GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

Tarix: 28-04-2014, 10:03 Bölmə :Siyasət Baxış: 1 698
Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”
Dövlət İqtisad Universitetində şok yoxlamaların nəticəsi kimi sabiq rektorun bütün
adamları və vəzifədəki qohumları xaric edildi; deputat sələfinə qarşı müqavimətsiz qalıb


Deputat, sabiq rektor Şəmsəddin Hacıyevin kadrları silinir. Dövlət İqtisad Universitetində sabiq rektordan qalan kadrlar təmizlənir. Onların yerinə yeni rektora yaxın adamlar təyin olunur. Hakimiyyətin problemli rektorları istefaya göndərməsindən sonra yeni siyasi kurs götürülüb. Məqsəd tələbələri fəallaşdırmağın qarşısını almaqdır.
Ancaq kadr islahatları siyasətində heç bir dəyişiklik yoxdur. Yenə də yeni gələn öz adamlarını başına toplayır. Bunu ADİU-də də görmək mümkündür. Belə ki, artıq sabiq rektorun kadrları çıxdaş edilməkdədir.
ADİU-da demək olar ki, Ş.Hacıyevin kadrları qalmayıb. Qalanlar isə yeni rektorla hesablaşanlar və təyinat aldığı ilk gündən ona sitayiş edənlərdir. Bu barədə “Gündəm-xəbər”ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam etdirilir. Mənbə bildirir ki, gələcəkdə bu islahatlar davam etdiriləcək. Eyni tendensiya Slavyan Universitetində də davam edir.
Buna misal olaraq, ADİU rektorunun imzaladığı əmrə əsasən Zöhrab İbrahimov “Maliyyə” fakültəsinin dekanı, Həmid Həmidov isə Doktorantura şöbəsinin müdiri təyin edilib. Rektorun digər əmri ilə Raqif Qasımov Magistratura mərkəzinin qiyabi təhsil üzrə direktor müavini təyin edilib.
Mənbə qeyd edir ki, artıq buna qədər sabiq rektorun digər kadrları da universitetdən uzaqlaşdırılıb. Redaksiyamıza daxil olan məlumata görə, işdən çıxarılan tədris metodiki mərkəzin direktoru Əsəd Mirzəyev, maliyyə və mühasibatlıq departamentinin rəhbəri Nazim müəllim və rektoru Rüfət Qasımov sabiq rektor Şəmsəddin Hacıyevə yaxın şəxslərdir. Şəmsəddin Hacıyevin İqtisad Universitetindəki başqa kadrlarının da işdən çıxarılacağı gözlənilir.
Martın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunan Ədalət Muradov sələfi Şəmsəddin Hacıyevin kadrları ilə bağlı artıq martın 17-dən qərarlarını elan etməyə başlayıb.
Mənbənin məlumatında bildirilir ki, yeni rektor həmin günü Elmi Şuranın genişləndirilmiş iclasını çağırıb. Mart ayının 17-də Elmi Şuranın iclası olub. Orada Şəmsəddin Hacıyevin rektorluğu dövründə vəzifələrə çəkilənlərlə yanaşı, universitetdə illərdir korrupsiya və rüşvət mexanizminin başında dayananların əksəriyyətinin ərizələrinin alınaraq, vəzifələrinə son veriləcəyi planlanıb.
Artıq Şəmsəddin Hacıyevin universitetdəki qohum-əqrəbaları və digər vəzifəli şəxslər də böyük qorxu altındadırlar. Çünki universitetdə bir neçə qurumdan ibarət heyət yoxlama aparılır. Buna görə keçmiş rektorun komandasının yeni rektora müqavimət göstərmək gücləri də minimuma enib.
Universitet rektorunun imzaladığı əmrə əsasən, ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin magistratura mərkəzinin direktorları, maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad ediliblər.
Digər əmrə görə, Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosent Eldar Azadov təyin olunub. O, indiyə qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb.
Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə Elçin Xəlilov, rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin ediliblər. Elşən Bağırzadə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimidir.
İngilis, rus və türk dillərini bilir.
Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. Müslüm İbrahimov bundan əvvəl “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekan müavini vəzifəsində işləyib.
Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E.Məmmədova həvalə edilib. Rektorun əmrinə əsasən, ali təhsil ocağında ictimaiyyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də “Qaynar xətt” xidməti təşkil edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmsəddin Hacıyevə mandat zərbəsi

    Şəmsəddin Hacıyevə mandat zərbəsi ...

    30-03-2014, 14:25

  • 
  • Şəmsəddin Haçıyevin məkanında smestr bazarı

    Şəmsəddin Haçıyevin məkanında smestr bazarı ...

    13-01-2013, 12:45

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu