Tofiq Sadıqovun bərbad günə saldığı və beyləqanlı uşaqların gələcəyini məhv etdiyi Beyləqan təhsilinin üzünə gün doğmur. Tofiq Sadıqovun yerinə gələn Xuraman Rüstəmova sələfindən betər həkildə Beyləqan təhsilini məhv etməyə çalışır. Xuraman Rüstəmova Beyləqan Təhsil şöbəsinin müdiri kürsüsünə əyləşir-əyləşməz ilk işi direktorlardan kütləvi şəkildə pul tələb etməsi olub.
Xanım müdirə bu tələbini Beyləqan Təhsil şöbəsinin müdiri vəzifəsini almaq üçün verdiyi rüşvətin yerini doldurmaqla əsaslandırır və bunu gizlətmir də.
Təhsil şöbəsinin müdiri məsələsində Beyləqanın bəxti heç gətirmir. Qeyd edək ki, bir qısa müddət öncə Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov vəzifədən alındıqdan sonra bir çoxları elə güman elədi ki, uzun illər boyu Tofiq Sadıqovun rəhbərliyi altında bərbad vəziyyətə düşən Beyləqan təhsilində nəhayət ki, hansısa normal bir prosseslər yaranacaq. Çünki uzun illər boyuTofiq Sadıqovun rəhbərliyi altında Beyləqanda təhsil adına sadəcə məktəb binaları qalmışdı desək səhv etmərik. Bu məktəblərin vəziyyəti hələlik bu yazımızın mövzusu deyil, amma doğurdan da Beyləqanda təhsilin səviyyəsi bərdad və Azərbaycanda ən aşağı səviyyədə olması heç kimdə şübhə doğurmur. Xüsusilə beyləqanlılara bunu yaxşı bilir. Çünki Tofiq Sadıqovun 20 illik fəaliyyəti faktiki olaraq beyləqanlı uhaqların uşaqların gələcəyini məhv etməklə nəticələnib.
Çox təəssüflər olsun ki, Beyləqana yeni təyin olunan xanım müdirə də Tofiq Sadıqovun əməllərini elə ilk günlərdən təkrarlamağa və daha böyütməyə başlayıb. Belə ki, Daxil olan məlumata görə Xuraman Rüstəmova Beyləqan Təhsil şöbəsinin müdiri kürsüsünə əyləşir-əyləşməz ilk işi direktorlardan kütləvi şəkildə pul tələb etməsi olub. Xanım müdirə bu tələbini Beyləqan Təhsil şöbəsinin müdiri vəzifəsini almaq üçün verdiyi rüşvətin yerini doldurmaqla əsaslandırır və bunu gizlətmir də. Beyləqan məktəblərinin direktorlandan biri bildirib ki, Xuraman Rüstəmova mülir təyinatından həmən sonra direktorlardan pul tələb edib. Pulun miqdarı isə məktəblərin böyük-kiçikliyinə görə ğüəyyənləşib. Yəni faktiki olaraq Xuraman xanım hər bir dtrektora ayrıca qiymət təyin edib. Bizə məsələni anladan direktoun bildirdiyinə görə hələ bu azmış kimi Xuraman xanım direktoprlardan «artıq dərs saatlarını» da tələb edib.
Xatırladaq ki, hər bir məktəbdə direktorlardan «artıq dərs saatlarını» hər bir direktorun əsas qazanc yeri hesab olunur və Tofiq Sadıqovdan fərqli olaraq Xuraman Rüstəmova direktorların «son tikəsini»də onların boğacından çıxarmağa qərar verib. Çünki Beyləqan təhsil şöbəsinin xanım müdiri bu vəzifəni almaq üçün rüşvət verib…
Qeyd edək ki, Beyləqandan əldə etdiyimiz məlumata görə Xuraman Rüstəmova əvvələr direktoru olduğu 3 saylı Beyləqan şəhər məktəbinə gəlinini gətirmək üçün çalışır. Eyni zamanda Xuraman Rüstəmovanın Beyləqan təhsil şöbəsinə müdir təyin olunmasından əvvəl 3 saylı Beyləqan şəhər məktəbinədə aparılan yoxlamalar zamanı 20 min manatdan artıq mənimsəmə faktı aşkarlanıb. Bu məsələlərlə bağlı detallı məlumatlarla növbəti yazımızda tanış olacaqsınız…
Sorğu
Yeni dizaynımız necədir?