O, dövlətin heç bir vəsaitini mənimsəməyib. Buna baxmayaraq mətbuatda sifarişli olaraq onun haqqında ittiham edici məqalələr dərc edilməkdədir
Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva dövlət başçısına ünvanladığı müraciəti mətbuatın ictimailəşdirməsini xahiş edib. Sabiq bankirin bacısı Əminə Hacıyeva dövlət başçısına ünvanladığı son 2 müraciətlə, qardaşının durumu ilə bağlı SOS siqnalı çalır. Amma onun səsinə səs verən yoxdur... Müraciətdən aydın olur ki, ötən ilin sentyabrında şəxsinə ünvanlanan ittihamlara sadəcə aydınlıq gətirmək istəyən Cahangir Hacıyevə qarşı başlanmış total hücum, diskriminasiya, cəmiyyətdən və ailəsindən təcridetmə bu gün də davam edir. Xəstəliyinin şiddətlənməsinə baxmayaraq hətta onu müayinə və müalicə etmirlər. Bacısı yazır: "Ötən ilin sentyabrından mənim qardaşımla görüşümə icazə verilmir. Onun vəkilləri ilə də görüşünə maneələr yaradılır. O, "Haşimito sindromu"ndan əziyyət çəkir, səhhəti pisləşib və xəstəliyinin kəskinləşməsinə baxmayaraq, müayinə və müalicə imkanından məhrum edilib. Ona qarşı irəli sürülən ittihamlar məhkəmədə öz təsdiqini tapmadı. O, dövlətin heç bir vəsaitini mənimsəməyib. Buna baxmayaraq mətbuatda sifarişli olaraq onun haqqında ittiham edici məqalələr dərc edilməkdədir. Mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbuki mənim banklara heç bir kreditim olmayıb və eləcə də heç bir şirkətin üzvü, təsisçisi olmamışam. Bununla əlaqədar olaraq Prokurorluq və Daxili İşlər orqanlarına etdiyim müraciətlərə cavab belə verilmir. Hətta mənimlə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılması, icra edilməsi mümkün deyil. İki ildir ki, anam vəfat edib, lakin vərəsəlik sənədlərini notariatda rəsmiləşdirə bilmirəm. Bununla əlaqədar Ədliyyə Nazirliyinə etdiyim müraciətlər də nəticəsiz qalıb...” Biz “Gündəm Xəbər” qəzeti olaraq həmişə kimliyindən asılı olmayaraq hüquqları tapdanan hər bir şəxslə bağlı fikirlərimizi deyir, qanunlara və insanlığa sığmayan addımları pisləyirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?