GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj

Tarix: 21-08-2018, 09:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 496
Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj


Bu park Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün adını daşıyır. “Gənclik” metrosunun çıxışındadır. Vaxtilə şəhərin mərkəzi yerlərindən, xiyabanlarından biri kimi göz oxşayırdı.

► O kişinin adına yaraşmaz

Amma park xarabalığa çevrilib. Məgər türklər bizim tanınmışların adlarını daşıyan parklara, küçələrə belə münasibət göstərirlər?

Amma Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, rus prezident Putindən “Dostluq” ordeni almış Abdin Fərzəliyev göstərir. Özü də Atatürkün adına olan parka…Park deyil, bərbadlıqdır.

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj


AzEuroNews.com–a danışan parkın gündəlik sakinlərindən olanNüsrət dayı parkda oturacaq qalmadığını söyləyir. Onun sözlərinə görə, skamyalar elə bil müharibədən çıxıblar.

“Fəvvarə işləmir, hovuzun suyu quruyur, sonra yağışla, zibillə dolur, təmizlənmir, oturacaqlar tökülüb, özünüz şahidsiniz. Nə bilim, heç o kişinin adına yaraşmayan parka çeviriblər” –,deyə Nüsrət dayı gileylənir.

► Dağılmış skamyalar, hər yan zibil, yelləncəklər yox…

Onun söhbətinə qoşulan təqaüdçü Firudin kişi parkın metro tərəfdən girişinin kafelərə satıldığını, girəcəkdə “gözə kül üfürən” abadlıq işi görüldüyünü bildirir.

Deyir ki, kafelər olmasa, parkın girişi də acınacaqlı vəziyyətdə olar. Ancaq sonra böyük bir ərazi başlanır və bu illər ərzində Nərimanov RİH tərəfindən heç bir təmir işləri aparılmayıb.

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj


Parka gələnlər deyirlər ki, artıq ailəvi gəzmək üçün bura münasib yer deyil: çayxanalar, pivəxanalar, dağılmış skamyalar, hər yan zibil, uşaqlar üçün yelləncəklər sıradan çıxarılıb, parkın Ayna Sultanova heykəlinə yaxın hissəsi avtoparkın və restoranların “işğalındadır”.

Səhər tezdən park nə süpürülür, nə təmizlənir, nə də icra hakimiyyəti tərəfdən skamyalar yenilənir, yelləncəklər, attraksionlar quraşdırılır.

Sakinlərin sözlərinə görə, parkın yenidən qurulmasına ayrılan pulların taleyindən xəbər yoxdur. Nərimanov RİH başçısı A.Fərzəliyev rayonu hansı günə qoyubsa, Atatürkün parkı da o kökdədir.

► Parka ayrılan pullar hardadır?

Prezident hər il icra hakimiyyətlərinə büdcədən vəsait ayırır, bu dotasiyadan Nərimanov kimi paytaxtın mərkəzi rayonu da kənar qalmır.

Di gəl ki, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğu, onların bizim şəxsiyyətlərə ehtiram göstərdiyi halda, A.Fərzəliyev Azərbaycan prezidentinin diplomatik siyasətinə zidd olaraq Atatürkün parkını Suriyanın Hələb şəhərinə döndərib.

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj


Halbuki, bu cür gözəl parkı yenidən qurmaq, müasirləşdirmək olar, yaşıllıqları artırmaq, işıqlandırmanı təzələmək mümkündür, fəvvarələr, skamyalar, attraksionlar düzəldilə bilər.

A.Fərzəliyevin rəhbərliyi dövründə isə bu parkda daşı daş üstünə qoymayıblar. Eləcə də “Nəriman Nərimanov” metrosunun üstündəki eyniadlı parkda heç bir abadlıq işi görülməyib. Bu haqda növbəti reportajlarda yazacağıq.

A.Fərzəliyev 13 ildir ki, bu rayonun icra başçısıdır. Türkiyədə 13 ilə şəhərlər salınır, Atatürk adına parklar, meydanlar, universitetlər yaradılır.

► Türk səfirinə və PA–ya məktub…

Böyük biznes imkanlarına malik olan,Putinin ordenini almış və Həştərxanda tikinti işinə girişmiş icra başçısı isə 13 ildə bir parkı da sakinlərin istirahəti üçün müasirləşdirməyib.

Parkdakı “Şuşa” kinoteatrı da neçə illərdir təmir adı ilə hasarlanıb. Bir zamanlar Bakıdakı ən böyük kinoteatrlardan sayılan bu mədəniyyət evi 5 böyük otaqdan, həmçinin yay zalından ibarət olub.

Parkda istirahət edən insanlarla söhbət əsnasında öyrəndik ki “Şuşa”nın ağır dönəmi məhz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxandan sonra başlayıb.

Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib – Foto/Reportaj


Sakinlər Türkiyə səfirliyinə və Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır ki, parkın abadlaşdırılmasına kömək göstərilsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Atatürkün qəbrini ziyarət etdi

    İlham Əliyev Atatürkün qəbrini ziyarət etdi ...

    12-11-2013, 12:03

  • 
  • Atatürkün arxivlərdən çıxan ən son fotoşəkilləri-FOTOSESIYA

    Atatürkün arxivlərdən çıxan ən son ...

    18-05-2013, 22:50

  • 
  • AKP-nin rəhbər şəxsindən "Atatürkün məzarını da yıxarıq"

    AKP-nin rəhbər şəxsindən "Atatürkün məzarını ...

    3-06-2013, 14:38

  • 
  • Bank Atatürkün qızının evini satıdırır

    Bank Atatürkün qızının evini satıdırır ...

    25-12-2013, 13:45

  • 
  • Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır

    Bu gün “Atatürkü Anma, Gənclik və İdman” ...

    19-05-2014, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu