Elə bu gün də Qalib Məmmədov başda Prezident olmaqla bir sıra yerlərə rəsmi şikayətçidir. Lakin hələ ki yetərincə cavab verən yoxdur
Prezident İlham Əliyevin istər nazirlər kabinetinin iclaslarında, istərsə də səyyar keçirdiyi görüşlərdə həmişə sahibkarlara yaradılan şəraitdən danışır, onların məmurlardan qorunmaları üçün müxtəlif adda təkliflər irəli sürür. Əlbəttə, prezidentin söylədikləri sahibkarlar üçün birmənalı qarşılanır. Açığını söyləsək, hamı da inanır. Amma, təəssüflər olsun ki, sahibkarlara yenə də təzyiqlər var, onları müxtəlif yollarla incidən, əmək fəlaiyyətinə mane olanlar cəzasını almırlar. Əslində isə incidilən sahibkarın qışqırtısı ölkəni bürüsə də prezidentə çatmır. Görünür, prezidentin bir sözünü iki eləyənlər öz iş ampulasındadırlar. Canları boğazına yığılan sahibkarlar ölkə başçısına və aidiyyəti orqanlara “n” sayda ərizələr də yazsalar, onların haqlı şikayətləri ilə bağlı bir kəlmə də olsun Prezident İlham Əliyevə demirlər. Çünki, hər bir yerlərdəki məmurların arxasında yüksək postlarda oturan, onu müdafiə edənlər var. Məhz elə cəmiyyətimizin sütununu da laxladan başlıca amil budur.
Qazaxda yaşayıb uzun illərdi sahibkarlıqla məşğul olan, daha doğrusu sahibakr Məmmədov Qalib Binnət oğlunun dərdi isə heç kimə söyləniləsi deyil.
Vaxtilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı işləmiş, hazırda Yardımlı rayonunda icra başçısı işləyən Ayaz Əsgərov sahibkardan düz 50. 476 manat dəyərində borc edıb. Belə ki, Ayaz Əsgərov 2012-ci ildə İlham Əliyevin Qazaxa gəlişi ilə əlaqədar yanvar ayının 12-dən aprel ayının 18-ə kimi sahibkarın rəhbərlik etdiyi ASC-dən 50. 476 AZN dəyərində üzlük daşları apardaraq Qazaxın “Bayraq Meydanı”ndan üzü yuxarı Bakı istiqamətində “Dəmir yolu vağzalı”na kimi yol ətrafını üzlətmişdir. Ayaz Əsgərovun müavinləri Fərman Nağdalıyev (hazırda işdən kənarlaşdırılıb) və Tahir Musayev birbaşa üzlük daşların nisyə daşınmasında aparıcı qüvvəyə çevriliblər. Qazaxa gələn Prezidentin gedişindən sonra sahibkar başı alovlu icra hakimiyyətinə yollanaraq pulunu tələb etməli olur. Qalib Məmmədovu sözünü deməyə icra başçısının yanına buraxan da olmur. Yalançı vədlər də verərək bildirirlər ki, “narahat olmayın, ödəyəcəyik”. Belə yerdə atalar yaxşı deyib: “Ağada borcun olsun, nə verməz, nə danmaz!” Necə Ayaz Əsgərov kimi...
Sahibkar Qalib Məmmədov çox get-gəldən sonra heç nəyə nail ola bilmir. Bir də eşidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ayaz Əsgərov Yardımlıya icra başçısı təyin olunub. Məsələ burasındadır ki, Ayaz Əsgərov kimi icra başçılarının yeri Yardımlı deyil, öz zəhməti hesabına qurub-yaradan, sədri olduğu “Qazax Tikinti-Quraşdırma İdarəsi” ASC-də 20 nəfər vətəındaşa çörək verən sahibkar Qalib Məmmədova “atdığı” üçün məhkəmə zalıdır.
Elə bu gün də Qalib Məmmədov başda Prezident olmaqla bir sıra yerlərə rəsmi şikayətçidir. Lakin hələ ki yetərincə cavab verən yoxdur.
Maraqlıdır ki, Prezident İlham Əliyev sahibkarların toxunulmazlığı haqqında göstərişlər verir, təpgi gəlir. Bəs Ayaz Əsgərov o qədərmi “şir ürəyi” yeyib ki,
Prezidentin siyasətinin əleyhinə gedir? Gedirsə niyə cəzalanmır? Elə milləti də cana doyduran belə məsələlərdi.
Onu da qeyd edək ki, sahibkarı Ayaz Əsgərov aldatdığı gündən Qalib Məmmədovun işlərində xeyli geriləmə müşahidə edilib. Sahibkarın rəhbərlik etdiyi işçilər əməkhaqqılarını vaxtı-vaxtında ala bilmirlər. Həmin işçilər də Ayaz Əsgərovun haqsızlığı barədə Prezident İlham əliyevə şiakyət etmək fikrindədirlər. O vaxta kimi ki, Ayaz Əsgərov ASC-yə olan 50. 476 manatı tezliklə qaytarsın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?