GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DTX-nın tutduğu narkotik alverçilərindən şok faktlar

DTX-nın tutduğu narkotik alverçilərindən şok faktlar

Tarix: 5-02-2018, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 002
DTX-nın tutduğu narkotik alverçilərindən şok faktlar


İrandan narkotik gətirən şəbəkə üzvləri sərhəddə tutulmamaları ilə bağlı açıqlamalar verdilər
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran rayon sakinləri - 1978-ci il təvəllüdlü Vüqar Məmmədov, 1975-ci il təvəllüdlü Tahir Qasımov, Biləsuvar rayon sakini, 1983-cü il təvəllüdlü Ziyad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Vüqar Məmmədov, Tahir Qasımov və Ziyad Əliyev Azərbaycan Respublikasında və İran İslam Respublikası ərazisində olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmə, saxlanma və daşıma barədə qabaqcadan əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girib.
Bu məqsədlə Vüqar Məmmədov 2016-cı il noyabr ayının ortalarında Ağstafa rayonunda mərkəzi bazarın yaxınlığında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvü ilə görüşərkən cinayətkar qrupun həmin üzvü ona külli miqdarda heroin narkotik vasitəsini sifariş edib. İlkin ödəniş kimi ona 2400 ABŞ dolları məbləğində pul verib.

Sərhəddən keçirilən narkotik

Vüqar Məmmədov almış olduğu sifarişin icrası ilə əlaqədar olaraq 29 dekabr 2016-cı il tarixdə İran İslam Respublikasına gedib, orada cinayətkar qrupun digər üzvləri ilə görüşərək onlara 10.000 manat pul müqabilində külli miqdarda heroin və qurudulmuş marixuana sifariş edib. O, həmin şəxslərə ilkin ödəniş kimi 4000 manat məbləğində pul verib.
Vüqar Məmmədovun tapşırığı ilə Ziya Əliyev 2 yanvar 2017-ci il tarixdə, Tahir Qasımov isə yanvarın 4-də İran İslam Respublikasına gedib. Tahir Qasımov həmin ölkədə Vüqar Məmmədov və İranda olan həmin şəxslərlə görüşüb, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə ümumi razılığa gəliblər.
Bu razılıqdan sonra Tahir Qasımov narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmək məqsədi ilə həmin ölkədə qalıb. Vüqar Məmmədov və Ziyad Əliyev yanvarın 5-də Azərbaycan Respublikasına qayıdaraq, Ziyad Əliyevin yaşadığı Biləsuvar rayonu Bağbanlar kəndindəki evində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri gətirməli olan Tahir Qasımovu qarşılamaq məqsədi ilə gözləyiblər.
Tahir Qasımov yanvarın 9-da, saat 21-22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasına keçib, 1386,02 qram heroini və 1697,86 qram qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirə bilib.

DTX narkotik alverçilərini necə həbs etdi?

Tahir Qasımov əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən onu həmin ərazidə qrupun digər üzvləri Ziyad Əliyev və Vüqar Məmmədov qarşılayıb.
Onlar qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri həmin külli miqdarda narkotik vasitələri Vüqar Məmmədovun idarə etdiyi “VAZ 21013” markalı avtomobillə daşıyaraq, Ziyad Əliyevin yaşadığı Biləsuvar rayonunun Bağbanlar kəndindəki evinə gətiriblər.
Bundan başqa Ziyad Əliyev istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah hesab edilən 9 mm kalibrli, “BV 3112 M” nömrəli “Makarov” (“PM”) konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 9X18 mm kalibrli 8 ədəd patronu qanunsuz olaraq əldə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Məmmədov, Tahir Qasımov və Ziyad Əliyev yanvarın 10-da Ziyad Əliyevin yaşadığı Biləsuvar rayonunun Bağbanlar kəndindəki evində saxlanılıblar. Həmin evə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələr, habelə Ziyad Əliyevin qanunsuz olaraq əldə etdiyi silah-sursat aşkar edilərək götürülüb.

Cinayət işi

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham eiliblər.
Onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Heroin verəcəyini vəd etdi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Ziyad Əliyev bildirib ki, narkotik vasitələrdən asılılığı var: “Təxminən 2015-ci ilin əvvəllərində müayinə və müalicə olunmaq üçün İran İslam Respublikasında olarkən Behnam adlı şəxslə tanış olmuşam. Yanvarın 1-də, axşam saat 19 radələrində Biləsuvar rayonunda olan zaman Behnam adlı şəxs mənə zəng edərək İran İslam Respublikasına gəlməyimi dedi. Ertəsi gün, saat 13 radələrində taksi ilə İran İslam Respublikasının Biləsuvar yaşayış məntəqəsində Behnam adlı şəxsin qayınatasının yaşadığı ünvana getsim. Behnamla görüş zamanı sonuncu, Vüqar Məmmədovun İran İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr keçirtmək istədiyini bildirdi, Vüqar Məmmədovun İran-Azərbaycan sərhədindəki yollara yaxşı bələd olmadığı üçün həmin şəxsə bələdçilik etməsini mənə təklif etdi. Görəcəyim bu işə görə mənə 100 qram narkotik vasitə heroin verəcəyini vəd etdi. Narkotik vasitə istifadəçisi olduğum üçün bu təkliflə razılaşdım”.

“Sərhəddən keçirməyə köməklik edəcəkdim”

Ziyad Əliyev bildirib ki, yanvarın 4-də, saat 15-16 radələrində Behnamın yaşadığı evdə Vüqar Məmmədov və Tahir Qasımovla görüşüb: “Bu görüş zamanı olan söhbətdən mənə məlum oldu ki, Vüqar Məmmədov Behnam adlı şəxsə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirdərək satmaq üçün təxminən 1,5 kiloqram kakos adlanan narkotik vasitə olan heroin sifariş edib. Bu narkotik vasitəyə görə ödəniləcək puldan bir hissəsini Behmana verəcəyini vəd edib. Aramızda əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan Respublikasının Biləsuvar rayonunun İranla sərhəd kəndində yaşadığım üçün bu ərazilərə yaxşı bələd olduğuma görə zəhmət haqqı kimi ona veriləcək 100 qram heroinin müqabilində külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycan Respublikası ərazisinə keçirtməyə köməklik edəcəkdim. Tahir Qasımovu həmin sərhəd ərazilərində qarşılamalı və evimə aparmalı idim. Yanvarın 5-də Vüqar Məmmədovıa birlikdə Azərbaycana geri qayıtdıq. Tahir Qasımov isə narkotik vasitələri Azərbaycana qaçaq yolla keçirmək üçün İran İslam Respublikasında qaldı”.
“Vəhşi heyvanların olması ehtimalını nəzərə aldım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Behnam adlı şəxslə Vüqar Məmmədovun danışıqlarında iştirak edib: “Mənə məlum oldu ki, Behnam adlı şəxs Vüqar Məmmədova narkotik vasitə olan heroinlə yanaşı satış məqsədi ilə təxminən eyni çəkidə marixuana da təklif edib. Sonuncu da bu təklifi qəbul edərək, Behmana narkotik vasitə olan marixuana sifariş edib. Sifariş olunan həmin marixuanadan 500 qramı isə zəhmət haqqı kimi Tahir Qasımova çatmalı olsa da, mənə həmin narkotik vasitədən heç nə verilməyəcəkdir. Yanvarın 9-da, axşam saat 8-9 radələrində Behnam mənə zəng edərək, Tahir Qasımovu artıq narkotik vasitələrlə birlikdə İrandan Azərbaycan Respublikasına yola saldığını bildirdi. Bundan sonra Tahir Qasımovla telefonla danışaraq harada olduğunu və nə vaxt çatacağını dəqiqləşdirdim. Həmin günü axşam saat 10 radələrində Vüqar Məmmədovla görüşərək, Tahir Qasımova məxsus “VAZ” markalı, Az 44-BD-547 dövlət qeydiyyat nişanlı avtomobil ilə onu qarşılamaq üçün Azərbaycanın İranla sərhəd ərazisinə getdik. Tahir Qasımovu qarşılamağa gedərkən həmin ərazinin düzənlik ərazi olması və vəhşi heyvanların olması ehtimalını nəzərə alaraq, həmin heyvanlardan qorunmaq məqsədi ilə özümə məxsus “Makarov” tipli tapançasını 1 ədəd sandıqçası və 8 ədəd patronu ilə birlikdə üzərimdə götürdüm. Lakin bu barədə Vüqar Məmmədova bildirmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Vüqar Məmmədovla birlikdə Biləsuvar rayonunun İranla sərhəd kəndi olan Səmədabad kəndi ərazisində Tahir Qasımovu qarşılayaraq, gecə saat 24 radələrində onun Biləsuvar rayonu Bağbanlar kəndindəki evinə getirib: “Evdə Tahir Qasımovun İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi idman çantasını açdıq. İçərisində olan narkotik vasitələr - heroin və marixuanaya nəzər saldıq”.

“Narkotik və silahı DTX əməkdaşlarına təqdim etdim”

Ziyad Əliyev bildirib ki, yanvarın 9-dan 10-na keçən gecə saat təxminən 04 radələrində o, həyətin darvazasının səsini eşidib və pəncərədən baxanda bir neçə nəfər həyətə daxil olduğunu görüb: “Masanın altında saxladığım “Makarov” tipli tapançanı və narkotik bükülüləri cəld şəkildə çantaya doldurdum və arxa otağa apardım. Daha sonra həyətə girən şəxslər evə daxil olaraq, özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim etdilər. Onlar evə baxış keçirmək istədiklərini bildirdilər və bu barədə məhkəmə qərarını bizə elan etdilər. Baxış keçirilməsinə etiraz etmədim. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yaşadığım mənzilin yataq otağında gizlətdiyim, içərisində külli miqdarda narkotik vasitələr olan çantanı DTX əməkdaşlarına təqdim etdim. Həmin çantanın içərisindən təxminən 1 kiloqram yarıma yaxın çəkidə heroin və 1 kiloqram yarımdan bir qədər artıq çəkidə isə marixuana, sonradan həmin çantaya atdığım 1 ədəd “Makarov” tipli tapança, tapançanın 1 ədəd sandıqçası və 8 ədəd patronu DTX əməkdaşları tərəfindən aşkar edilərək qablaşdırıldı. Bu barədə protokol tərtib edilərək götürüldü”.
DTX-nin tutduğu narkotik alverçilərinə cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Məmmədov 13 il, Tahir Qasımov 12 il, Ziyad Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqasirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini, ədalətli hökm qəbul edilməsini xahiş ediblər.
Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Ziyad Əliyevin müdafiəçisi apelyasiya şikayətində qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi işin həqiqi hallarını ətraflı araşdırmayıb. Nəticədə məhkum edilmiş şəxs barəsində ədalətsiz, qeyri obyektiv ağır və sərt cəza verilməsinə dair hökm çıxarılıb. Bu səbəbdən də Ziyad Əliyevin əməli düzgün tövsif edilməyib. Ona təyin edilmiş cəza törədilmiş cinayətin ağırlığına, həm də məhkumun şəxsiyyətinə uyğun deyil. Ziyad Əliyev üç uşaq atasıdır, ilk dəfə məhkum olunmayıb, yaşlı ata, anası onun himayəsindədir, həyat yoldaşı heç bir yerdə işləmir və ağır Hepatit C xəstəliyindən əziyyət çəkir”.
Vəkilin qeydinə görə, Ziyad Əliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə də törətdiyiəməlini etiraf edib: “Göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2017-ci il tarixli hökmünün dəyişdirilməsi üçün əsasların olduğunu nəzərə alaraq cəzanın aşağı endirilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.
Digər təqsirləndirilən şəxslər də apelyasiya şikayətlərini müdafiə ediblər. Onlar barələrində yüngül cəzaların təyin edilməsini xahiş ediblər. Dövlət ittihamçısı Zəfər ramazanov isə çıxış edərək, təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlillərini əsassız hesab edib. O, apelyasiya şikayətlərinin təmin edilməməsini istəyib.
Sonda qərar elan edən hakim heyəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edib. Məhkəmə Ziyad Əliyevin cəzasını 10 il 6 aya endirilməsi barədə qərar qəbul edib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • İrandan narkotik gətirənin şikayəti təmin edilmədi

    İrandan narkotik gətirənin şikayəti təmin edilmədi ...

    15-09-2016, 12:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu