Gədəbəy rayon İcra Hakimiyyətinin sahibkar Oqtay Əliyevə məxsus turizm obyektini qanunsuz sökməsi barədə məlumat vermişdik. gundemxeber.az Azinform.az-a istinadən bildirir ki, obyektin söküntüsündən bir qədər sonra ANS telekanalı hadisə barədə məlumat verib və elan olunub ki, növbəti buraxılışlarda bölgə müxbirinin geniş araşdırması təqdim ediləcək. Lakin bu çəkilişin üzərindən iki aya yaxın bir vaxt keçsə də telekanalda sökülən obyekt barədə heç bir reportaj təqdim edilməyib. Görünür, Gədəbəy İcra Hakimiyyəti tərəfindən telekanala müdaxilələr olub. Bunu sahibkarın özü də təsdiqləyir. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Videonu təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?