“Gündəm Xəbər” ARDNŞ-ə istinadən xəbər verir ki, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb, nəticədə dünyasını dəyişib. Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma işləri aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?