GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ştrasserin şərəfli məğlubiyyəti

Ştrasserin şərəfli məğlubiyyəti

Tarix: 25-01-2013, 11:49 Bölmə :Manşet Baxış: 832
Ştrasserin şərəfli məğlubiyyəti

Ştrasser və onun müdafiəçilərinin məğlubiyyəti iqtidarın
qələbəsindən daha ləyaqətli və şərəfli şəkildə baş verdi


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Almaniya parlamentinin üzvü Kristofer Ştrasser-in Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı ətrafında müzakirələri təəssüflə izlədik. Hesabat 125 deputatın bu sənədə qarşı səs verməsi ilə rədd edildi. Bununla da 60-dan artıq siyasi məhbus ailəsinin timsalında ölkə ictimaiyyətinin Avropa Şurasından gözləntisinə sarsıdıcı zərbə vuruldu.
Təəssüf ki, Azərbaycan hökuməti özünün kürü və neft diplomatiyasına söykənərək, son 3 ildə Ştrasser-in məruzəçi kimi mandatını icra etməsinə məhdudiyyətlər yaratmış, onun Azərbaycana səfərini əngəlləmiş və hesabata qarşı AŞPA-da çoxmillətli deputat bloku formalaşdırmışdı. Beləliklə, 2009-cu ildə Azərbaycan hakimiyyətinin başladığı çoxpərdəli antihumanizm tamaşası dünən (red: yanvarın 23-ü) insan hüquqlarının məğlubiyyəti ilə bitdi.
Biz indi əminliklə deyə bilərik ki, AŞPA-dakı 125 nəfərlik «Azərbaycanda Siyasi Diskriminasiyanın Dostları» qrupu bu sənədin əleyhinə səs verməklə korrupsiya, saxta seçkilər və minlərlə insanın iradəsinə zidd formalaşan Azərbaycan parlamenti ilə həmrəylik nümayiş etdirib. Bu oxşarlıq təkcə 125 rəqəmində, yəni Azərbaycan parlamentində deputat yerlərinin sayca 125 olmasında deyil, bu, eyni sayda AŞPA üzvünün Ştrasser-in hesabatına qarşı olan azərbaycanlı həmkarları ilə ortaq dəyərləri paylaşmasındadır.
Ştrasserin hesabatına qarşı çıxan avropalı deputatlar insan hüquqları və demokratiyaya düşmən münasibət bəsləyən azərbaycanlı həmkarlarından düşüncə etibarilə fərqlənmədilər. Bu, Avropayla imitasiyadanuzaq və təməl dəyərlər əsasında bütünləşmək istəyən postsovet ölkəsinin – Azərbaycan vətəndaşlarını üzən bir fakt oldu. Doğrudanmı bizim inteqrasiya etmək istədiyimiz Avropa məkanında milli idarəçiliyimizdə hakim olan korrupsioner əxlaqın havadarları bu qədər güclüdür? Bu sual yəqin ki, uzun müddət Avropada gerçək demokratları düşündürəcək.
Mənim yerli və beynəlxalq həmkarlarım Ştrasserin hesabatının AŞPA-da dəstək qazanması naminə son 2 il boyunca durmadan çalışdılar və çoxmillətli parlament üzvlərindən kömək umdular. Ancaq heç şübhəsiz ki, bu prosesdə daha çox fədakarlıq edən Ştrasser başda olmaqla, AŞPA-nın bir qrup deputatı oldu. Onların səylərini yüksək qiymətləndirməklə, etiraf etməliyik ki, çalışmalarımız siyasi məhbusların azad edilməsi naminə vacib sənəd olan hesabatın qəbuluna yetmədi; bizim humanist dəyərlərimiz, iqtidarın bəzi AŞPA üzvlərinə Azərbaycanda pulsuz istirahət etmək dəvətləri qarşısında aciz qaldı.
Nə etməli? Səylərimizi dayandırmalımı? Məncə davam etməliyik! Başqa alternativimiz yoxdur. Nə qədər ki, Azərbaycan həbsxanalarında 60-dan artıq şəxs siyasi motivlərlə əsassız və ədalətsiz qaydada cəza çəkməkdədir, mübarizəmiz başa çatmayıb – bunu ötücü məğlubiyyət saymalıyıq. Ancaq razılaşaq ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun qeyd etdiyi kimi, bu hadisə iqtidarın qələbəsidir. Cənab Səmədova da aydındır ki, Ştrasser və onun müdafiəçilərinin məğlubiyyəti iqtidarın qələbəsindən daha ləyaqətli və şərəfli şəkildə baş verdi.
Nəhayət, bu hadisə bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti beynəlxalq tənqidə həssas olduğu qədər, öz havadarlarının sayını durmadan artırmaqdadır. Şübhəsiz ki, bu il keçiriləcək prezident seçkisi belə havadarlara Avropa Şurası və ATƏT-in Parlament Assambleyalarında çoxsaylı tənqidlərin önlənməsinə, beynəlxalq seçki müşahidə missiyalarına kürü «həvəskarları»nın peyvənd edilməsinə əlavə motivasiya verəcək. Bu cür təhlükələrin qarşısını almaq və AŞPA-da dünən yaşananların yenidən təkrarlanmaması üçün vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar və mütərəqqi ictimaiyyət aşağıdakı çalışmaları aparmalıdır:
1) Son sessiyada tərəfsizliyini iqtidarın maraqlarına qurban verən AŞPA məruzəçiləri Pedro Agramunt və Joseph Debono Grekh-in mandatlarına xitam verilməsi yönündə ictimai etimadsızlıq kampaniyasına başlamaq;
2) 2010-cu il parlament seçkilərində AŞPA-nın beynəlxalq müşahidə missiyasına rəhbərlik edən şəxslərin bir daha Azərbaycanda keçiriləcək seçkilərə cəlb olunmaması yönündə ictimai müraciətlər hazırlamaq;
3) 2010-cu il parlament seçkilərində ATƏT-in Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasına rəhbərlik edərək, subyektiv bəyanatlar verməsi və Fövqəladə Hallar Nazirliyinin xidməti helikopterindən yararlanan avstriyalı deputat Volfgang Grossruk-la bağlı etimadsızlıq kampaniyasını davam etdirmək (Qeyd edim ki, bugünlərdə Grossruk ATƏT-in Parlament Assambleyasına prezident təyin edilib. Onun bir daha Azərbaycanda keçiriləcək seçkilərə cəlb olunmaması ehtimalı bu yöndə ictimai müraciətlərin hazırlanmasını aktuallaşdırır);
4) AŞPA-nın son sessiyasında Ştrasserin hesabatının əleyhinə səs vermiş bəzi deputatların yaşadığı ölkələrin QHT-lərinə, siyasi partiya və mediasına müraciətlər göndərərək, onları ictimai qınaq kampaniyasına çağırmaq,
Ştrasserin hesabatına dəstək naminə beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaranmasına təşəbbüs etmək və bu prosesdə həmin hesabatda adı çəkilən şəxslərin ailələri ilə beynəlxalq hüquq müdafiə təşkilatlarının əlaqələrinin qurulmasına dəstək vermək.
Anar Məmmədli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mən məğlub oldum” – Kristofer Ştrasser

    “Mən məğlub oldum” – Kristofer Ştrasser ...

    24-01-2013, 11:22

  • 
  • Ştrasserin siyahısı ətrafında qalmaqal

    Ştrasserin siyahısı ətrafında qalmaqal ...

    25-12-2012, 12:29

  • 
  • Siyasi məhbus mübahisəsi

    Siyasi məhbus mübahisəsi ...

    23-12-2012, 10:39

  • 
  • Ştrasser-Seyidov döyüşü

    Ştrasser-Seyidov döyüşü ...

    27-01-2013, 12:21

  • 
  • Demokratiya üçün iki böyük təhlükə

    Demokratiya üçün iki böyük təhlükə ...

    10-04-2013, 09:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu