GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Texnologiya Universitetinin əməkdaşı Akif Süleymanovu hansı addımlarına görə ittiham edir?

Texnologiya Universitetinin əməkdaşı Akif Süleymanovu hansı addımlarına görə ittiham edir?

Tarix: 28-03-2018, 16:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 621
Texnologiya Universitetinin əməkdaşı Akif Süleymanovu hansı addımlarına görə ittiham edir?


Azər Allahverdiyev: “Ölkə üzrə yeni iş yerlərinin açıldığı bir vaxtda, Texnologiya Universitetində çoxsaylı əməkdaşlar işdən çıxarılırlar”

Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev tərəfindən müraciət daxil olub. Adı çəkilən şəxs ünvanladığı müraciətində rektor Akif Süleymanovun qanunsuzluğa söykənən əməllərindən, heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılmasından, səriştəsiz kadr təyinatlarının həyata keçirilməsindən, Universitet rəhbərinin övladının bu təhsil ocağında “at oynatmasından” və s. kimi olayların varlığından bəhs edir. O, üz-üzə qaldığı qanunsuzluqların varlığını media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və digər dövlət qurumlarının rəhbərlərinə çatdırmaq niyyətini ortaya qoymaqla bərabər, həm də onların ictimailəşdirilməsini də xahiş edir. Odur ki, Azər Allahverdiyev tərəfindən ünvanlanan müraciətin mahiyyətini çoxsaylı oxucuların diqqətinə olduğu kimi çatdırmağı, məhz özümüz üçün borc bildik. Müraciət müəllifi yazır ki, “Sizə müraciətimi ünvanlamağıma əsas səbəb, Texnologiya Universitetinə rəhbərlik edən Akif Süleymanovun qol qoyduğu əməllərlə bağlıdır. Belə ki, 2013-cü ildən adı çəkilən təhsil ocağına rəhbərlik edən Akif Süleymanovun yarıtmaz idarəçiliyi ucbatından, bu təhsil müəssisəsində baş verən qanunsuzluqlar bitib tükənmək bilmir. Hələ bir müddət bundan öncə Universitetdə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində 1,3 milyon manat məbləğində mənimsəmə faktı aşkarlanmış, sonda Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq araşdırmaları aparılmış, az sonra isə toplanmış sənədlər Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə də dəvət olunmuşdu. Rektor Akif Süleymanovun əvvəlki və indiki maliyyə pozuntularında birbaşa əli olduğundan, rəhbərlik etdiyi kollektivdə bu gün onun heç bir nüfuzu, hər hansı hörməti qalmayıb. O, Universitetə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını da çoxdan itirib. İnanıram ki, bundan sonra Azərbaycan Respublikasının qanunları Akif Süleymanovun qol qoyduğu çoxsaylı qanunsuzluqlara son qoymağa imkan verəcək. Bu şəxsin qanunsuzluğa söykənən əməlləri ilə bağlı bir çox instansiyalara, o cümlədən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə davamlı rəsmi müraciətlər etmişik. Təəssüf hissi ilə qeyd edim ki, müraciətlərimizə hər zaman pərdəarxası yanaşıblar və şikayətlərimizi araşdırılması üçün Təhsil Nazirliyinə yönəltsələr də, adı çəkilən nazirlikdə şikayətlərimizi heç zaman lazımınca araşdırmayıblar.
Dövlət qurumlarına Universitet əməkdaşları aldadıcı cavablar verirlər və belə bir addımları ilə onlar açıq-aşkar şəkildə Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər. Elmdən və təhsildən uzaq olan şəxslərin universiteti bərbad vəziyyətə salacaqları əvvəlcədən məlum idi. Çünki, Akif Süleymanovun özü elm və təhsilə ləkə olan vəzifə sahibidir və bunu Təhsil Nazirliyinin əməkdaşları da bilirlər. 05 dekabr 2017-ci ildə Təhsil Nazirliyində oldum və Nazirlik əməkdaşlarına rektorun çirkin əməllərindən, özbaşınalığından, üzümə iki qız qoymaqla mənə şər-böhtan atdırmasından şikayət etdim. Buna baxmayaraq, onunla bağlı heç bir ciddi tədbir görmədilər. Görünür rektor Akif Süleymanov hansısa yüksək çinli vəzifə sahibinə bağlı şəxsdir ki, barəsində lazımi tədbirlər görülmür. Bu şəxsin çirkin əməllərinin qarşısını almaqda sanki dövlət qurumları çətinlik çəkir, yaxud da onunla heç cür bacara bilmirlər. İndiyə kimi Akif Süleymanovun özbaşınalığı haqda bir çox media qurumlarında silsilə tənqidi açıqlamalar da dərc olunub. Bu gün isə qeyd olunur ki, Texnologiya Universitetində əməkdaşlar Prezident seçkisi öncəsi məqsədli şəkildə narazı salınırlar. Ölkə üzrə yeni iş yerlərinin açıldığı bir vaxtda, Texnologiya Universitetində rektorun tapşırığı ilə çoxsaylı əməkdaşlar işdən çıxarılırlar. Bir müddət bundan əvvələ 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci çalışdıqları işlərindən uzaqlaşdırıldılar.
Cənab Prezident! Siz bir çox tədbirlərdə etdiyiniz çıxşlar zamanı məmurlara, vəzifə sahibi olan şəxslərə xəbərdarlığınızı çatdırmısınız, lazımi tapşırıqlarınızı vermisiniz. Bütün bunlara baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov, atasının rektoru olduğu bu təhsil ocağından sanki “dədə malı” kimi istifadə edir və bunu əksər dövlət qurumları ilə bərabər Təhsil Nazirliyi də bilir. Buna misal olaraq 30 yanvar 2018-ci ildə Təhsil Nazirliyinin üç əməkdaşı Aydın Rəhimov, hüquqşünas Rasim və Nicat adlı şəxslər, Texnologiya Universitetinin dosentləri Həsən Musayevin və Məsim Abadovun, baş müəllim Alim Əliyevin, müəllimələr Məhəbbət Kərimovanın, Afət Məmmədovanın və mənim, həmçinin digər şikayətçi əməkdaşların yazmış olduqları şikayətləri araşdırmaq üçün, bu təhsil ocağına ezam olunsalar da, Nazirlikdən gələnlər şikayətlərimizi pərdəarxası araşdırdılar, əsl həqiqətləri üzə çıxarmağa çalışmadılar. Ulu Öndər Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə yaradılan Azərbaycan Texnologiya Universiteti, bu gün Akif Süleymanovun yarıtmaz idarəçiliyi ucbatından, hal-hazırda bir çox göstəricilərinə görə digər təhsil ocaqlarından olduqca geridə qalır. Bu təhsil ocağında çalışmış və işindən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, yüzlərlə insanın maddi durumunun dözülməz həddə çatdığını isbat etmək heç də çətin deyil. Onu da bildirim ki, işdən çıxarılan əməkdaşların tam əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridirlər.
Bu da danılmaz bir həqiqətdir ki, Siz ölkə rəhbəri olaraq bütün gənclərə öz övladınız kimi diqqət və qayğı göstərirsiz. Bu gün 29 yaşım var və atam dünyasını dəyişdiyindən ailəmiz mənim öhdəmdə qalıb. 30 oktyabr 2017-ci ildə rektor Akif Süleymanov mənim üzümə iki qız qoyaraq işimdən kənarlaşdırdı. Bunlardan biri Universitetinin “Qiyabi və Distant Təhsil Mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə II kurs tələbəsi Cəmilə Əsgərzadə idi. Bu cür qanunsuzluqlarla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdim. 25 dekabr 2017-ci ildə Kəpəz rayon Məhkəməsi tərəfindən bəraət aldım və mənimlə bağlı verilən əmrlər məhkəmənin qərarı ilə ləğv olundu. Həmçinin bir ay ərzində çıxarılmış məhkəmə qətnaməsinin icra olunması və işə qaytarılmağımla bağlı qərar da çıxarıldı.
Bəraət aldığm məhkəmə qətnaməsinin surətini təqdim edirəm:
Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olursa-olsun işindən kənarlaşdırmaq fikirinə düşübsə, deməli o, insanlığa və rəhbər şəxslərə yaraşmayan üsullara əl atır. Şəratma kompaniyası zamanı o, Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan məharətlə istifadə edir. Üzümə qoyulan qızlardan biri, hansı ki, “Qiyabi və Distant Təhsil Mərkəzinin” mütəxəssisi olan Zamiqə Xəlilovanın atası Yuris Xəlilov, Gəncə şəhərindəki 34 saylı orta məktəbin direktorudur. Akif Süleymanovun siyasi xəyanətindən saxtakarlığınadək olan əməlləri haqda, bu gün əksər dövlət qurumlarında vəzifə sahibi olan şəxslər də məlumatlıdırlar. Bu şəxsin yarıtmaz idarəçiliyinin hansı səviyyədə olduğunu müəyyən etmək, heç də çətin deyil. Ölkəmizin ikinci böyük şəhərində fəaliyyət göstərən Texnologiya Universitetində təkcə korrupsiya və rüşvətxorluq deyil, eyni zamanda siyasi xəyanət hesab oluna biləcək məqamlara da rast gəlmək mümkündür. Akif Süleymanov və Gəncə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilov rəhbərlik etdikləri təhsil ocaqlarında çirkin addımlarını atmaqla, açıq-aşkar şəkildə gələcəyimiz hesab olunan gənclərin adlarına ləkə gətirməkdədirlər. Məqsədim heç də kimisə təhqir etmək, kiminsə şərəf və ləyaqətinə toxunmaq, kiminsə haqqını tapdamaq deyil. Müraciətimin məqsədi Akif Süleymanovun və Yuris Xəlilovun səriştəsiz, bacarıqsız hərəkətlərini qınamaq, etdikləri xəyanətləri hər kəsin diqqətinə çatdırmaq, onların övladlarının özbaşınalğının qarşısını almaqan ibarətdir. 05 dekabr 2018-ci ildə Təhsil Nazirliyində olarkən sadaladıqlarımı nazirlik əməkdaşlarının diqqətinə çatdırsam da, təəssüflər olsun ki, onlar danışdıqlarıma məhəl qoymadılar. Mən gənc yazıçıyam, bir çox əsərlərin müəllifiyəm. Heç çür o halı qəbul edə bilmirəm ki, işdən azad olunmağım hansısa xanıma qarşı pis münasibətimdən irəli gələn səbəb olsun. Mən Akif Süleymanovun vəzifə səlahiyyətlərini aşması ilə bağlı, hətta Baş Prokur cənab Zakir Qaralova ərizə ilə müraciət etmişəm. İstərdim ki, onun əməlləri ilə bağlı cinayət işi açılsın və adı çəkilən şəxs qanun qarşısında da cavab versin.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə Texnologiya Universitetinin rektoruna 1,3 milyonluq ittiham - Araşdırma başlayıb

    Gəncə Texnologiya Universitetinin rektoruna 1,3 ...

    23-03-2018, 23:38

  • 
  • Akif Süleymanovu bitirəcək fakt: "Əli Abbasov mənimlə..."- YENİLƏNİR

    Akif Süleymanovu bitirəcək fakt: "Əli ...

    16-11-2015, 12:58

  • 
  • Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş verir?

    Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş ...

    2-03-2017, 23:34

  • 
  • Azərbaycanda universitet rektoru qaçdı - Korrupsiya

    Azərbaycanda universitet rektoru qaçdı - ...

    28-07-2015, 19:14

  • 
  • FƏTO-çular Gəncədəki Texnologiya Universitetində yuva salıb - şok məktub...

    FƏTO-çular Gəncədəki Texnologiya Universitetində ...

    1-02-2018, 14:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu