Deputat Əsabil Qasımov İmişlidə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə aldığı ərazidə uşaq bağçası tikdirir.
Bu barədə Mia.az-a rayon sakinləri məlumat veriblər. Onlarınsözlərinə görə, deputat rəsmi olaraq oğlunun adına aldığı ərazinihələ də özəlləşdirməyib: «Ancaq oğlunun adına alınan ərazidə tikintiişləri sürətlə davam etdirilir».
Mia.az onu da xəbər verir ki, deputatın oğlu Taleh Qasımov atasınınbiznes şəbəkəsində əsas fiqurdur: «Əsabil Qasımov bu oğlununönə çıxmasına çox çalışır. Yəqin elə bu səbəbdəndir ki, oğlununadına rəsmiləşdirdiyi ərazidə tikilən uşaq bağçasından da siyasi xaltoplamağa çalışır. Belə ki, deputatın yaxın ətrafı bağçanı HeydərƏliyev Fondunun təşəbbüsü ilə əlaqələndirib, Əsabil Qasımov vəoğlunun xidmətlərini qabartmağa çalışırlar. Amma bunlardan bir soruşan yoxdur ki, əgər bu dövlət və millət üçün səmimi nəsə etməkistəyirsinizsə, o zaman ərazi niyə oğlunun adına rəsmiləşdirilir? Və ya kim təminat verəcək ki, tikili başa çatandan sonra deputat onuoğlunun adına özəlləşdirilməyəcək?».
Sorğu
Yeni dizaynımız necədir?