GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bəyənmədiyi insanlara “gülənçi” damğası vuran nüfuzlu şəxs kimdir?

Bəyənmədiyi insanlara “gülənçi” damğası vuran nüfuzlu şəxs kimdir?

Tarix: 12-04-2018, 16:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 494
Bəyənmədiyi insanlara “gülənçi” damğası vuran nüfuzlu şəxs kimdir?


Azərbaycanda elan olunmamış müharibə gedir, tanklar və topların deyil, "gülənçi” və "nurçu” kimi yarlıqların silah rolunu oynadığı bir müharibə.

gundemxeber.az realliqinfo.org-a istinadən xəbər verir ki, son illər bir sıra KİV-də dərc olunmuş materialları təhlil edərkən, belə bir nəticəyə gəlmək olar.
Son illər öz səliqəli və təşkil olunmuş işi ilə xalqına və dövlətinə sadiqliyini sübut etmiş onlarla şəxs bir sıra mətbuat orqanlarının hədəfinə çevrilərək, "gülənçi”lərə - qardaş Türkiyədə fəaliyyəti qanundan kənar elan edilmiş və Azərbaycanda da alqışlanmayan Fətullah Gülənin terror təşkilatının ardıcılları damğası ilə ləkələnib.
Bir tərəfdən, "gülənçilik” kimi vəba ilə mübarizə doğru işdir, lakin dövlətçilik maraqlarına xidmət edən şəxslərin ünvanına ittihamlar səsləndirildikdə, KİV-dəki ittihamların məlumatın jurnalist araşdırması olduğunu söyləməyə əsas verən heç bir sübutu olmadıqda, yazıların "nurçu” sözünün tez-tez təkrarlandığı (yəqin, inandırıcı görünmək üçün?!) söz yığınından ibarət olduğunu gördükdə, istər-istəməz müəyyən nəticə çıxarmağa məcbur olursan.
Daha doğrusu, bəzi "KİV”-nin yazılarını nəzərdən keçirdikdə birmənalı şəkildə bu nəticəyə gəlmək olar ki, bu gün Azərbaycanda müəyyən dairələr tərəfindən "cadugər ovu” aparılır, Azərbaycanda sovet dövrünün donosbazlarının ardıcılları, senator Makkartinin ardıcılları indiyədək qalmaqdadır.
Əgər kimsə onların qaydaları ilə hərəkət etmirsə, özünün yeni, ölkəyə və dövlətə lazım olan fəaliyyətini qurursa, avtomatik olaraq, paxıllıq rejimi qoşulur və yeganə məqsədi öz ölkəsinə, xalqına və prezidentinə xidmət olan insanlara qarşı kampaniya başlayır.
Digərlərinin uğurlarının fonunda öz nüfuzu və əhəmiyyətini itirmək qorxusu yaşayan bu insanlar hər vəchlə irəlidə gedənləri damğalamağa çalışır və bununla da, arzuolunmaz qonşunun bir günün içində xalq düşməninə çevrilə biləcəyi sovet donosbazlığı dövrünün hərəkətlərini təkrarlayırlar.

Tarixdən danışdıqsa, gəlin, SSRİ-də donos yazanların fəaliyyətinin, Makkartinin düşünülməmiş ittihamlarının nəticələrini xatırlayaq – onlar ilk növbədə, öz şəxsi maraqlarına xidmət edən ittihamlarla nə qədər insanın həyatını məhv etdilər?!

Qonşunun arvadını bəyəndin və onu ələ keçirmək istəyirsən? Donos yaz, qonşunu xalq düşməni elan et!

Kiminsə həyata baxışları səninkindən fərqlidir? Onu kommunistləri dəstəkləməkdə ittiham et və hər şeyini əlindən al!

Sovet İttifaqında yalançı ittihamların qurbanlarını adbaad sadalamaq çətin işdir – siyahılarda təkcə əmlakını deyil, həyatını da itirmiş yüz minlərlə insan var.
Bəs, senator Makkartinin tərəfədarları kimləri kommunistlərə simpatiya bəsləməkdə ittiham edirdilər – siyahıda Çarli Çaplin, Albert Eynşteyn, Robert Oppenheymerin adları var idi!

Tarix həmişə öz düzəlişlərini edir, ədalətin daim bərqərar olmaq kimi bir adəti var. Sovet İttifaqı daha yoxdur, Cozef Makkarti ifşa olundu və alkoqolizmdən öldü.

Azərbaycanda müəyyən insanlar öz oyunlarını oynayır, öz "cadugər ovunu” aparırlar. Lakin tərəqqi onların işini asanlaşdırıb – indi donos yazmaq lazım deyil, azad və demokratik bir ölkədə belə donoslar heç kimə lazım deyil. Parlamentdə dinləmələrə ehtiyac yoxdur.

Hər şey çox asandır – Azərbaycanda media üçün yaradılmış şərait, söz azadlığı sayəsində kiçik bir KİV yarat və kim sənin subyektiv rəyinə, sənin maraqlarına cavab vermirsə, onu damğalamağa başla. Bundan asan nə ola bilər ki?!

Şəxsi səriştəsizliyinin nəticəsi olaraq insanı özünə təhdid hesab edirsən – hər şey sadədir, buyruq qulu olan, pul yeyintisi və təmiz adamlara qarşı dövri hücumlar təşkil etmək məqsədilə yaradılmış KİV-ə komanda ver və onlar adamları nədə istəsən, ittiham edəcəklər – ermənidən tutmuş "gülənçi”yə qədər.

Son illər Azərbaycanın xüsusi xidmət orqanları – DTX, DİN belə buyruq qulu KİV-ə - yeganə qayğısı insanları maarifləndirmək və məlumatlandırmaq deyil, şantaj, təhdid və rüşvət almaq olan media orqanlarına qarşı fəal mübarizə aparır.

Mübarizə kifayət qədər sərt, effektiv aparılır və artıq bir sıra "baş redaktorlar” həbsxanalarda layiq olduqları yeri tutublar. Digər tərəfdən, mübarizəni belə şəkildə aparmağın mənası varmı? Kərtənkələnin quyruğunu qoparmağın nə mənası, əgər o quyruq yenidən bitəcəksə?!

Bəlkə birdəfəlik başdan başlamaq, öz əhəmiyyətini, lazımlılığını sübut etmək üçün bütün tərəqqipərvər qüvvələrə müharibə elan etmiş bu bədheybətin başını əzmək lazımdır?!

Öz növbəmizdə, biz jurnalist araşdırması apararaq, hər şeyi ölkənin deyil, şəxsi rifahı üçün edən həmin bu nüfuzlu şəxsin adını açıqlamaq hüququnu özümüzdə saxlayırıq.
Davamı olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yeni "nurçu ovu" dalğasının ilk qurbanlarından biri bəllidir - "Azərsu" şefinin başı cəncəldə

    Bakıda yeni "nurçu ovu" dalğasının ilk ...

    16-12-2014, 21:21

  • 
  • Nurçu məsələsinə görə Bakıya gəlir

    Nurçu məsələsinə görə Bakıya gəlir ...

    21-05-2014, 10:53

  • 
  • Qorxmaz Hüseynovun Gülənçi oğlunun müəmmalı biznesi: 100 milyonu keçib…

    Qorxmaz Hüseynovun Gülənçi oğlunun müəmmalı ...

    26-03-2018, 16:19

  • 
  • Obama "müharibə" elan etdi

    Obama "müharibə" elan etdi ...

    5-01-2016, 13:09

  • 
  • Rejim xalqa müharibə elan edib

    Rejim xalqa müharibə elan edib ...

    1-02-2013, 10:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu