Göyçay rayon sakinləri tərəfindən “Gündəm Xəbər”ə İcra başçısının yaxınlarının özbaşınalığı ilə əlaqədar şikayət məktubu daxil olub. Həmin şikayət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
“Göyçay Rayon İcra Hakimiyyəti başçısı rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib.Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib. Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etdi.təxminən bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi.Səmədin qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıblar. Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar.Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlusayda işsızlər ordusu yaranmışdır.
Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı "Təzə Bazar" əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaratmışdır.Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olmuşdur. Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktbəin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdirib məktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar.Həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata alınıb.."Təzə Bazar" da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılaraq bütün kənd avtobuslarının üzərinə qanunsuz olaraq "Təzə Bazar" yazılmış reklamlarla bəzədilib və avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürdürlər. Bu isə ciddi narazılıq yaradıb.Həttda süni qiymət artımının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkasını Göyçay şəhərinin mərkəzində keçirmək əvəzinə reklam üçün "Təzə Bazar" da təşkil edilmişdir.Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda təşkil olunur deyə ucuzluq olduğundan , sakinlər bunu razı qalırlar.
Qardaş oğlu Səməd Cəbrayılov Sənan adlı şəxslə isə ortaq yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırmaqla çoxlusayda insanları acından ölməyə məhkum ediblər. İcra başçısı Mehdi Səlimzadənin tamahının qurbanlarının sayı gündən-günə artmaqdadır. Tez bir zamanda harınlayan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəyib.Həmçinin Mehdi Səlimzadənin tapşırığı ilə Səmədin kiçik qardaşı Əli rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur. Həmin torpaq sahələri qanuna uyğun olub-olmadı baha qiymətə satışa çıxarılır. Hətda rayonun mərkəzində yerləşən 5 mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışdılar.Mehdi Səlimzadə kənd icra nümayəndələrinə, müavinlərinə və bələdiyyə sədrlərinə aylıq haqq qoyub ki, ödəyə bilməyən cinayət məsuliyyətinə cəlb edilir.Haqqı ödəyə bilmədiyi üçün Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilova tutduğu vəzifədən uzaqlaşıdılaraq barəsində 10 gün inzibati həbs verilmişdir. Göyçayda yerləşən heyvan bazarı həftənin bazar günləri işləyier ki, həmin günü orada iri və xırda buynuzlu heyvanların satışından başqa girişdə meyvə-tərəvəz. paltar-ayaqqabı və sairə mallar satılırdı.Mehdi Səlimzadə öz bazarının reytinqinə görə həmin bazarda heyvanlardan başqa digər alver predimetlərinin satışına qadağa qoyub.Həmçinin heyvan bazarına aylıq yüksək məbləğdə haqq qoyub ki, buna görə artıq bazar rəhbərliyi yer pulunu qaldırmağa məcbur olub.
Mehdi Səlimzadənin niyyəti heçdə dövlət qanunlarını ali tutub öz vəzifəsini layiqincə icra etmək deyil bu korrupsionerin ali məqsədi vətəndaşların haqqını tapdamaqla öz şəxsi ailə biznesini genişləndirməkdir. 2 ildən az bir müddət ərzində icra başçsı vəzifəsinə təyin olunan Mehdi Səlimzadənin korrupsiya əməllərindən Göyçay rayon sakinləri cana yığılıblar. Biz rayon sakinləri Prezident İlham Əliyev cənablarından xahiş edirik dövlətə. prezidentə və xalqa hörmətsizlik edən korrupsiya şəbəkəsi yaratmış icra hakimiyyətini bazar üsulu ilə idarə edən Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görəsiniz.Bu bazar alverçisinin məqsədi öz biznesini genişləndirməkdi ki, buda sizin siyasi kursunuza zidd bir əməldir”.
Məmmədov Cəlil Mahal oğlu Quliyeva Qənirə Vəli qızı Kərimova Sona Həsən qızı Fərəcov Əli Osman oğlu Namazova Nisə Paşa qızı Vahabov Dadaş Fərrux oğlu Səmədova Sona Ağasəlim qızı İsmayılova Elmira Tahir qızı Umudova Cəmilə Telman qızı Nəbiyeva Hicran Vahid qızı Quliyev Çingiz Ramiz oğlu Rüstəmov Nuralı Lətif oğlu Məmmədov İlqar Şamil oğlu Qasımov Cəmil Nəzər oğlu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?