GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DGK dövlət büdcəsinə ödəniləcək vəsaitlərin gizlədilməsi ilə bağlı FAKTlar aşkarladı - ""Manifest – 20" MMC şirkəti tərəfindən..."

DGK dövlət büdcəsinə ödəniləcək vəsaitlərin gizlədilməsi ilə bağlı FAKTlar aşkarladı - ""Manifest – 20" MMC şirkəti tərəfindən..."

Tarix: 23-03-2018, 22:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 432
DGK dövlət büdcəsinə ödəniləcək vəsaitlərin gizlədilməsi ilə bağlı FAKTlar aşkarladı - ""Manifest – 20" MMC şirkəti tərəfindən..."


Son bir ay ərzində Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb. Mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunub. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar aşkarlanıb.

DGK-dan Trend-ə verilən məlumata görə, "Manifest – 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan edilməsi müəyyən olunub.

Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Eyni zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunmuş və gömrük tarif dərəcəsinə əsasən 0 % idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 271 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salaq.

Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib.

Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranıb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanmışdır. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.

Ukrayna Respublikasının "Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal Traders" MMC – nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılıb. Azərbaycan Höküməti ilə Ukrayna Hökuməti arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal – müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058 ABŞ Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub. Nəticədə əlavə olaraq 38 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onların dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aydın Əliyevdən korrupsiya etrafı

    Aydın Əliyevdən korrupsiya etrafı ...

    11-01-2013, 11:02

  • 
  • Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan AÇIQLAMA

    Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan ...

    19-02-2016, 11:50

  • 
  • 95 min dolları xaricə aparmaq istəyən şəxs tutuldu

    95 min dolları xaricə aparmaq istəyən şəxs tutuldu ...

    13-10-2017, 11:17

  • 
  • Büdcədən bir milyon dollar yayındıranların siyahısı – RƏSMİ

    Büdcədən bir milyon dollar yayındıranların ...

    13-07-2017, 23:38

  • 
  • Azərbaycandan Rusiyaya göndərilən məhsullarla bağlı razılıq əldə olundu

    Azərbaycandan Rusiyaya göndərilən məhsullarla ...

    9-06-2016, 17:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu