Ağstafa rayonunun Stansiya Poylu kəndindən 27 torpaq sahibi şikayətçidir.
1994-cü ildə rayonda aparılıan torpaq islahatlarından sonra pay torpaqların bölgüsünə uyğun torpaq mülküyətçilərinə o zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət aktı verilib. Hazırda 27 ailənin əlində torpaqlarına dair dövlət aktı olmasına baxmayaraq,onlar torpaqlarını 5 ildən çoxdur ki,əkib- becərə bilmirlər.Həmin torpaqları başqa şəxslər istifadə edir.Digər qsim 200-ə yaxın torpaq mülküyətçisinin torpaqlarında 20-30 sot əskiklik var ki,onlarda narazılıq edirlər.
Mübahisə predimeti olan torpaqlara dair torpaq quruluşu işlərinə təkirar ehtiyac yaranmasını məqsədəuyğun hesab edən 27 narazı ailə ölkə rəhbərliyinə və digər aidiyyatı dövlət orqanlarına şikayət edib. Hətta,şikayətçilərin Dövlət Əmlak Komitəsinə ərizələrə cavab olaraq bildirilib ki,rayon İcra Hakimiyyətinə müraciət etsinlər. Şikayətçilər rayon İcra Hakimiyyətində də dəfələrlə olublar,ancaq məsələ müsbət həll olunmayıb.
Məsələ ilə bağlı bir neçə dəfə Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də telefon zənglərimizə cavab verilmədi.
Məlumat üçün bildirək ki,Ağstafa rayonundan torpağa dair edilən şikayətlər digər rayonlarda baş verən özbaşnalıqlarla müqayisədə bir neçə dəfə çoxdur.Torpaq üzərindən aparılan maxinasiyalar,oğurlanan dövlət vəsaitləri zaman-zaman olub və yüksələn xətt üzrə inkişaf edib.İnternet üzərindən ümumi axtarış sisteminə müraciət edildikdə bu barədə onlarla yazı oxumaq mümkündür.
Şikayətlər əsasında yazılan məqalələrin əksəriyyəti mülk,torpaq,torpaqlara dair saxta sənədlərin tərtib olunması ,mülkiyyətçilərin hüquqlarının pozulması ilə əhatələnib.Bu isə o deməkdir ki,Ağstafada həmin sahəyə məsul şəxslər məqsədli şəkildə sakinləri narazı salıblar.Nəticədə vətəndaşlar şikayət məktubları ilə Azərbaycan Respublikasının ali rəhbərliyini narahat edib,bununla hər iki tərəf vaxt itkisi ilə üzləşməli olublar.Bütün bunlar təbii ki,idarəetmənin səmərəliliyinə mənfi təsir göstərib./faktinfo.az
Sorğu
Yeni dizaynımız necədir?