'Bölmədə polislər bütün bədənimi başdan ayağa kimi skoçladılar. Necə ki meyidi kəfənləyirlər. Ağzıma da skoç vurdular, tək burnum açıq qaldı. Sonra isə məni yerə yıxıb təpikləməyə başladılar. Rəis Xəyal, müavini Azər, əməliyyatçı Suliddin mənə olmazın işgəncəsin verdilər''. gundemxeber.az xəbər verir ki, bu sözləri Criminal.az saytına açıqlamasında Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsində işgəncəyə məruz qaldığını deyən Muxtar Rəhimov deyib.
M.Rəhimov deyir ki, Həsən Əliyev prospekti 50 ünvanındakı çay evindən bir neçə gün əvvəl edilmiş oğurluğa görə bölməyə çağırılıb və orada işgəncə ilə cinayət boynuna qoyulub: ''Həmin ünvanda yeni tikilən binada ayı 300 manata gözətçi düzəlmişdim. Aprelin 24-də işə çıxdım, 3 gün sonra isə bu hadisə baş verib. Naməlum şəxslər mən işləyən binanın zirzəmisində yerləşən çay evinin qapısı sındırılıb və oyun aparatları, spirtli içkilər oğurlanıb. Aprelin 28-də Seyran adlı sahə müvəkkili gəlib məni 16-cı bölməyə apardı. Gedib bildirdim ki, hadisədən xəbərim yoxdu. Aprelin 30-da məni yenidən bölməyə çağırdılar. Mayın 1-i gecə saat 11-ə kimi məni orda döydülər. Əməliyatçı, rəis, rəis müavini, sahə müvəkkili məni döyməyə başladı. Dubinka, təpik zərbələri vurdular. Sonra özləri nə yazdı-pozdu bilmədim, mənə imzalatdırdılar. Qol çəkməyə halım yox idi. SOnra məni idarəyə müstəntiqin yanına apardılar. Dedilər ki, get kompyuterləri gətir. Axı mən heç nə oğurlamamışam. Oğrular kameraya düşüb. 3 nəfər olublar. Amma məndən yapışıblar. Bu dəqiqə ağırıdan ölürəm, böyrəklərim, daxili orqanlarım ağırıyır. Təcili yardım çağırdıq, ağrıkəsici vurdu''.
16-cı polis bölməsini rəisi Xəyal Şükürov Criminal.az saytına açıqlamasında bildirdi ki, M.Rəhimov şübhəli şəxs kimi polisə gətirilib. İzahatı alınıb, toplanmış materiallar istintaqa verilib, araşdırma aparılır.
Bölmə rəisi M.Rəhimova işgəncə verilməsini təkzib etdi: ''Onu heç kim döyməyib. Ümumiyyət polisdə heç kim döyülmür''.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?