Ötən saylarımızda ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova və mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə, Göygöl uşaq Musiqi Məktəbinin müəllimi Tamara İsmayılovanın müraciətini çatdırmışdıq.
Adı çəkilən xanımın redaksiyamıza çatdırdığı məlumatlardan aydın olur ki, cədvəl üzrə dərs saatı olduğundan o, bu gün məktəbə gedir və bir necə saat sonra isə, direktor onu iş otağına çağırır. Tamara İsmayılovanın bu yöndə çatdırdığı məlumatlara görə, direktor İradə Bağırova onu həyat yoldaşı Saday Bağırovun, qızı Aygül Əliyevanın, son zamanlar özünü həmkarlar təşkilatının sədri kimi təqdim edən və musiqi məktəbində şöbə müdiri vəzifəsini daşıyan Tural Qurbanlının, eyni zamanda ərazi üzrə sahə müvəkkili işləyən Təhmasib İsmayılovun yanında “səni işdən azad edirəm, gedə bilərsən. Sənədlərini də sənə poçtla yollayacam” deyir.
P.S. Görəsən Göygöl uşaq Musiqi Məktəbinin direktoru kimlərə arxayın olur ki, onun törətdiyi qanunsuzluq əməllərinə, hətta polis əməkdaşı da dəstək verir? Yaxud da İradə Bağırovanın dili ilə desək, onun general Bəylər Eyyubova nə dərəcədə qohumluğu çatır? İstənilən halda belə bir nüfuzlu şəxsin adından sui-istifadə etmək, heç cür yolverilməz haldır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?