Bu bir gerçəklikdir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dünyada baş verən bir sıra mühüm, qlobal əhəmiyyətli ictimai-siyasi, istisadı-sosial hadisələr ölkəmizin həyatında da müvafiq reaksiyalar doğurur, assosiasiyalarla müşayiət olunur. Xüsusilə də Azərbaycanın kökü bir bir qardaşı Türkiyədə cərəyan edən hadisələrin bizim cəmiyyətdə doğurduğu əks-səda daha təsirli olur.
Buna misal olaraq Fətillah Gülənin nurçu tərəfdarlarına qarşı aparılan son əməliyyatların Azərbaycanda inikasını göstərmək olar.Dekabrın 14-də həmin əməliyyatların yeni dalğası başlanıb. Məlumat yayılıb ki, 32 nəfərin haqqında həbs qərarı var. Həbs ediləcək şəxslərin siyahısında Fətullah Gülənin olub-olmaması hələ aydın deyil. Ehtimal böyükdür ki, bu əməliyyatlara paralel olaraq Azərbaycanda da “nurçu ovu”nun növbəti mərhələsinə start veriləcək. Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu dəfə “təmizləmə” işləri “Azərsu” Səhmdar Cəmiyyətindən başlanğıc götürəcək. Ehtimal var ki, SC-nın prezidenti Qorxmaz Hüseynovun özü də kampaniyanın qurbanına çevrilsin. Ümimiyyətlə, hər nə olursa-olsun, qurum rəhbərinin bu işdən zərərsiz çıxacağı inandırıcı görünmür.
Xatırlayırsınızsa, hələ bu ilin aprelində Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən bir gün öncə “Azərsu” ASC-nin podratçisi olan, əsasən su sayğaclarının quraşdırılması üzrə ixtisaslaşmış “Hidrolotus” şirkətinin fəaliyyəti dayandırılmışdı. “Azərsu” ilə tərəf müqabili olaraq, dəyəri yüz milyonlarla ölçülən layihələri həyata keçirən bu şirkətin “nurçu”larla bağlılığı bəlirlənmişdi. Şirkətin Azərbaycandakı himayədarı kimi “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun adı hallanmışdı.Bir məqamı vurğulamağa dəyər ki, hazırda Yaxın Şərqdə və Şərqi Avropada gedən siyası proseslər, müharibə ocaqlarının genişlənməsi meyli Azərbaycanı özünün ən yaxın dostu və müttəfiqi, strateji tərəfdarı olan Türkiyəyə sədaqətini, vəfasını növbəti dəfə göstərməyə vadar edir. Bu böyük məqsəddən ötrü Qorxmaz Hüseynov kimi fiqurları qurban verməyə dəyər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?