GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)

"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)

Tarix: 1-10-2018, 14:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 446
"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)


Son zamanlar təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və hazırladığımız “Avropa işi” hesabatı ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq eşqinə düşüblər.

Bəzi dostları da çaşdırmağa çalışırlar. Onsuz da nəyəsə nail olmasalar da hakimiyyətin “Səs”, “Kaspi” və s. qəzetləri, trolları haqqımızda ağıllarına, ağızlarına gələn şər- böhtanları dayanmadan tirajlayırlar. Kimlərsə onların yolunu davam etdirmək, sifarişlərini yerinə yetirmək istəyirlərsə buyursunlar…


"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)


Amma istərdim gerçək dostlar və maraqlananlar üçün bəzi məqamları qeyd edim. Hazırladığımız “Avropa işi” hesabatı son bir ildə geniş araşdırmaların və gərgin əməyin nəticəsi olaraq meydana gəlib. Və 5 ay öncə Hesabatın Bakıda və Düsseldorfda (Almaniyada) təqdimatı oldu. Azərbaycan, ingilis və alman dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim edildi. 5 ay öncə təqdim olunmuş hesabatın müzakirəsinin indi də davam etməsi yaxşı haldır. Hesabat müəlliflərindən biri kimi aldığım məlumatlardan, gördüyüm münasibətlərdən deyə bilərəm ki, hesabat kifayət qədər maraqla qarşılanıb. Əhəmiyyətli sənəd kimi istinad olunur. Avropada yaşayan mühacirlərimizin fəaliyyətindən dolayı onların ailə üzvlərinə qarşı həyata keçirilən repressiyaları özündə əks etdirən dolğun sənəddir. Bu sənəd mühacirlərimizə həm də dəstəkdir. Rejimi tənqid edənlərə qarşı hakimiyyətin apardığı repressiyaları çılpaqlığı ilə özündə əks etdirən tutarlı sənəddir. Bu sənəddən yalnız Azərbaycan hakimiyyəti və onun monopoliyasında olanlar narahat olublar və yenə narahatdırlar.


"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)


Hesabatı gözdən salmaq üçün bəziləri öz aləmlərində kapmaniya aparırlar. Söz tapa bilmirlər deyə irad tuturlar ki, hesabatı ingiliscəyə və almancaya kim tərcümə edib (!?). Cavid Cabbarlı – Alıshov SMMM- in Avropa koordinatorudur və s.? Adama deyərlər heç sizə dəxli var? İşiniz- gücünüz yoxdur?

Sayğıdəyər dostlar üçün qeyd edim ki, hesabatı ingiliscəyə Bakıda yerli dostlarımız, almancaya isə Almaniyada yaşayan mühacir dostlarımız (Elmir Shireliyev, Elnur Mirze, Fuad Akbarov, Elshan Abdullayev, Camal Seyidli, Sevinc İsgandarova və digərləri) öz daxili imkanları hesabına tərcümə ediblər. Hesabata ailə üzvləri təzyiqlərə məruz qalan 50- yə yaxın mühacir haqqında məlumatlar daxil edilib. Avropada bu məlumatların toplanması və onlarla əlaqənin yaradılmasında əməyi keçənlərdən biri Cavid Cabbarlı olub. O, hesabatın Berlində təqdimatından tutmuş, keyslərin toplanması, tərcümə işi və beynəlxalq təşkilatlara təqdim olunmasına qədər bütün bu işləri təmannasız görüb . Onun adı Hesabatda yoxdur və ümumiyyətlə hesabatla, bizim təşkilatla bağlı marağı, təmannası olmayıb. Mühacir dostların təklifi və mənim xahişimlə o bu işləri görüb. Azərbaycanda olduğu müddətdə onu yaxından tanıdığıma görə xahiş etmişəm ki, mən Almaniyada olmadığıma və ola bilmədiyimə görə hesabatla bağlı bu kimi zəruri işləri əlaqələndirsin, görsün. O da sağ olsun, bunları edib. Vəssalam. Bizim aramızda nə vəzifə, nə də başqa təmanna söhbətləri olmayıb.


"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)


Təşkilatımızı, Hesabatlarımızı və bizləri gözdən salmağa çalışanlara tövsiyyəm budur ki, gedib faydalı işlərlə məşğul olsunlar. Müxalifətçi olduqlarını iddia edirlərsə gedib bu yarıtmaz hakimiyyətə qarşı səmimi mübarizə aparsınlar. Hərgah onların fəaliyyətində və facebook səhifələrində bu görünmür. Yox, hakimiyyətin maşası rolunda çıxış edib kimdənsə MƏDƏT umurlarsa özləri bilərlər. Son illər təmsil etdiyim SMMM qədər Azərbaycanda faydalı işlər görən, siyasi məhbusları və mühacirləri müdafiə edən, bu istiqamətdə konkret sənədlər hazırlayan 2- ci müstəqil ictimai təşkilat yoxdur. Bizə çamurların niyə atıldığının fərqindəyik. Bizi daxili didişmələrinizə, intriqalarınıza qatmağa cəhd etməyin. Bizim bu istiqamətdə, xüsusən siyasi məhbusların və mühacirlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimiz davam edəcək. Bunu hamı bilsin və dostlar da narahat olmasın.
Yola davam!

Yazı Oqtay Gülalıyevin feysbuk səhifəsindən götürülüb.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Avropa işi” Hesabatının 2- ci hissəsini təqdim etdi

    Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Avropa ...

    20-06-2018, 12:39

  • 
  • AŞPA: "Azərbaycan" hesabatı qəbul olundu

    AŞPA: "Azərbaycan" hesabatı qəbul olundu ...

    26-04-2018, 17:12

  • 
  • Siyasi partiyalar maliyyə hesabatı verməkdən imtina etdilər

    Siyasi partiyalar maliyyə hesabatı verməkdən ...

    5-02-2014, 15:54

  • 
  • "Bütün bu problemlərin həll olunması hakimiyyətin siyasi iradəsindən asılıdır" - Oqtay Gülalıyev

    "Bütün bu problemlərin həll olunması ...

    13-05-2016, 10:27

  • 
  • Ştrasserin şərəfli məğlubiyyəti

    Ştrasserin şərəfli məğlubiyyəti ...

    25-01-2013, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (267)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu