GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...

Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...

Tarix: 31-01-2018, 13:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 586
Səlim Müslümovun intihar etdirdiyi o qadın yox, Azərbaycan idi...


Yanvarın 24-də Ağsunun İlxıçı kəndində özünü kəndirlə asaraq intihar edən 36 yaşlı Kərimova Səbirə Tehran qızı əslində, o kəndirdən Azərbaycanın ölmüş, cansız 25 ilini asmış oldu. O kəndirdə sallanan bədənin əzabları bitdi, Azərbaycanın isə hələ davam edir...

36 yaşlı gənc qadını ipə götürən ikicə səbəb var idi: borca görə kəsilən işığı və kəsilən sosial müavinət...

Və Səbirə də öz taleyinin ipini kəsərək, ayaqlarının altındakı tableti itələməklə bu ölkənin ona yaşatdığı məşəqqətdən canını qurtararaq torpağa tapşırır.

Eynilə Tunisdəki göyərtisatan nümunəsi, eynilə qul üsyanı...


Onun oğlu Naxçıvanskidə hərbi təhsil alırdı ki, Azərbaycana layiqli hərbçi olsun. Əri isə həmin gün mal-heyvan dalınca getmişdi.
Evin kiçiyi isə zilqaranlıq, zülmət, borca görə kəsilən işıqsız evin otağında anasını gözləyəndə bilmirdi ki, həyətdəki tövlədə anasının əzabları çoxdan bitib.
Cəmi 280 manata görə Azərbaycanda çıl-çiraq içində yaşayanlar, öz ailəsinə qarşı adekvat hərəkət olarsa, bəlkə də qatilə dönəcək adamlar heç bir rəva, mərhəmət hissi bilmədən, vücudlarındakı sonuncu vicdan hissini də itirərək səfalət içində sürünən Kərimovların işığını kəsib gedirlər. Və təkcə budurmu? - Yox!!!
Səbirəni intihara aparan zülmət, soyuq otaqda ümidsiz günlərinin başlaması deyildi, həm də balasının qarnını bu qışın sazağında, özü də qarlı-boranlı Ağsuda doyurmaq idi.
Amma danışanda ağzına "çullu dovşağn sığmayan" əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun "gözəlim" idarəçiliyi nəticəsində Kərimovların sosial yardımı da kəsilmişdi.
Vəhşilikdir! Nanəciblikdir! Dövlət məmurlarının bir yoxsul ailəyə iqtisadi terrorudur! Neft ölkəsinin vətəndaşını bədbəxt etməkdir!
Bu özbaşınalığı yuxarı və ya aşağı ranqda kimlər edibsə, "Axırıncı aşırım"da Abbasqulu bəyin dediyi kimi - "binamusluqdur, biqeyrətlikdir!"
S.Müslümovun doğma rayonundakı kadrları onun sosial yardımını kəsəndə o zülmət, buza dönmüş daxmasında hansı qiymətli əşyanı görüb belə qərar veriblər?
Yaxud nazirin rayona icra başçılığı edən dayısı Ənvər Seyidəliyev isti kabinetindən çıxıb bu ailənin bircə dəfə soyuducusunu açıbmı? - inanın ki, heç dəfnə də getməyib...
İcra başçısının İlxıçı kəndinə təhkim elədiyi nümayəndəsi Azad İsgəndərovun verdiyi sərsəm açıqlamaya bir baxın, sanki bu məmurun heç bir məsuliyyəti yoxdur:
"Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib.
Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər.

Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.
Nə gözəl, nə pakizə, nə müjdə...
Adama deməzlərmi, icra nümayəndəsi olduğun yerdə ölmüşdünmü yoxsa öz güzəranını yaxşılaşdırmağa başın qarışmışdı deyə vaxtın olmayıb?!
İcra nümayəndəsi kəndə təyin olunur ki, icra hakimiyyətinə vətəndaşların problemlərni məruzə eləsin.
Amma A.İsgəndərov Kərimovların sosial yardım və işıq problemini bilə-bilə əlləri cibində kəndin o başına, bu başına gedib-gəlir, gün keçirirmiş...
Bu, qətldir. Bir ailənin məhvə sürüklənməsi, bir gənc qadının intihara təhrik olunması hadisəsidir. Kərimova özünü asmayıb, onun dərdlərinə laqeyd qalan məmurların özbaşınalığından "asılıb".
Bu hadisəyə sosial şəbəkələrdə çox kəskin etiraz və qəzəb oldu. Amma status yazanlardan birinin cümləsi hədəfi düzgün nişan almışdı: "Başına daş düşüb Azərbaycanın..."

gundemxeber.az anaxeber.az-a istinadla qeyd edir ki, hər şey bitib. Nə Ə.Seyidəliyev, nə S.Müslümov, nə də B.Rzayev tükü tərpənəcək. Onların yaratdığı sistem, idarəçilik prinsipləri insanların faciələrinə yol açır.
Məhz S.Müslümov onun sosial yardımını kəsməsəydi, qadın işıq pulunu ödəyərdi, balalarını yetim qoyub boğazına kəndir keçirməzdi...
O kəndir keçəcəksə, bir gün birilərinin boğazına keçməlidir. Çünki bu dərəcədə biganəlik, özbaşınalıq, qəddarlıq olmaz.
Prezident həmişə bildirib ki, aztəminatlı, yoxsul ailələrə güzəşt olunmalıdır, onların kommunal borcları ödənməsində möhlət verilsin.
Ancaq harınlamış məmurlar həm ailənin işığını kəsir, həm də müavinətini. S.Müslümov isə bar-bar bağırır ki, biz şəffaf fəaliyyət göstəririk. Budur sizin şəffaflığınız?
Necə ki, Füzuli Ələkbərovun oğlu yanvarda İsmayıllını qatıb-qarışdırmışdı, indi xələfi Səlim Müslümovun yerlərdəki adamları İsmayıllıya uzaq olmayan Ağsuda Tunis nümunələrinİn toxumlarını səpirlər - seçki ilində.
Bütün bunlardan sonra S.Müslümov heç bir şəffaf sistemdən, rüşvətsiz sosial müavionət verilməsindən danışa bilməz.
Bu yerdə Baş nazirin nəvəsi adam öldürən müavini Əli Həsənovun dediyi cümləsi yada düşür və əsl tragikomediyadır: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”.
Elədir, çünki bir-bir ölürlər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub? - “280 manat cərimə çekini görəndə…”

    “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub? ...

    25-01-2018, 18:55

  • 
  • 78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda İNTİHAR

    78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda İNTİHAR ...

    31-05-2017, 15:00

  • 
  • 3 uşaq anası özünü asdı

    3 uşaq anası özünü asdı ...

    24-01-2018, 22:18

  • 
  • 20 yaşlı gənc özünü tövlədə asdı

    20 yaşlı gənc özünü tövlədə asdı ...

    10-12-2013, 00:28

  • 
  • Şirvanda 43 yaşlı kişi məktub yazıb intihar etdi

    Şirvanda 43 yaşlı kişi məktub yazıb intihar etdi ...

    3-02-2016, 12:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu