Beyləqanda Rayon Təhsil Şöbəsi (RTŞ) Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən yoxlana bilər
Məlumat üçün bildirək ki, rayon təhsil müdiri Xuraman xanım Rüstəmova təlaş içindədir.
Onu əvəzləyən Hüsaməddin Babayev isə yoxlamaların tərəfdarıdır. Buna səbəb X.Rüstəmovanın fəaliyyətində nöqsanlar aşkarlanması və işindən azad olunmasıdır.
H.Babayev X.Rüstəmovanın postuna göz dikməkdə ittiham olunur. Polis oğlunun həmkarını bıçaqlaması faktı X.Rüstəmovanın dayaqlarını sarsıdıb.
Bu şəraitdə istifadə etdiyi iddia olunan H.Babayev direktorun yerinə keçməyə hazırlaşır. Gedişatın X.Rüstəmovanın əleyhinə olduğu deyilir.
Çünki Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev, oğlunun əməlindən xəbər tutmuş təhsil naziri Ceyhun Bayramov Rüstəmovanın gedişini istəyirlər.
Hesablama Palatası və Maliyyə Nazirliyi isə kobud qanun pozuntuları aşkara bilər. Onsuz da kor-kor, gör-gör ki, Beyləqan təhsili uçurumun kandarındadır.
H.Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra “meydan sulayıb”. TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər.
Rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir.
Hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" tələb edirlər. X.Rüstəmovanın vəziyyəti olduqca mürəkkəbdir. Onun vəzifədə qalıb-qalmayacağı yuxarılardan asılıdır.
Odur ki, böyük pullar tökməyə hazır olan təhsil müdiri H.Babayevin tələsindən də agahdır. X.Rüstəmova müxtəlif kanallarla yuxarılara çıxmağa çalışır.
H.Babayevin məktəb direktorlarından pul yığması haqda xəbəri də X.Rüstəmovanın mediaya sızdırması haqda iddialar səslənir. Ümumilikdə isə, Tofiq Sadıqovun bərbad günə saldığı və beyləqanlı uşaqların gələcəyini məhv etdiyi Beyləqan təhsilinin üzünə gün doğmur.
Tofiq Sadıqovun yerinə gələn Xuraman Rüstəmova sələfindən betər həkildə Beyləqan təhsilini məhv etməyə çalışır.
Xuraman Rüstəmova Beyləqan Təhsil şöbəsinin müdiri kürsüsünə əyləşir-əyləşməz ilk işi direktorlardan kütləvi şəkildə pul tələb etməsi olub.
Xanım müdirə bu tələbini Beyləqan Təhsil şöbəsinin müdiri vəzifəsini almaq üçün verdiyi rüşvətin yerini doldurmaqla əsaslandırır və bunu gizlətmir də.
Onu əvəzləyən H.Babayev də sələflərinin yolunu davam etdirir. Təhsil şöbəsinin müdiri məsələsində Beyləqanın bəxti heç gətirmir. Xatırladaq ki, martın 10-da həmkarını bıçaqlayan polis oğluna görə Beyləqan rayon Təhsil Şöbəsi direktoru Xuraman Rüstəmova vəzifəsindən çıxarıla bilər.
Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb və fakt rəsmi şəkildə təsdiqlənib. Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov criminal.az-a bildirib ki, yol polis əməkdaşı kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.
Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
REDAKSİYADAN: GundemXeber.Az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?