GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə deputatın qohumları “at oynadır”lar-ŞOK İTTİHAM

İmişlidə deputatın qohumları “at oynadır”lar-ŞOK İTTİHAM

Tarix: 10-08-2018, 11:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 195
İmişlidə deputatın qohumları “at oynadır”lar-ŞOK İTTİHAM


“Makarov” markalı tapançanın taleyi isə, rəis müavini Habil Ağayevin sayəsində müammalı şəkildə qalır”

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə hər bir deputat Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərlə bağlı fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Deputat öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş Prokurora, ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Milli Bankının İdarə Heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına və s. sorğu verə bilər. Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya, Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi qaydada yazılı cavab verməlidirlər. Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ da var.
Deputat öz vəzifələrini icra edərkən ilk növbədə vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qaydalarını rəhbər tutmalı, deputat etikasına riayət etməlidir. Deputat qanunazidd hərəkətlərə, habelə yüksək ada xələl gətirə biləcək davranışa, insan şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir. Deputat seçiciləri ilə mütəmadi olaraq əlaqə saxlamalıdır. Seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün, Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər. Bəli, bütün bu kimi və digər addımları atmaq ixtiyarı, Milli Məclisin deputatlarının səlahiyyətinə aid olan məsələlərdir. Bəs 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Xanhüseyn Kazımlının fəaliyyətinə hansı qiyməti vermək olar? Odur ki, bəzi məqamların varlığını çoxsaylı oxucularımızın diqqətinə çatdıraq ki, hər kəs baş verənlərdən az-çox xəbərdar ola bilsin.
Məsələn, bir-iki gün bundan öncə redaksiyamıza müraciət edən İmişli rayon sakini Səmədov Gülməmməd Səməndər oğlu 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş, əslən İmişli rayonundan olan Xanhüseyn Kazımlının, adı çəkilən bu rayonda yürütdüyü qohumbazlıq siyasətinin mənfi fəsadlarından bəhs edir. Onun sözlərinə görə, Xanhüseyn Kazımlının qohumları rayonda bütün strateji vəzifələri ələ keçiriblər və bu gün istədikləri addımlarını da atırlar. Hal-hazırda iş o yerə gəlib çatıb ki, rayonda irəli çəkilmək, özünə karyera qurmaq istəyən bəzi şəxslər, cənab Kazımlının qohumları ilə qohum olmağı, sanki özləri üçün perspektivli addım hesab edirlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, Gülməmməd Səmədov İmişlidə hər cür ədalətsizliklərə qarşı barışmaz mövqe tutan, haqqı-ədaləti müdafiə edən sakinlərdəndir. O, daim vurğulayır ki, “istər özü, istərsə də haqqı tapdalanan hər kəs bürokratik əngəllərlə, korrupsiya hüquqpozmaları ilə üz-üzə qaldıqda, dərhal o, sakinlərin müdafiəsinə qalxır. Həmin vaxt hansı məmurdan şikayətlənən kimi, qarşısında Xanhüseyn müəllimin qohumlarından təpki görür. Belələrindən biri də, İmişlidə "Qəmlo" ləğəbi ilə tanınan və Rayon Polis Şöbəsində rəis müavini vəzifəsini daşıyan Habil Ağayevin olduğu bildirilir. Müraciət müəllifinin sözlərinə görə, hələ bir müddət bundan öncə rəis müavini onu hədələyərək "Özünü yığışdırmasan, avtomobilinə nəşə atdırıb səni həbs etdirəcəyik” deyir.
Səmədov onu da bildirir ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən müəyyən qədər təsir olmazsa, o halda X.Kazımlı, onun qohumları, hətta ona bu və ya digər formada bağlı olan şəxslər rayonu bütövlükdə zəbt edər, imkansızları, əlsiz-ayaqsızları tapdaqlar altında da qoyarlar.
Bəli, bütün bunlar vaxtilə prezidentliyə namizəd olmuş və son parlament seçkisində 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Xanhüseyn Kazımlı ilə bağlı səslənən ittihamlardır. Hələ bunlar harasıdır? Çox yaxın vaxtlarda oxucularımıza deputat X.Kazımlının deputatlıq fəaliyyəti ilə bağlı seçici rəylərini, barəsində mətbuatda və internet resurslarında yer almış qiymətləndirmələri, seçicilərin onun qohum-əqrəbası haqda danışdıqlarını və s. təqdim etməyə çalışacağıq. O halda hər kəs xəbəri olmadığı mətləblərdən xəbərdar olub, bu şəxsə qarşı konkret mövqeyini ortaya qoya biləcək.
Müraciət müəllifi ünvanladığı müraciətində onu da qeyd edib ki, 2016-cı ildə İmişli rayon polis idarəsinin rəis müavini Habil Ağayevin göstərişi ilə, Yalavac kənd bələdiyyəsinin sədri DİN-nin 102 xidmətinə zəng vurur və Gülməmməd Səmədovun onu “Makarov” tipli tapança ilə güllələyəcəyini bildirir. Bundan sonra İmişli rayon Polis Şöbəsində Gülməmməd Səmədovla bağlı təhqiqat araşdırmalarına başlanılır. Həmin vaxt bir nəfər onun üzünə durur və atılan addımın əsassız olmasına baxmayaraq, həmin şəxs faktı təsdiq edir. Təhqiqat şöbəsində iyrimi günlük araşdırma işlərinin davam etdirilməsinə baxmayaraq, heç bir cinayətdən, hansısa həbsin həyata keçirilməsindən söhbət getmir və “Makarov” markalı tapançanın taleyi isə, Habil Ağayevin sayəsində müammalı şəkildə qalır. Şikayətçi onu da vurğulayır ki, hal-hazırda İmişli rayonunda bu və ya digər addımları atmaqla insanları qorxu altında saxlayırlar. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, sən demə Habil Ağayev deputat Xanhüseyn Kazımlı ilə yaxın vaxtlarda qohum olub. Bu da onu söyləməyə əsas verir ki, İmişlidə qohumbazlıq və məmur özbaşınalığı “pik nöqtə”yə çatıb və belə bir səbəblər üzündən də, rayonda vəzifə sahibi olanlar bu gün də “at oynatmaq”dadırlar.
Mövzunu diqqətdə saxlayacağıq.

Natiq Həziquliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlyas İsmayılov Məzahir Pənahovu məhkəməyə verdi

    İlyas İsmayılov Məzahir Pənahovu məhkəməyə verdi ...

    7-03-2014, 17:18

  • 
  • Deputat etik qaydaları pozduqda mandatdan məhrum edilə bilər

    Deputat etik qaydaları pozduqda mandatdan məhrum ...

    12-01-2018, 12:45

  • 
  • Milli Məclisin tapançalı deputatları: silah onlara nə üçün lazımdır?

    Milli Məclisin tapançalı deputatları: silah ...

    17-01-2014, 11:59

  • 
  • Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatır

    Milli Məclisdə boş deputat yerlərinin sayı üçə ...

    23-10-2013, 10:45

  • 
  • Deputat oğlunun adına ərazi aldı, bağça tikdirir

    Deputat oğlunun adına ərazi aldı, bağça tikdirir ...

    29-09-2014, 14:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu