Bakı Şəhər İcra Hakimiyyətində ciddi kadr dəyişikliyi olub. Milli.Az-ın məlumatına görə, bir az əvvəl Hacıbala Abutalıbovun rəhbərliyi ilə keçirilən iclasda Lahiyələrə Baxılması Şöbəsinin rəhbəri (qanunsuz tikililər şöbəsi) Qafar Əhmədov vəzifəsindən azad olunub. Əmri H.Abutalıbov elə iclasda elan edib.
İclasdan dərhal sonra Milli.Az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, Q.Əhmədovun işdən azad olunmasının səbəbi açıqlanmır.
Sorğu
Yeni dizaynımız necədir?