Cəlilabad rayonunda mexaniki qaz sayğaclarının yeni ilin əvvəlindən sıfırlanmsı bu günədək başa çatmayıb.
Bu baradə məlumatı yerli sakinlər veriblər. Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşları ötən ilin dekabr ayında həyata keçirilməli olan əməliyyatı 2018-ci ilin yanvar ayında həyata keçirməyə başlayıblar. Bu da abonentlərin narazılığı ilə qarşılanıb. Belə ki, sayğacın sıfırlaması zamanı 2018-ci ilin yanvarın 1-dən 9-a kimi istifadə olunmuş qaz sərfiyyatı 2017-ci il ərzində dekabrın 31-dək istifadə olunmuş kimi sənədləşdirilir. Bu fakt sakinlərə verilmiş qəbzlərdə də qeyd olunub. Təbii ki, belə olan halda nəzərdə tutlmuş qaz limitini keçmiş abonent üçün qiymətlər 10 yox, 20 qəpikdən hesablanır. Əslində yanvar ayından qiymətlər ayrılmış limit çərçivəsində 10 qəpikdən hesablanmalı idi. Maraqlıdır ki, "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev ötən gün TV-lərdən birinə verdiyi açıqlamasında ölkə ərazisində mexaniki sayğacların sıfırlanmasının başa çatdığını bildirmişdi. Aşağıda təqdim etdiyimiz QƏBZ bu gün səhər alınıb və üzərində 31.12.2017-ci il tarixi göstərilib. /azadinform
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?