198 torpaq sahəsindən 22-si investorlara hərrac yolu ilə təklif olunur
gundemxeber.az Bələdiyyələr dekabrın 21-də keçiriləcək sonuncu torpaq hərracına 200-dək torpaq sahəsi çıxarıb. 2009-cu ilin aprelindən keçirilən torpaq hərracları formal xarakter daşıyır. Çünki bir çox torpaq sahələri mövcud istifadəçilərin mülkiyyətinə bu yolla verilir. 198 torpaq sahəsindən 22-si investorlara hərrac yolu ilə təklif olunur. Qalan torpaqlar müsabiqə yolu ilə satılır, bu zaman iddiaçılar təklif edilən məbləği qapalı zərfdə göstərir. Abşeron torpaq şöbəsində Turan-a deyiblər ki, bu rayonun bələdiyyələri 1999-cu ilə kimi hüquqi və fiziki şəxslərin aldığı (Azərbaycanda yerli özünüidarə orqanları formalaşana qədər) torpaq sahələrinin sənədləşməsi ilə məşğuldur. 21 dekabrdakı hərraca 67 torpaq sahəsi çıxarılıb. Torpaqların heç də hamısı mülkiyyətə verilmir. Bir sıra şəhər və kənd bələdiyyələri icarəyə kiçik (100 kv m) və iri (68 ha-ya qədər) torpaq sahəsi verir (cəmi 26). Torpaq sahələrinin əsas hissəsi fərdi ev tikintisi (88), sahibkarlıq obyekti tikintisi (84) üçündür. Qalan torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulub. “İqtisadiyyat şöbəsi”
Sorğu
Yeni dizaynımız necədir?