GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abutalibov və oğlu ilə bağlı İLGİNC İDDİALAR

Abutalibov və oğlu ilə bağlı İLGİNC İDDİALAR

Tarix: 30-05-2018, 10:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 478
Abutalibov və oğlu ilə bağlı İLGİNC İDDİALAR


Sabiq mer hər gün Bakı meriyasına niyə gəlir? Bir vaxtlar Suriyaya getdiyi deyilən İsrafil Abutalıbov Biləcəridə restoran açıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı, baş nazirin müavini Hacıbala Abutalıbov yenidən medianın gündəmindədir, bu dəfə həm də oğlu ilə... H.Abutalıbovun özü ilə bağlı ilginc xəbər budur ki, Abutalıbov işdən çıxarıldığı Bakı meriyasından ayrıla bilmir. Belə ki, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. “O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir” deyə, criminal.az saytı fotolu xəbər verib.

Bir aydan artıqdır prezident İlham Əliyev sərəncamı ilə Abutalıbov icra başçısı vəzifəsindən azad edilib. O, aprelin 21-də baş nazirin işdən çıxarılan müavini Abid Şərifovun yerinə təyinat alıb. Yeri gəlmişkən, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər də baş nazirinin müavini vəzifəsində çalışıb. Onun mer təyinatından sonra bu postu A.Şərifov tutub. Yəni prinsipcə, Abutalıbov köhnə iş yerinə və görəvinə qayıdıb.

H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı çəkilsə də, hələlik təyinat yoxdur. Mümkündür ki, Abutalıbov həqiqətən də müəyyən müddət BŞİH-də bəzi işlərin gedişatına nəzarət etsin. Çünki hazırda BŞİH rəhbərliyində başçı və birinci müavin vəzifələri boşdur. Hazırda BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova başçının səlahiyyətlərini icra edir.

Abutalıbovun oğlu ilə xəbər də diqqətçəkəndir. İddia olunur ki, baş nazir müavininin oğlu İsrafil Abdutalıbov Biləcəri qəsəbəsində yeni restoran açıb. Adı “Ətirşah” olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.

Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbovun İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alması xəbəri yayılmışdı. “Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Turizmgazatesi.com-un yazdığına görə, oğul Abutalıbov “Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbovun adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib. Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib (gununsesi.info)

“Sonralar isə belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi. Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da ”Allah yoluna gəlməsini" tələb edirdi" deyə, xəbərdə bildirilir.

Onun hətta Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya getməsi haqda iddialar vardı. H.Abutalıbov isə bu iddialardan danışarkən “bu xəbərlər tamamilə yalandır. Deyilənlər cəfəngiyyatdır. Belə bir şey ola bilməz” demişdi.

Qeyd edək ki, 2013-cü ildə, noyabrda BŞİH başçısı Hacıbala Abutalıbovun paytaxtın mərkəzində istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağını İsrafil Abutalıbovun “Müstəqil Spektr” adlı şirkətinə verdiyi də uzun-uzadı mediada müzakirə olundu. Həmin vaxt bildirilirdi ki, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağı merin oğlunun şirkətinin adına rəsmiləşdirilib. Amma “Müstəqil Spektr” MMC yayılmış məlumatları təkzib etdi. Bakı Şəhər İcra Hakimiyyəti isə bəyan etdi ki, dayanacağın tabeliyində olan Xüsusi Təyinatlı Avtonəqliyyat müəssisəsi tərəfindən idarə olunur./musavat

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ola bilər

    Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ...

    27-04-2018, 14:26

  • 
  • Abutalıbov işdən çıxması xəbərindən danışdı

    Abutalıbov işdən çıxması xəbərindən danışdı ...

    9-12-2013, 11:29

  • 
  • Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini işdən çıxardı

    Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini ...

    15-11-2013, 00:03

  • 
  • Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir

    Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir ...

    20-12-2012, 12:37

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (27)
Avqust 2025 (570)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu