ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın mətbuata ünvanladığı bəyanat çıxışını olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“Mən, ABB-nın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bəyanat vermək istərdim: Mənim qardaşıma qarşı istehza və təzyiqlər davam etməkdədir. Artıq yeddi gündür ki, onun haqqında məlumatımız yoxdur. Qardaşıma göndərdiyimiz qida, dərman və geyim əşyalarını hələ də qəbul etmirlər. Cümə günü 21.09.2018 –ci il tarixində Cahangir vəkili Aqil Lahıcov ilə görüşə gəlməmişdir. Mənim müraciətlərim diqqətsiz qalmaqdadır. Hesab edirəm ki, bunu qardaşımın həyatına qəsd kimi dəyərləndirmək lazımdır. Faktiki olaraq bu hallar 15.09.2018-ci il tarixindən başlanmışdır. Baş prokurorluğun göstərişi ilə ailə üzvlərinə görüşlər dayandırıldı, telefon zənglərinə icazə verilmədi, dərman preparatlarının və qidanın qəbulundan imtina edildi. Hal hazırda Prokurorluq tərəfindən Vəkillər kollegiyası vasitəsilə vəkilimiz Aqil Lahıcova böyük təsirlər göstərilir. Vəkillərimizdən biri Fəxrəddin Mehtiyevin vəkillik lisenziyası artıq əlindən alınmışdır. Qardaşımın bütün hüquqları taptalanmaqdadır. Hətta insan öldürmüş cinayətkarı belə qida və dərmanlardan məhrum etmirlər. Baş verənlərdən sual yaranır . Cahangir Hacıyevin bu cür təcrid edilməsi və belə bir təzyiq altında saxlanılması kimə və nə üçün lazımdır?!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?