Ağsu rayonunda 3 uşaq anasının intihar faktı ilə bağlı bəzi məqamlar məlum olub.
gundemxeber.az bildirir ki, İlxıçı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Səbirə Kərimovanın səhhətində heç bir problem olmayıb:
“Səbirə ailəlidir, üç uşaq anasıdır. İki oğlu, bir qızı var. Kasıb dolanırdılar. Həyat yoldaşı fəhlədir, ordan-burdan pul qazanırdı ki, təki uşaqları ehtiyac içində olmasınlar. Özü də qabiliyyətli, sakit bir oğlandı, kiməsə pisliyi dəyməyib. Evinin sözünü heç vaxt kiməsə deməzdi. Səbirə xəstə olmayıb, sağlam bir qadın olub. Onun özünə niyə qəsd etməsi hamısa sual yaradıb. İntihar etdiyi vaxt evdə heç kəs olmayıb. Uşaqlarının biri Bakıda, biri məktəbdə olub. Balaca qızı da qonşuda dərs hazırlayırmış. Həyat yoldaşı isə örüşə mal-qara aparıbmış. Balaca qız qonşudan evə keçəndə anasını tapmayıb. Axtaranda onu ipdən asılı vəziyyətdə görüb”.
İlxıçı kənd icra nümayəndəsi Azad İskəndərov AzNews.az-a açıqlamasında bildirib ki, Səbirə Kərimovanın ölümünə səbəb “Azərişıq”dan gələn 280 manatlıq çərimə çeki olub:
“Səbirə bizim kəndə Füzuli rayonundan gəlin köçüb. Ailə çox imkansızdır. Bir oğlu da tələbədir. Sayğacları işləmədiyinə görə, onlara “Azərişıq”dan 280 manat çərimə gəlib. Sayğac da həyətdəki köhnə, istismar müddəti bitmiş işıq dirəyinin aşması səbəbindən işləmirmiş. İdarənin əməkdaşları da buna görə onlara çərimə yazıblar. Səbirə cərimə çekini görəndə möhkəm əsəbləşib”.
Qeyd edək ki, Ağsu rayonunda intihar hadisəsi baş verib. Rayonun İlxıçı kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.
Sorğu
Yeni dizaynımız necədir?