Tanınmış jurnalist facebook səhifəsində mətbuatla bağlı maraqlı versia irəli sürüb. Həmin açıqlamanı “gundemxeber.az-in oxucularına təqdim edirik:
“Məsləhətçi qurum kimi düşünülmüş MEDİA KLUBU ona görə yaradılır ki, mətbuatın düşdüyü vəziyyəti açıq şəkildə müzakirə edib çıxış yolları axtaraq. Bu gün Azərbaycan mediası mənəvi böhran içindədir. Media vasitələri və burada çalışanların böyük bir qismi böhtan, təhqir, şantaj və zorakılığın təbliği, dəyərlərin gözdən salınması, iyrənc siyasi mübarizə, söyüş və diskreditasiya üçün alətə çevrilib. Təəssüf ki, sosial media da bu tərzi daha əcaib formada tirajlayır. Qapısı bütün vicdanlı qələm və söz sahiblərinin üzünə açıq olan KLUBda deyilən məsələləri davamlı müzakirə etmək planlaşdırılır.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?