GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azərbaycan regionda jurnalistlərin həbsinə görə rekord vurur"

"Azərbaycan regionda jurnalistlərin həbsinə görə rekord vurur"

Tarix: 14-04-2018, 11:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444
"Azərbaycan regionda jurnalistlərin həbsinə görə rekord vurur"


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda prezident seçkiləri ərəfəsində mediaya qarşı təzyirlərlə bağlı məqalə dərc edib. Burada qeyd edilib ki, Azərbaycan dünyada həbsdə olan jurnalistlərin sayının ən çox olduğu ölkələr sırasına daxildir. Məqalənin müəllifi Gülnoza Said Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində Azərbaycanda mətbuatın durumunu şərh edib.

Amerikanın Səsi: Azərbaycanda mətbuat azadlığı sahəsində ən böyük narahatlıqlara əsas səbəblər hansılardır?

Buna görə də biz deyə bilərik ki, Azərbaycanda son illər jurnalistlərə və müstəqil və müxalif media qurumlarına qarşı repressiyalar güclənib.

​Gülnoza Said: Azərbaycan mənim məşğul olduğum Avropa və Mərkəzi Asiya regionunda jurnalistlərin həbsinə görə rekord vurur. Biz Jurnalistləri Müdafiə Komitəsində region ölkələrində həbs edilmiş jurnalistlər, yəni birbaşa öz fəaliyyətlərilə əlaqədar olaraq, çalışdıqları media qurumlarında işləri, ya da bloger fəaəliyyəti ilə əlaqədar həsb edilən jurnalistlərlə bağlı hər il sorğu keçiririk. 2017-ci ilin dekabrında Azərbaycanda həbs edilmiş 10 jurnalist var idi. Bu, bir sıra başqa ölkələrdən çoxdur. Hətta dünya ölkələri ilə müqayisədə. Bu, 2016-cı ilin dekabrında olduğundan iki dəfə artıqdır. Buna görə də biz deyə bilərik ki, Azərbaycanda son illər jurnalistlərə və müstəqil və müxalif media qurumlarına qarşı repressiyalar güclənib.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət Azərbaycanda müstəqil jurnalistlərin müdafiəsi üçün nə etməlidir?

Bu qanun layihəsi Mehman Əliyevin keçən il həbsi ilə əlaqədar olaraq təqdim edilib və burada Mehman Əliyevin həbsi ilə əlaqəsi olan Azərbaycan hökumət rəsmilərinə qarşı ABŞ-a səfərlərlə bağlı sanksiyaların tətbiq edilməsi məsələsi qaldırılıb.

Gülnoza Said: Jurnalistləri Müdafiə Komitəsi kimi Azərbaycan da daxil olmaqla dünya ölkələrində jurnalistləri və medianı müdafiə təşkilatı olaraq biz hər zaman bu sualı özümüzə veririk. Biz Vaşinqtonda, Brüsseldə, dünyanın başqa paytaxtlarında siyasətçilərlə işləyirik. Qeyd etməliyəm ki, hazırda azad mətbuatın müdafiəsi sahəsində vəziyyət əvvəlki kimi yaxşı deyil. Çünki biz media azadlığının hətta ənənəvi olaraq azad olan ölkələrdə belə azaldığını müşahidə edirik. Birləşmiş Ştatlar, Avropa İttifaqının bəzi üzvlərini göstərə bilərik. Biz Birləşmiş Ştatlarda və Avropa İttifaqında jurnalistlərlə qarşı daha çox təzyiq göstərilməsi və hətta Avropa İttifaqında araşdırmaçı jurnalistin qətli kimi halları müşahidə etmişik. Mən deyərdim ki, bizim müdafiə səylərimiz son illər çətinliklərlə üzləşməyə başlayıb. Lakin biz işimizi davam etdiririk. Fikrimcə, Vaşinqtonda, Brüsseldə və başqa paytaxtlarda siyasətçilərin Azərbaycan hökumətinə jurnalistlərin azad edilməsi, media azadlıqlarının təmin edilməsi tələbləri ilə təzyiq göstərməyə davam etməsi vacibdir. Biz bu müdafiə səylərinin bəzi nəticələr verdiyini də görmüşük. Məsələn, keçən il Turan müstəqil xəbər agentliyinin direktoru Mehman Əliyev həbs edilmişdi. Mən onunla danışanda o mənə demişdi ki, o, Vaşinqtonda bəzi senatorlar tərəfindən Azərbaycana təzyiq nəticəsində azad edilib. Onun xəbər agentliyi ilə bağlı durum ciddi olaraq qalsa da, maliyyə fırıldaqları ilə bağlı ittihamlar və bəzi başqa ittihamlar ləğv edilib.

Amerikanın Səsi: Siz məqalədə bir sıra işləri qeyd etmisiniz və o cümlədən, Turan agentliyinin direktoru Mehman Əliyevin işini. Sizcə, bu təzyiqi effektiv hesab edirsinizmi?

Fikrimcə, Vaşinqtonda, Brüsseldə və başqa paytaxtlarda siyasətçilərin Azərbaycan hökumətinə jurnalistlərin azad edilməsi, media azadlıqlarının təmin edilməsi tələbləri ilə təzyiq göstərməyə davam etməsi vacibdir.

​Gülnoza Said: Mehman Əliyev mənə deyib ki, onun agentliyi təzyiqlərə məruz qalsa da, hətta aprelin 11-də keçirilən seçki dövrü də işini davam etdirə bilib, çünki senator Riçard Durbinin keçən il təqdim etdiyi qanun layihəsi hələ də qüvvədə qalır. İzahat üçün deyirəm ki, bu qanun layihəsi Mehman Əliyevin keçən il həbsi ilə əlaqədar olaraq təqdim edilib və burada Mehman Əliyevin həbsi ilə əlaqəsi olan Azərbaycan hökumət rəsmilərinə qarşı ABŞ-a səfərlərlə bağlı sanksiyaların tətbiq edilməsi məsələsi qaldırılıb. Qanun layihəsi hələ də var. Və biz istəyərdik ki, həm Kapitolidən, həm də ABŞ administrasiyasından istər sanksiyalar şəklində olsun, istərsə də başqa yollarla Azərbaycan rəsmilərinə təzyiq göstərmək üçün daha artıq fəaliyyət göstərilsin.

Amerikanın Səsi: Jurnalistlərə təzyiq və təqiblərə son qoyulması üçün daha hansı tədbirlər görülməlidir?

Gülnoza Said: Mənim qeyd etdiyim qanun layihəsi ən yaxşı tədbirlərdən biri idi. Mən deyərdim ki, birbaşa atılmış və daha effektiv bir addım idi. Düzdür, bu, qısa müddət üçün edildi və bunun hədəfi məhdud idi. Mən fikirləşirəm ki, həbsdə olan ayrı-ayrı jurnalistləri, ya da başqa siyasi məhbusları hədəf alan belə tədbirlər təsirli ola bilər. Qlobal Maqnitski Aktı da mövcuddur. Mənim bildiyimə görə, bəzi təşkilatlar gələcəkdə müxtəlif sanksiyaların tətbiq edilə biləcəyi şəxslərin siyahısına bəzi Azərbaycan hökumət rəsmilərinin adlarının daxil edilməsi üzərində işləyir. Fikrimcə, bu, Azərbaycan hökuməti də daxil olmaqla, hökumətlərə təzyiq göstərilməsi işində beynəlxalq səviyyədə uğurlu vasitələrdən biri ola bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ölkələr sırasındadır” - CPJ

    “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ...

    13-12-2017, 21:28

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52

  • 
  • RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

    RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı ...

    22-07-2013, 23:52

  • 
  • Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar

    Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar ...

    6-12-2014, 23:47

  • 
  • Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq

    Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı ...

    6-10-2017, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (413)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu