İlk öncə Sizi öz adımdan və Azərbaycan Xalqının adından salamlayıram! Yəqin bilirsiniz ki, Xalqımız Sizinlə fəxr edir və Sizin adınız Azərbaycanda tez-tez çəkilir. Sizin kimi böyük bir şəxsiyyətətə belə bir mövzuda müraciət etmək istəməzdim, amma məcburam.
Sahibi olduğunuz Azərbaycandakı Nikoil bankda bir sıra xoşagəlməz hallar barədə istədim Sizində xəbəriniz olsun. İndi zərərçəkən qismində özüm çıxış edirəm.
2013-cü ildə Nikoil bankın7350 USD pul ayırdığı mersedes markalı (10 su 254) avtomobili Muradov Qubad adlı şəxsdən aldım. Ödənişləri normal ödədim. Hətta devalvasiyadan sonrada ödənişləri yeni məzənnə ilə ödəmişəm. Bankın işcisi Zeynalov Sunay Hümbət oğlu 14 iyul 2015 tarixində mənim evimə gələrək Nikoil bankın digər işciləri Vəliyev Nurlan və Əşrəfzadə Ali adlı şəxslərin şahidliyi ilə həmin avtomobil üçün 1700 manat nəğd pul almışdır. Lakin həmin pulu banka ödəməmişdir. Yalnız 4 aydan sonra mənim rəsmi müraciətimdən sonra həmin məbləğin 700 manatını ödəmişdir qalan 1000 manatı isə ödəyəcəyinə söz versədə ödəməmişdir.Amma bütün bunlara baxmayaraq mən indiyə kimi həmin avtomobil üçün 8850 USD pul ödəmişəm.
2016-cı ilin yanvarın 1-də mənim yaşadığım ev tamamilə yandığı üçün zərərə düşdüm və demək olar ki çörək almağa pulum qalmadı. Yanğın haqqında əlimdə FHN-nin arayışı və şəkillərdə var. Buna görə Nikoil banka qalan borcumu ödəyə bilmədim. Bu barədə Nikoil bankın Bakıda yerləşən baş ofisinə rəsmi xahiş məktubuda yazdım. Amma görünür onlar bunu nəzərə almayıblar.
Hörmətli Vahid Ələkbərov!
Nikoil bankın 6 saylı filialı aldığım məlumata görə öz qanunlarıyla idarə olunur. Ümumiyyətlə 6 saylı filial Nikoil bankın rəsmi sytında göstərilmir. Sanki belə bir yer yoxdur. Çünki dəfələrlə özümdə və avtomobil rəsmi olaraq adına olan Qubad Muradovda müraciət etsədə ödənişlərin tarixçəsini çap edib bizə verməyiblər. Bu nə məxvilikdir anlamıram?
2018-ci il avqust ayının 22 bankın şikayətiylə həmin avtomobili mənim əlimdən alındı. Mən 8850 dollar avtomobil üçün pul ödəmişəm. Bankın kadr siyasətinin qurbanı olaraq Sunay adlı Nikoil bank işcisinin dələduzluğuna görə 1000 mantım itib batıb və hesaba oturmayıb.
Hörmətli Vahid Ələkbərov!
Xahiş edirəm bu məsələylə bağlı öz köməkliyinizi edəsiniz! Öncədən Təşəkkürlər! Xalqımız Sizinlə fəxr edir!
Sorğu
Yeni dizaynımız necədir?