Bir müddət əvvəl Bakəı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin oluna biləcəyi haqda informasiyalar yayılan Lənkəranın icra başçısı Taleh Qaraşovdan xəbər var.gundemxeber.az dia.az-a istinadla xəbər verir ki, məlumat Qaraşova yaxın dairələrdən sızıb.
Xəbəri verən mənbə bildirir: "Taleh Qaraşov əslində Bakı meri olmaq istəyir. Sadəcə olaraq ona bu imkanı tanımaq istəməzlər. Həm də Qaraşovun sağlamlıq probelmi də var. Bakıya isə çevik bir rəhbər lazımdır. Ona görə də Qaraşovun bu arzuları ürəyində qalacaq. Onun üçün Lənkəranın icra başçısı postu ən uğurlusu və sonuncusudur".
Mənbə açıqlamasında əlavə edib ki, bu xəbər yayılandan sonra Qaraşovun yaxınlarında da bir hərəkətlənmə olub: "Başçı isə "nədən olmasın" deyərək arzularını "yuxarıdakı" dayaqlarına da ifadə edib. Amma qəti rədd cavabı alıb".
Onu da bildirək ki, Qaraşovun Hacıbala Abutalıbovun yerinə təyin oluna biləcəyi haqda ilk informasiya elə portalımızda yer almışdı və bunun ardından Lənkəran RİH adından redaksiyamıza təkzib də göndərildi.
Digər qaynaqlardan isə daxil olan məlumatda deyilir ki, yaxın günlərdə elə Qaraşovun özü ilə bağlı gediş qərarı da verilə bilər: "Çünki onun da adı "vurulacaqlar" siyahısında yer alıb".
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?