gundemxeber.az Nəhayət ki, gözlənilən dəyişikliyə gedilir. Söhbət Bakı şəhər icra hakimiyyətinin başçısı postunu tutan Hacıbala Abutalıbovun vəzifəsindən alınmasından gedir. Xatırladaq ki, illərdir bu barədə mətbuatda yazılsa da, Hacıbala Abutalıbov əvəzolunmaz bir şəxs kimi öz postundakı mövqelərini qoruyub saxlamaqda idi. Nazirlər Kabinetindəki mötəbər mənbələrdən ötürülən xəbərdə qeyd olunuri ki, bu ilin yanvar ayının əvvəllərində nəzərdə tutulan dəyişikliklər əsasında Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsində islahatın aparılması planlaşdırılır: «Hacıbala Abutalıbov vəzifəsindən alınır və onun başqa bir vəzifəyə təyin edilməsi də planlaşdırılır. Ola bilsin ki, Bakı merinə ya Prezident Administrasiyasında kuratorluq, ya da Nazirlər Kabinetində şöbə müdiri vəzifəsi verilsin. Hələlik dəqiqləşdirmələr aparılır». Mənbəmizin sözlərinə görə, bu proses zamanı illərdir Bakı meri postunu arzulayan və hazırda Gəncəyə rəhbərlik edən Elmar Vəliyevin də arzuları çin olacaq: «Hacıbala Abutalıbovun yerinə Elmar Vəliyev gətirilir. Ən şanslı namizəd odur. Doğrudur, hazırda Şirvana rəhbərlik edən Mərdan Camalovun da şansları yetərincədir. Amma Elmar Vəliyevin məsələsi həll olunmuş kimidir». “Xəbər xidməti”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?