GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub? - Fakt

Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub? - Fakt

Tarix: 16-04-2018, 21:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 465
Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub? - Fakt


Bakıda avtomobillər küçələri təmizləyən xadimələri vuraraq öldürür

Bu barədə əldə etdiyimiz xəbərə görə, bu məsələdə Bakı şəhər icra hakimiyyəti ittiham olunur.

Sonuncu fakt Atatürk prospektində baş verib. Şahidlərin bildirdiyinə görə, avtomobilin vurduğu qadının əynindən dərhal küçə təmizləyənlərin xüsusi geyimi çıxarılıb ki, heç kim onun kommunal xidmət əməkdaşı olduğunu bilməsin.

İctimaiyyətin iradlarına və KİV-lərdə dərc olunmuş tənqidi yazılara baxmayaraq, şəhər rəhbərliyi xüsusi təmizləyici texnika (dünyanın bütün sivil ölkələrində olduğu kimi!!!) almaqdan imtina edib.

Bu səhlənkarlıq ucbatından daha bir xadimə qadın ölüb. Bu artıq üçüncü belə sonluqdur!

Maraqlıdır, daha neçə adam ölməlidir ki, şəhər hakimiyyəti fikrini dəyişsin və paytaxtın əsas magistrallarından xadimələri yığışdırsın?!

Baş verənlər yüksək sürətli yollarda insan əməyindən istifadə məsələsini gündəmə gətirib. Belə ki, sürücülər hərəkətin intensiv vaxtında yol təmizləmə işlərinin aparılmasına etiraz edir.

Xüsusilə də hərəkət sürəti yüksək olan yerlərdə təmizləmə işlərinin texnika vasitəsilə həyata keçirilməli olduğunu vurğulayırlar.

Bildiyimiz kimi, yollarda təmizləmə işlərini Mənzil Kommunal Təsərrüfat birliklərinin və “Azəravtoyol”un işçiləri həyata keçirir.

Həmin şəxsləri də hərəkətin intensiv olduğu vaxtlarda, yəni səhər saatlarında yolları təmizləyərkən görmək mümkündür. Ancaq bu zaman əksərən təhlükəsizlik qaydalarına əməl edilmir, işarələr qoyulmur.

Gər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır.

Lap tutaq ki, yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır.

Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır.

Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışan əməkdaşlarından biri deyir ki, yolların təmizliyi üçün kifayət qədər texnika var, sadəcə işlətmək üçün sərf eləmir.

Məsələn, işləmədiyi halda texnikaya ayrılan yanacaq, sürtkü materialları, detallar və s. Satılır, müəyyən vaxtdan sonra isə hesabdan silinərək yenisi alınır.

Əslində isə elə kohnə (amma işlənmədiyi üçün təzə qalan) maşınlar yenidən alınıb deyə, hesabdan pul silinir.

Hələlik isə aidiyyatı qurumlar dalandarlara işıqlı gödəkçələr paylamaqla qəzaların qarşını almaq üçün addım atdıqlarını deyirlər.

Nədən neftlə zəngin və milyonları olan səltənətin yaşlı, ahıl və ağbirçək xanımları, analar və bacılar XXI əsrdə yolları fiziki üsullarla, primitiv təmizləyici alət olan süpürgə ilə təmizləməlidir?

Əl əməyinin avtomatlaşdırıldığı və mexanikləşdirildiyi müasir iqtisadiyyatda Bakı şəhər və rayon mənzil kommunal təsərrüfatları nə vaxta qədər insanları bu yolla istismar edib, ayda 100-150 manat məvacib ödəyəcəklər?

Məgər, bu adamlar son on ildə 150 milyard dollar neft və qaz gəlirinə sahib olan ölkənin vətəndaşları deyilmi?

Mövcud iqtidar onların haqq etdikləri neftdən düşən payı bu üsullarla ödəyirmi? Suallar çoxdur və bu sistem qaldıqca onlar heç vaxt cavablandırılmayacaq.

Xarici ölkələrdə çoxlu səfərlərdə olmuşam, bəzilərində yaşamışam, amma Rusiyadan, Orta Asiyadan başqa yerdə küçəni süpürgə ilə təmizləyən işçi saxlayan ölkə görməmişəm. Hazırda nəinki küçəni, hətta səkiləri süpürən, silən, qurudan, qardan təmizləyən xeyli texnika mövcuddur.

Mənasız yerlərə milyonlar xərcləyən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti niyə bu işin mexanikləşdirilməsinə sərmayə qoymur?

Niyə pensiya yaşlı Azərbaycan xanımı aldığı təqaüdlə dolana bilmədiyinə görə, ehtiyac ucbatından küçə süpürməlidir ki, onu da günlərin birində “Kamaz” vurub öldürsün?/fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş redaktor Şirvan şəhər icra hakimiyyəti tərəfindən məhkəməyə verildi

    Baş redaktor Şirvan şəhər icra hakimiyyəti ...

    6-04-2015, 11:42

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50

  • 
  • İcra hakimiyyəti Nardarandakı dini bayraqları yığışdırmağa başladı

    İcra hakimiyyəti Nardarandakı dini bayraqları ...

    1-12-2015, 20:12

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Gədəbəy İcra Hakimiyyəti haqda ANS-də verilən anonsun ardı niyə gəlmədi? VİDEO fakt

    Gədəbəy İcra Hakimiyyəti haqda ANS-də verilən ...

    18-12-2014, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (394)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu