Sonuncu günü yaşanacaq həftə Qazax ictimaiyyəti üçün heç də uğurlu olmadı. Polis şöbəsində Elmir Axundovun vəhşicəsinə, insanlığa və müasir Azərbaycan polis sisteminə yaraşmayn tərzdə döyülüb öldürülməsi demək olar ki, dünyada sensasiya yaratdı.
Müstəqil Azərbaycanda baş verən bu cür olay dövlətin apardığı siyasətlə əks mövqedə durur. Bəs hər cinayət işini isti izlərlə açmağa çalışan hüquq-mühafizə orqanları Qazaxdakı hadisənin üstünün açılmasına necə yanaşırlar? Bax əsas məsələ də bundan ibarətdir. Mərhumun bacısı, 2-ci qrup əlil Ülviyyə Axundovanın harayına hay verən tapılacaqmı? Onun bütün dünyaya yayılmış ürəkdağlayan videosundan məlum olur ki, qardaşının ölümündə baiskar heç də polisə ictimai dəstək qrupunun üzvü K. Əhmədov deyil. Nə də ötən gün heç bir günahı olmadan həbsə atılan həmin günü polisdə növbətçilik edən İlham Sülüeymanov deyil. Polisdə onsuz da növbətçilik edən 3 nəfər plois əməkdaşından biri güdaza getməli idi. Bu da təsadüfən polis mayoru, bu yaxınlarda təqaüdə gedəcək İlham Sülüeymanovun qismətinə düşüb... Elmir Axundov polis şöbəsində işgəncə üçün nəzərdə tutulan kamerada qəddarcasına öldürülüb. Hansı ki, Ermənistanda girov saxlanılan soydaşlarımıza erməni bu cür faciəni yaşatmayıb. Polis şöbəsinin içərisində belə vəhşiliklər edən xüsusi adam var. Bunlara Elmir Axundovun döyulməsinə göstərişi verən isə Qazax rayon polis şöbəsinin rəisi “skoç Ədalət” ləqəbli Ədalət Əliyevdir. Bəs bunun taleyi necə olacaq? Yenə öz işində, vəzifəsindəmi qalacaq? İcimaiyyətin diqqətindən yayınmayan məsələnin məğzi də bundan ibarətdi. Əyri oturaq düz danışaq. Polisdə başını stola qoyub gecə -gündüz növbə çəkən növbətçi kimdi ki, vətəndaşın döyülməsinə göstəriş verir? Onun səlahiyyətləri həmin gün kağız üzərində olsa da göstərişi verən polis rəisidir. Ona görə də heç bir araşdırma aparılmadan birinci olaraq polis rəisi Ədalət Əliyev təcili olaraq məsuliyyətə cəlb olunmalıdı. İnana bilmərik ki, heç bir sivil ölkədə vətəndaşın əlini, ağızını, ayaqlarını skoçla bağıayıb işgəncə verilə. Bu birbaşa bu dövlətə xəyanət əməli kimi hesab edilir. Ona görə də Qazaxda baş verən bu prosesə ciddi yanaşılmalı, dərəbəylik aradan qaldırılmalı və həqiqi günahkarlar cəzasına çatmalıdır.
GundemXeber.Az-a əlavə daxil olan məlumata görə, Qazax Rayon Polis İdarəsindən meyiti çıxan Elmir Axundovun bacısı Ülviyyə Axundovanın 28 Sentyabrda Yeni Avaz TV-də polis rəisi Ədalət Əliyevin və polisin ünvanına sərt ittihamlar etmişdi. 1 gün sonra 29 Sentyabrda Ülviyyə Axundovanın daha bir videomüraciəti yayılır. Videoda onun əvvəlcədən yazılmış mətni üzündən oxuduğu hiss olunur. 1 gün əvvəl pensiyaçı, əlil, dolanmağa pul tapmayan Ülviyyə Axundova, 1 gün sonra müəllimə, ziyalı, YAP üzvü olur... Növbəti video-nu təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?