İki gündür qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində olan Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də növbəti həyasızlığa imza atıb. O, o və Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Ermənistandan Qarabağ ərazisinə qeyri-qanuni olaraq çəkilən Vardenis-Ağdərə avtomobil yolunun açılışına qatılıb.
"Hayastan" ümumerməni fondunun 2013-2014-cü illərdə topladığı ianələr, Ermənistan hökumətinin və Qarabağ separatçılarının vəsaitləri hesabına çəkilib. Ermənistan prezidenti bundan sonra Əsgərandakı araq zavoduna da baş çəkəcək. 2 sentyabrda isə Sərkisyan Xankəndidə "müstəqillik" tədbirlərinə qatılacaq. Bu davranışları ilə erməni prezident Qarabağ probleminin dinc yolla çözülməsinə növbəti zərbə vurmaqla yanaşı, Azərbaycanı nümayişkəranə şəkildə savaşa çəkib. Beynəlxalq ictimaiyyət, xüsusilə də danışıqların davamına cəhd edən həmsədrlər isə Sərkisyanın növbəti cinayətkar əməllərinə hələ ki, heç bir reaksiya verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?