GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ADNA terrorundan 9 il ötdü - müdhiş olay üzərindəki sirr pərdəsi isə hələ də qalır

ADNA terrorundan 9 il ötdü - müdhiş olay üzərindəki sirr pərdəsi isə hələ də qalır

Tarix: 30-04-2018, 13:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 661
ADNA terrorundan 9 il ötdü - müdhiş olay üzərindəki sirr pərdəsi isə hələ də qalır


Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbə və müəllimlərin güllələnməsindən 9 il ötür. Rəsmi məlumatlara görə, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb.

Öldürülən və yaralananların, demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Onun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Müstəqil hüquqşünaslar hadisə baş verəndən sonra Fərda Qədirovun əməllərinin terrorçuluq maddəsi ilə istintaq ediləcəyini söyləmişdilər. Amma belə olmadı. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradan terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb. 2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib. Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildiriblər. Nadir Əliyev məhkəmə zamanı dəfələrlə bəyan edib ki, ona işgəncə verilib, bu yolla tələb edilən ifadələr alınıb.

O, hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbs cəzası çəkir. Bibisi Leyla Əliyeva “Yeni Müsavat”a bildirib ki, Nadir Əliyevin anası və qardaşı imkan daxilində məhbusun yanına gedirlər. Onun sözlərinə görə, qardaşı oğlunun səhhəti normaldır: “Hər yerə müraciət etdilər, məktub göndərdilər, yazdılar. Amma bir xeyri olmadı. İş Avropa Məhkəməsinə göndərilib. Nə vaxt baxılacaq bilmirik. Nadir elə hey deyir ki, müraciət etməkdən, kömək istəməkdən, bu işlə məşğul olmaqdan əl çəkməyin. Artıq 9-cu il olacaq ki, həbsdədir. Onun günahı yoxdur. Nadirə hökm oxuyan hakim Ramella Allahverdiyeva da bilirdi ki, günahı olmayan cavan uşaqları bədbəxt edir. Hakim hökmü oxuyanda ağlayırdı. Biz dərdimizi kimə deyək bilmirik. Axı əlimizdən nə gəlir ki? Ailəsi yazıq nə etməlidir? Atası Rusiyada işləyir, anası və qardaşı imkan olanda yanına gəlib gedirlər”.

Nadir Əliyevin bibisi qeyd etdi ki, tutulanların Gürcüstana ekstradisiya olunması məsələsi nəticəsiz qalıb: “Ailəsi Nadir üçün Gürcüstanda da vəkil tutmuşdu. Amma heç bir nəticəsi yoxdur. Nadir özü də türmədən məktub yazır. Heç nə də, oturub orda, heç nə edə bilmirik, özünü günahsız sayır. O biri tutulanların da yaxınları gedib gəlirlər. Əldən bundan başqa heç nə gəlmir”.

İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.
Mardun Qumaşyan Gürcüstanda ezamiyyətdə olan “Yeni Müsavat” əməkdaşlarına bir neçə il fərqlə 2 müsahibə verib. O, ADNA-da törədilən terrorla əlaqəsinin olmadığını bəyan edib. Bildirib ki, Azərbaycan hüquq-mühafizə oraqnlarının ittihamları doğrudursa, həmin ittihamları Gürcüstan Prokurorluğuna təhvil verilsin və o, istintaqda cavab verməyə hazırdır. Mardun Qumaşyan hazırda da Gürcüstanda ailəsi ilə birgə yaşayır, çörək bişirib dolanır. O Bakıda baş verən terror olayını törədənləri, sifarişçilərini də lənətləyib.

“ADNA işi” üzrə məhkəmə prosesi keçirilərkən vəkillər bildiriblər ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Müttəhimlər isə bildirib ki, ifadələrini işgəncə altında veriblər. İbtidai istintaq Fərda Qədirovun ölümündən sonra onun ruhi xəstə olduğunu (?!) müəyyən edib. O əvvəlcədən video-müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. F.Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb. Ekspertlər Neft Akadeniyasında silahlı hücumun sırf terror hadisəsi olduğunu düşünür.

Hazırda ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin keçmiş nazirinin 1-ci müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, ali məktəbdə kütləvi qətl Azərbaycanın Qərblə əlaqələrinin qarşısını almaq məqsədi ilə törədilib. “Neft Akademiyasında törədilən kütləvi qətlin əsl motivləri açılmayıb. İstintaqın müəyyən etdiyi erməni əsilli, Gürcüstan vətəndaşı Mardun Qumaşyan belə indiyədək dindirilməyib. O, rahat yaşayır və kiçik bizneslə məşğul olur. Bakı isə susur, belə deməyə əsas verir ki, cinayətin sifarişçisi o deyil. Ali məktəbdə kütləvi qətl NABUCCO layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina etdi, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başladı və Rusiyaya verilən qazın həcmi artırıldı”.

Sülhəddin Əkbərin sözlərinə görə, Azərbaycan və Gürcüstan İnterpolun, beynəlxalq konvensiyaların üzvləridir. “Odur ki, zəruri materialların gürcü tərəfinə verilməsinə və əsl sifarişçilərin üzə çıxarılmasına heç bir maneə yoxdur. Lakin Bakı bilir ki, Tbilisi hərtərəfli istintaq aparacaq və cinayətin arxasında duran dövlətin konkret adı çəkilə bilər. Ona görə də münasibətləri pozmaq istəmir. Odur ki, bu cür terror aktları açılmamış qalacaq, əsas təşkilatçıların və sifarişçilərin adları açıqlanmayacaq. Ola bilsin ki, cinayətin icraçıları ilə təsadüfən tanış olmuş günahsız adamlar əziyyət çəksin. Qlobalizm və müasir geosiyasi qarşıdurma şəraitində terrorizmlə mübarizə beynəlxalq birliyin işidir. Odur ki, Azərbaycan hakimiyyəti tərəfdaşları və dostları ilə səylərini koordinasiya etməlidir. Əks halda ölkəni daha ciddi təhlükələr gözləyə bilər”, - o qeyd edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordunun əsgəri özünü güllə ilə yaralayıb

    Ordunun əsgəri özünü güllə ilə yaralayıb ...

    14-11-2013, 10:45

  • 
  • Bakıdakı kriminal "razborka"nın dəhşətli sonluğu - VİDEO

    Bakıdakı kriminal "razborka"nın ...

    27-04-2017, 12:33

  • 
  • Azərbaycanda rəis özünü öldürdü - Neft Daşlarında

    Azərbaycanda rəis özünü öldürdü - Neft Daşlarında ...

    10-07-2017, 11:10

  • 
  • Bakıda atışma: polis rəisinin müavini və oğlu yaralandı, bir nəfər öldü (Yenilənib 2)

    Bakıda atışma: polis rəisinin müavini və oğlu ...

    23-02-2014, 23:21

  • 
  • Bərdədəki dəhşətli cinayətlə bağlı Rəsmi məlumat

    Bərdədəki dəhşətli cinayətlə bağlı Rəsmi məlumat ...

    4-02-2014, 17:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu