GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azəriqaz" əhaliyə necə fırıldaq gəlir... - GİLEY

"Azəriqaz" əhaliyə necə fırıldaq gəlir... - GİLEY

Tarix: 11-07-2018, 15:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 590
"Azəriqaz" əhaliyə necə fırıldaq gəlir... - GİLEY


Bakıda mənzillərdə qaz sayğaclarının istismar müddətinin başa vurmasını, sayğacların az pul yazmasını bəhanə edərək “Azəriqaz”ın əməkdaşları mənzil sahibləri evdə olmadan, heç bir xəbərdarlıq etmədən sayğacları söküb, yeni sayğaclar ilə əvəz edirlər. Halbuki, mənzil sahibi evdə olmadan köhnə sayğacın yenisi ilə əvəzlənməsi qanunsuzdur. Həmçinin sayğacın düzgün işləyib-işləməsi araşdırılmadan, sayğac müvafiq laborotoriyadan keçmədən, az yazdığını iddia edərək, vətəndaşın iştirakı olmadan yenisi ilə əvəzlənməsi də qanunsuzdur. Əslində, sayğacı dəyişmək lazımdırsa, “Azəriqaz”ın əməkdaşları mənzil sahibi evdə deyilsə, rəsmi bildiriş göndərməlidirlər. Buna baxmyaraq, ən yaxşı halda qurumun əməkdaşları sayğacı dəyişib, sayğacın dəyişdirilməsi ilə bağlı aktı qonşuya təqdim edirlər ki, aktı mənzil sahibinə versin. Amma bütün hallarda, bu, yolverilməzdir. Axı, mənzil sahibi niyə sayğacının dəyişdirilməsi barədə məlumatı və yaxud aktı qonşudan almalıdır? Bu halın doğru olmamasına rəğmən, “Azəriqaz” əməkdaşları bu cür qanunsuzluğa yol verirlər. Bu cür qanunsuzluqla üzləşənlərdən biri də məhz “Hürriyyət”in əməkdaşıdır.

Əməkdaşımızın bildirdiyinə görə, ona məxsus mənzildə qaz sayğacının az pul yazması bəhanəsi ilə evdə adam olmayanda sayğacı söküb, yenisi ilə əvəz ediblər: “Azəriqaz”ın əməkdaşları şübhələnirsə ki, sayğac az yazır, bütün hallarda vətəndaş evdə olanda sökməlidirlər. Əslində, yeni sayğac qoyulmadan köhnə sayğac ekspertiziya getməlidir, oradan rəy alınmalıdır ki, bu sayğac həqiqətən də az yazır. Az yazırsa, dəyişdirilməlidir. Normalda bizdə sayğac aylıq 2-3 manat pul yazır. Evdə istilik sistemi olduğundan qışda da mavi yanacaqdan çox istifadə olunmur. Belə desək, ancaq yemək bişirmək, çay qaynatmaq üçün istifadə olunur.

Digər tərəfdən, hətta sayğacda hər hansı problem olsa belə, xəbərdarlıq etmədən dəyişdirilməsi qanunsuzluqdur. Üstəlik, yeni qoyulan sayğacın düz işləyib-işləməməsi də sual altındadır. Bəlkə də çox yazır, vətəndaş hardan bilməlidir.

Üçüncüsü də, heç bir əsas olmadan 36 manat borc yazıblar. Halbuki, köhnə sayğacda 5 manat pul var idi. Əslində, mütəxəssislər ən azı ildə 1-2 dəfə sayğaca nəzarət etməlidir ki, sayğac az, yoxsa çox yazırsa, müəyyən olunsun. Belə deyək, sayğac az yazırsa, bunun vətəndaşa nə dəxli var? Sayğacı vətəndaş quraşdırmır ki. Əgər, plombu yerindədirsə, heç bir kənar müdaxilə yoxdursa, bu məsələdə vətəndaş məsuliyyət daşımamlıdır”.

Əməkdaşmız onu da nəzərə çatdırdı ki, sayğacı dəyişib, prtokol tərtib edilib və onu da qonşuya veriblər: “Yeni sayğacın balansında 10 qəpik olur. 1 manat da kredit almaq imkanı var. Biz bu məbləği 25 gün istifadə etdik. Qaz kəsiləndən sonra yeni müqavilə bağlamaq üçün “Asan Kommunal”a getdim. Bu zaman mənə məlum oldu ki, 72 manat borc yazılıb. Mən orada əsaslandıra bilmədim ki, mən 25 günə 1manat 10 qəpik istifadə etmişəmsə, mənim 72 manat borcum necə yaranıb və neçə ilin borcudur. Tutaq ki,bir aya 5 manat istifadə etmişəm. Axı, sayğac neçə il nəzarətsiz işləyib ki, mən 72 manat borclu qalmışam?! Orada da şahidi oldum ki, bu cür hallar çoxdur və əksər hallarda vətəndaşları məcbur edilər ki, əsassız yazılan borcu ödəsin. Maraqlıdır ki, mənim borcum olmadığı halda, 36 manat pulu haradan yazıblar? Üstəlik də 36 manatı ikiyə vururlar. Hansı məntiqlə bunu edirlər, anlamıram. Bu haqda heç bir açıqlama verilmir”.

Əməkdaşımız məsələ ilə bağlı 28 mayda yerləşən 2 saylı “Asan Kommunal”da şahidi olduqlarını da açıqladı: “Burada mənə aydın oldu ki, onlarla insan evdə olmadan, heç bir məlumat verilmədən sayğaclarını söküblər. Yəni bu, bir növ kütləvi xarakter alıb. Necə ola bilər, sayğacın hamısı az yazır?! Niyə çox yazmır, az yazır? İstismar müdəti bitibsə, vətəndaş evdə olan zaman gəl, sayğacı dəyiş. Və yaxud dəyişirsənsə, bu, borc nədir? Əslində, sayağca görə ödənilən borclar dövlət hesabına ödənilir və borcları sadəcə vətəndaşın belinə yükləyirlər. “Azəriqaz” burada milyonlarla manatlıq korrupsiyaya yol verir”.

“Mənzilə dəfələrlə gedirlərsə, mənzildə heç kim yoxdursa və yaxud qapını açımırlarsa, qüsurlu sayğac yeni sayğacla əvəzlənir”

gundemxeber.az bildirir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Hürriyyət”ə bildirdi ki, sayğacda hər hansı bir qüsur baş verdikdə abonent tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilməliydi: “104, 185 cağrı mərkələzri günün 24 saatı fəaliyyət göstərir. Əgər bu məlumatları “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları aşkarlayırsa, mənzilə dəfələrlə gedirlərsə, mənzildə heç kim yoxdursa və yaxud qapını açımırlarsa, əməkdaşlar tərəfindən o qüsurlu sayğac yeni sayğacla əvəzlənir. Üzərindən çıxan qaz sayğacı laboratoriyaya yoxlanmaq üçün göndərilir. Çox güman ki, özləri evdə olmadığı üçün quraşdırılma aktı qonşuya verilib. Təbii ki, aktı qonşuya veriblərsə, bunu gizlin etməyiblər. Mənzildə adam olmayıb, dəfələrlə mənilzdə adam olmadığına görə aktı da qonşuya veriblər ki, abonent qazsız qalmasın. Həmin o quraşdırma aktını və köhnə kartı abonent “Asan Xidmət” vasitəsilə “Azəriqaz” İstehsalat Birliynin nümayəndələrinə verir və o yeni kart alır”.

“Sayğacda qüsur baş verə bilər”

İ. Kərbalayev onu da dedi ki, 36 manat borcun yaranmasının səbəbləri müxtəlif ola bilər: “Deyirsiniz kartdan sitifadə edib, borc haradan yarana bilər? Sayğacda qüsur baş verə bilər, sayğac mənfiyə işləyər. Nəzərinizə çatdırmaq üçün deyirəm, misal üçün 20 manat pul ödəyər, amma qazdan 40 manatlıq istifadə edər, klapan bağlanmaz. Yəni orada borc, sərf olunan təbii qazın dəyəri yaranar. Onu araşdırmaq lazımdır. Onu müraciət edib, öyrənə bilərlər. “Azəriqaz” İstehsalat Birliyinin “Asan Xidmət”də olan nümayəndələri onlara hər bir detalı izah edər. Yəni abonent istəsə, “Asan Xidmət”də abonent baza məlumatı var. Sayğac quraşdırılan müddətdən indyə qədər həmin vətəndaş nə qədər təbii qazdan istifadə edib, nə qədər ödəniş edib, onların hamısı orada öz əksini tapıb”.

36 manatın ikiyə vurulma məsələsinə gəlincə, “Azəriqaz” İB-nin rəsmisi dedi ki, 1700 kubmetr qazın dəyəri 10 qəpiklə hesablanr: “1700 kubdan artıq sərf edilən qazın dəyəri Tarif Şurasının qərarına əsasən 20 qəpiklə hesablanır. Yəqin ki, ikiyə vurulma söhbəti onunla bağlıdır”.

“Bu, oğurluq kimi bir şeydir”

“Azərqaz”ın keçmiş əməkdaşı Baba Rzayev isə bildirdi ki, mənzil sahibi evdə olmadan sayğacın sökülməsi və əvəzlənməsi doğru deyil: “Bu, oğruluq kimi bir şeydir. Əgər akt bağlayıblarsa, onu imza elətdirməliydilər. O aktın özü rəis tərəfindən təsdiq olunmalıdır, möhür vurulmalıdır. Sonra həmin aktın əsasında o borcu hesablamaqdan ötrü əmr yazılmalıdır. Borcu hesablamaq qaydası var. Bir ay ərzində nə qədər istifadə olunursa, ondan artıq borc yaza bilməzlər. Hələ laboratoriyanın aktı olmalıdır ki, o sayğac düz işləyir, yoxsa işləmir. Ondan sonra onu tətbiq edə bilərlər. Bu, qanunsuzluqdur. Bu iş məhkəmə vasitəsilə yoluna qoyulmalıdır. O sayğac planlı surətdə çıxarılmayıb, o şərlə çıxarılıb. Bir var kütləvi planlı şəkildə sayğacları dəyişirlər. Sən haradan bilirsən ki, o sayğac az yazır? Onlar evinə gedib baxmayıb ki, bu adam aylıq nə qədər qaz istifadə edə bilər. Evə baxıb onun əsasında yoxlamalıydılar ki, bu sayğac düz işləmir. Ona görə də o akt əsassız və qanunsuz aktdır”.

“Bu, abonentin ayağına pul yazmaq üçündür”

B. Rzayev onu da vurğuladı ki, mənzil sahibinin akta qol çəkməsindən başqa, hətta iki nəfər hal şahidi olmalıyıdı: “Laboratoriya rəyi olmadan sayğacı necə dəyişə bilərlər? Bunun hamısı fırıldaqdır. Bu, abonentin ayağına pul yazmaq üçündür. Onların özlərini cərimələmək lazımdır ki, bu cür haqsız hərkətlər edirlər. Laboratoriya rəyi olmasa, o cəriməni də yaza bilməzlər. Evdə adam olmadan istismar olunan sayğacı sökmək, bu sayğacı oğurlamaqdır. “Azəriqaz”ın borclarını ödəmək üçün belə işlər görürlər.

Tək bu, deyil. Məndə 4 məhkəmə işi var. Türkan qəsəbəsində yaşayan bir nəfərə 23 min 400 borc yazmışdılar. Guya ki, həmin adam “levi” xətlər işlədib. Məhkəmə yolu il mən 18 min 600 manatını ləğv etdirdim”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azəriqaz"ın baş direktoru: "Nardaranlılar işçilərimizi döyməsələr, qaz verəcəyik"

    "Azəriqaz"ın baş direktoru: ...

    1-12-2015, 13:15

  • 
  • “Azəriqaz”dan MKT sahiblərinə sərt xəbərdarlıq

    “Azəriqaz”dan MKT sahiblərinə sərt xəbərdarlıq ...

    24-01-2014, 19:29

  • 
  • "Azəriqaz": Nardarana qazın verilməsi istiqamətində işlər görülür

    "Azəriqaz": Nardarana qazın verilməsi ...

    1-12-2015, 13:28

  • 
  • “Azəriqaz”ın limit oyunu - Bu il istifadə olunan qaz ötən ilki kimi sənədləşdirilir

    “Azəriqaz”ın limit oyunu - Bu il istifadə olunan ...

    14-01-2018, 21:41

  • 
  • Əkbər Hacıyevin adamları Sumqayıtda etiraz “bombaları” hazırlayır

    Əkbər Hacıyevin adamları Sumqayıtda etiraz ...

    22-01-2016, 12:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu