyinə görə, nazirlə eyni partada oturması Həqiqət xanımı bundan əvvəl də bir çox təhlükələrdən xilas edib. İddia olunur ki, “dəmir ledi” əvvəl QİÇS-lə Mübarizə Mərkəzinin direktoru imiş. Fəaliyyətində yol verdiyi bir çox qanunsuzluqlar onun bu vəzifədən kənarlaşdırılmasıyla nəticələnib. Həqiqət xanımın QİÇS-lə Mübarizə Mərkəzində konkret olaraq hansı qanunsuzluqları törətdiyi barədə bir çox iddialar var. İddialara görə, o, bu mərkəzə rəhbərlik etdiyi vaxtlar səhlənkarlığı ucbatından bəzi həkimlər Hipatit C xəstəliyinə yoluxublar. Həkimlərin üsyanları nəticəsində nazir öz tələbə yoldaşını işdən çıxarmaq məcburiyyətində qalıb. Qeyd edilir ki, Həqiqət xanımın əməllərindən şikayətlər o dərəcədə ciddi olub ki, onu heç tələbə yoldaşı belə qoruya bilməyib. Əksinə, bu məsələ Səhiyyə Nazirliyinin Kollegiya iclasında müzakirəyə çıxarılıb və Kollegiya Həqiqət xanımın işdən azad edilməsinə qərar verib.

Həkimlərin dediyinə inansaq, Həqiqət xanım QİÇS-lə Mübarizə Mərkəzində yol verdiyi səhvlərdən qətiyyət nəticə çıxarmayıb. O, eyni səhvləri cəmi 10 aydır rəhbərlik etdiyi Ağciyər İnstitutunda da təkrarlayıb. Yoluxucu olan vərəm xəstəliyinin daşıyıcılarıyla sağlam insanların eyni otaqlarda müayinə olunması bu institutda da yoluxma hallarına yol açıb. Vərəmə yoluxanlardan 5-i isə gələcəyin ftiziatrları olacaq. “Bizə praktikaya gələn 5 gənc rezident həkim vərəmə yoluxub. Antisanitariya, vərəmli xəstələrlə sağlam insanların eyni məkanda müayinə olunması bunun əsas səbəbidir”-İnstitutun əməkdaşları belə deyir.

Araşdırmalarımızı bu iddialar – xüsusilə Həqiqət xanımın əvvəlki iş fəaliyyəti istiqamətinə yönəltdik. Düzdür, onun tam olaraq Kollegiya qərarıyla işdən çıxarılması faktına rast gəlmədik. Amma əldə etdiyimiz bəzi rəsmi məlumatlar bu iddianı təsdiqləyən bir sıra mübhəmləri ortaya qoydu. Belə ki, Həqiqət xanım həqiqətən də 2010-cu ilin may ayında Səhiyyə Nazirliyinin kollegiya üzvlüyündən çıxarılıb və yerinə Nazirliyin Aparat rəhbəri Zəkirə Mustafayeva seçilib. Sözsüz ki, Azərbaycan reallığında bu yerdəyişmə səbəbsiz ola bilməzdi. Üstəlik, kollegiyadan çıxarılan şəxs nazirin birbaşa himayəsi altındadırsa...

Üzərindən 2 il keçəndən sonra isə Həqiqət xanımın QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğu vəzifəsinə də xitam verilir, amma öz ərizəsilə. Bu fakt dövrün rəsmi informasiya kanallarında da əksini tapır:

“Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, H.Qədirova səhhətindəki müəyyən problemlərlə əlaqədar öz ərizəsi ilə işdən azad olunub.

30 noyabr 2012”

Maraqlıdır ki, 2012-ci ildə səhhətində yaranan problemlə əlaqədər QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğundan azad olunan Həqiqət xanım üzərindən 5 il keçəndən sonra Ağciyər İnstitutuna direktor təyin olunur. Bundan əvvəl isə o, Nazirlikdə yüksək vəzifələrdən birinə təyin edilibmiş. “Demir ledinin” həqiqətən də nazirin himayəsi altında olduğunu təsdiqləyən bu faktlar istər-istəməz insanın beynində müəyyən suallar yaradır: Səhhətinə görə işdən çıxarılmaq hara, yenidən vəzifəyə gətirilmək hara? Həqiqət xanımın xəstəliyi nə imiş ki, 5 il ərzində müalicə edilib? Axı, adətən bütün xəstəliklər zaman keçdikcə daha da dərinləşir. Həqiqət xanımda isə bu proses nədənsə tərsinə gedib.

Müəmma təkcə bununla da bitmir. Böyük müəmmalardan biri də “dəmir ledinin” Ağciyər İnstitutunda əvəz etdiyi Elcan Məmmədbəyovun işdən çıxırılması səbəbilə bağlıdır. Gəlin, bu barədə rəsmi məlumatlara nəzər salaq.

“Vəli Axundov adına Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bu vəzifənin icrası Həqiqət Qədirovaya tapşırılıb.

İnstitutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən çıxıb”.

Məlumatdan belə aydın olur ki, institutun əvvəlki direktoru Elcan Məmmədbəyov qoca olduğuna görə işdən uzaqlaşdırılıb və onun vəzifəsi Həqiqət xanıma həvalə edilib. Beyninizdə istər-istəməz aşağıdakı sualların yaranmasına əminik: Əcəba, Həqiqət xanımla Elcan bəy arasında nə qədər yaş fərqi varmış?

İnanmayacaqsınız, cəmi 2 və ya 3 yaş. Üstəlik, bu yaş fərqi Elcan bəyin xeyrinə imiş. Çünki həkimlərin bildirdiyinə görə, əvvəlki direktorun 65 yaşı varmış. Həqiqət xanım isə 68 yaşını bu il tamamlayacaq.

Yəqin, razılaşarsınız ki, bütün bu faktlar “dəmir ledinin” öz xoşuyla QİÇS-lə Mübarizə Mərkəzinin direktorluğundan çıxarılmadığını təsdiqləyir və növbəti suala yol açır:

Bəs, bu qeyri-adi kadr islahatı nə ilə bağlıdır?

Doğrusu, həkim kollektivi də bunu anlamaqda çətinlik çəkirlər. Amma onların əməkdaşımıza verdiyi bir çox məlumatlarda, deyəsən, “xoruzun əsl quyruğu” gizlənib. Bildirildiyinə görə, Həqiqət xanım bu vəzifəyə təyin olunandan sonra Ağciyər İnstitutunda müalicə alan xəstələrin sayında ciddi azalma müşahidə edilir. Əvvəl institutda 230-250 xəstə var idisə, indi onların sayı 60-70 arasında dəyişilir. Çünki institutda umduğunu görə bilməyən xəstələr özəl klinikalara yönləndirilir. Özü də birbaşa Həqiqət xanımın göstərişilə. Belə çıxır ki, keçmiş tələbə yoldaşları əlbir olub vərəmli xəstələrdən daha yaxşı pul qazanmaq mexanizmi qurublar.

Gələn yazılarımızda qaldığımız yerdən davam edəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda  “davam edir 37”- Həkimlərin kütləvi narazılıqlarının son həddi, - 6 aylıq körpənin taleyi təhlükə altındadır

    Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda ...

    11-01-2018, 15:00

  • 
  • Bakıda Ebola virusu ilə bağlı hazırlıq

    Bakıda Ebola virusu ilə bağlı hazırlıq ...

    19-08-2014, 18:14

  • 
  • "Donuz qripi"nə görə 100-ə yaxın şəxsdən qan nümunəsi götürülüb

    "Donuz qripi"nə görə 100-ə yaxın ...

    21-01-2016, 19:18

  • 
  • AMEA-ya yeni təyinat

    AMEA-ya yeni təyinat ...

    19-06-2013, 15:34

  • 
  • Fəlsəfə İnstitutunun direktoru: "Həbs edilən Xaliq Əhmədzadə heç vaxt şöbə müdiri olmayıb"

    Fəlsəfə İnstitutunun direktoru: "Həbs edilən ...

    31-08-2017, 14:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu