“Azəriqaz” İstehsalat Birliyi mənzil-tikinti kooperativlərinə (MKT) xəbərdarlıq etdi.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, bəzi MKT sahibləri öz vəzifələrini yerinə yetirmədiyindən sakinlərin haqlı iradları ilə qarşılaşılaşırlar:
“Onlar iradlardan yayınmaq üçün “Azəriqaz”ın adını hallandırırlar. Bu qətiyyən həqiqətə uyğun olmayan bir mövqeydir. Çünki həmin binaların sakinləri özləri də bilirlər ki, mənzilər satılan zaman bütün infrastruktur təmin olunmalıdır”.
A.Ağayev əlavə edib ki, çox mərtəbəli binalara qaz xətlərinin çəkilməsi, sayağacların qurlaşdırılması “Azəriqaz”ın vəzifəsi deyil: “Burada qaydalar fərqlidir və burada bizim qurumun heç bir rolu yoxdur. Binaya qaz verilməsi üçün mənzil-tikinti kooperativlərinin sahibləri tərəfindən bütün lazimi sənədlər əvvəlcədən olmalıdır.
Bu sənədlər və lazimi infrastruktur olmadan heç bir hündürmərtəbəli bina qazlaşdırılmayacaq. Bütün lazımı işlər də sahibkarlar tərəfindən görülməlidir və bizlik burada heç nə yoxdur. Bir daha onlara bildiririk ki, ictimai rəyi çaşdırmasınlar. Öz məəsuliyyətlərini “Azəriqaz”ın üzərinə yönəltməsinlər. Sözü gedən binaların tikintisini həyata keçirən sahibkarlar diqqətli olmalıdırlar”.
O qeyd edib ki, “Azəriqaz” satış həyata keçirən qurum kimi qazın satışında maraqlıyıq: “Təkcə ötən il ərzində 149 hündürmərtəbəli binanı təbii qazla təmin etmişik və bu da 2012-ci illə müqayisədə təxminən iki dəfə çoxdur. Bu il daha çox hündürmərtəbəli binanı təbii qazla təmin etməkdə maraqlıyıq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?