GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SMMM-in koordinatoru ''atışma zonası''na ''bomba'' atdı...

SMMM-in koordinatoru ''atışma zonası''na ''bomba'' atdı...

Tarix: 7-10-2018, 19:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 524
SMMM-in koordinatoru ''atışma zonası''na ''bomba'' atdı...


Son günlər SMMM-in 6 ay bundan öncə qəbul etdiyi Avropa işi ilə bağlı hesabatının ətrafında baş verən gərgin müzakirələrlə bağlı, həmin təşkilatın koordinatoru Oktay Gülalıyev müzakirə mövzusu olan hesabatla əlaqədar facebook səhifəsində geniş açıqlama verib. Həmin açıqlamanı GundemXeber.Az-ın oxucularına təqdim edirik:

''Son zamanlar şəxsimə, koordinatoru olduğum Siyasi Məhbusları Müdafiə Mərkəzinə (SMMM) və 6 ay öncə hazırladığımız “Avropa işi” hesabatına qarşı hakimiyyətə, xüsusi ilə xüsusi xidmət orqanlarına yaxın informasiya resursları və şəxslər tərəfindən total hücum başlayıb. Eyni zamanda deputat Çingiz Qənizadə “Kaspi” qəzetinə verdiyi müsahibədə bildirib ki, o, mənim haqqımda ölçü götürülməsi üçün hüquq- mühafizə orqanlarına müraciət edib. Olsun, problem deyil. Narahatlıq bu prosesdə bəzi dostların bilərəkdən və ya bilməyərəkdən iştirak etməsidir. Bu gün bəzi qruplar ciddi cəhdlə SMMM- in nüfuzunu zədələmək, dağıtmaq, gərgin əməyin nəticəsi olan və son 6 ayda geniş müzakirələrə yol açan “Avropa işi” hesabatını gözdən salmağa çalışırlar.

Nə baş verir? Siyasi məhbusları, mühacirləri və digər haqqı- hüququ pozulanları ardıcıl müdafiə edən müstəqil ictimai təşkilatı sıradan çıxarmaq üçün kənarda başlanmış prosesi təşkilatın daxilinə gətirmək istəyirlər...

Son günlər baş verənlərə bir daha aydınlıq gətirmək istəyirəm; Biz- SMMM olaraq təşkilatla, “Avropa işi” hesabatı ilə bağlı süni olaraq son baş verənləri müzakirə etmək üçün dünən- şənbə günü toplaşdıq. Bəzi dostlar üzürlü səbəbdən iştirak etmədiyindən 12 nəfər üzvdən 7 nəfərin iştirakı ilə növbəti iclasımızı keçirdik. İclasa təşkilatın koordinatoru olaraq mən sədrlik etdim. 3 saata yaxın davam edən iclasda “Avropa işi” hesabatı ilə bağlı müzakirədə heç bir qərar olmadı. Ümumi razılıq oldu ki, müzakirələr digər üzvlərin də iştirakı ilə daha geniş tərkibdə davam etdirilsin. Vacib işim olduğuna görə mən öncədən elan etdiyim vaxtda iclası yekunlaşdırıb iclas otağını tərk etdim. Məndən sonra da SMMM üzvləri Əlövsət Sadıqlı və Taleh Xasməmmədov da oranı tərk edib. Sonradan məlum oldu ki iclas otağında qalan 4 nəfər dostumuz 12 nəfərlik SMMM adından (!?) bizim və koordinator olaraq mənim xəbərim olmadan (!?), tələm- tələsik (!?), kiməsə xəbər və muştuluq verirmiş kimi (!?) press- reliz yayaraq “HESABATIN geri qaytarılması və ona yenidən baxılması” haqında “qərar” qəbul edərək, bu barədə press- reliz yayıblar...

SMMM-in koordinatoru ''atışma zonası''na ''bomba'' atdı...


- Əvvəla görəsən 4 nəfər dostumuzu kim məcbur edib ki, SMMM- in koordinatoru olaraq iclas barədə həmişə mənim gördüyüm və görməli olduğum işi- iclas barədə məlumat hazırlayıb yaymaq vəzifəsini belə həvəslə öz üzərlərinə götürüblər? Digər tərəfdən onları nə məcbur edib ki, Hesabat geri qaytarılsın. Bu hesabatdan narahat olan yeganə qüvvə hakimiyyətdir, onun tör- töküntüləridir. Bəs onlar niyə hakimiyyətin narahat olduğu hesabata görə narahat olurlar?

- Digər tərəfdən izah etsinlər görək “Hesabatın geri qaytarılma”- sının hüquqi mexanizmi necədir? Hesabat hara qaytarılıb- prezident aparatına, MM- ə, yoxsa DTX- ya !?. Yoxsa Hesabatı mənə qaytarıb təzədən onun üzərində işləməyimə dair göstəriş vermək haqqını özünüzdə tapıbsınız!?

- Siz hansı əsas və haqla 6 ay öncə qəbul edib hamınızın iştirakı ilə təqdimatında iştirak etdiyiniz hesabatı GERİ QAYTARIRSINIZ?

- Bir çox mühacir dostların haqlı olaraq soruşduğu kimi 6 ay öncə hər birinizin emailinə göndərilib qarşınıza qoyulan Hesabatda “qüsurları” o zaman niyə görmədiniz? Niyə bu “qüsurlar” xüsusi xidmət orqanlarına yaxınlığı heç kimdə şübhə doğrumayan kəslər tərəfindən əsassız ittihamlar irəli sürüləndən sonra yada düşdü?

- Siz bilirsinizmi bu addımınz bu gün Azərbaycanda siyasi məhbusları və siyasi mühacirləri ardıcıl və davamlı şəkildə müdafiə edən bir təşkilatı- SMMM- ə ziyan vurub onu dağıtmağa xidmət edir. Sizlər bu addımınızla nəyə nail olmaq istəyirsiniz? Doğurdanmı fərqində deyilsiniz ki, bu təşkilata ziyan vurmaq yalnız hakimiyyətə sərf edir?

Bu Hesabat 3 dildə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. Almaniyanın ölkəmizdəki səfirliyində hesabatın geniş təqdimatı keçirilib. Aldığım təəssüratlar onu deməyə əsas verir ki, sənəd kifayət qədər maraqla qarşılanıb, dolğundur. Əhəmiyyətli və obyektiv sənəd kimi qəbul olunub. Siyasi mühacirlərin üzləşdiyi repressiyalar, Azərbaycan hakimiyyətinin vandal hərəkətləri sənəddə çılpaqlığı ilə əks olunub. Sənəd həm də onlara dəstəkdir. Belə bir sənədi gözdən salmaq kimin maraqlarına uyğundur? Əslində son baş verənlər təkcə mənə, təşkilata, Hesabata deyil, həm də siyasi mühacirlərə qarşı yönəlib.

SMMM- ə qarşı qara və çirkli əllər uzanır. Çox təəssüf ki, bəzi dostlar həmin o qara əlləri rədd etmək əvəzinə o əlləri sıxmaqla məşğuldurlar.

Ataların sözü var; “Ziyanın yarsından qayıtmaq da xeyrlidir”. Dostları ayıq- sayıq olmağa, ziyanınn yarsından qayıtmağa çağırıram. Unutmasınlar ki, “dost əli ilə düşmən daşını elə- belə boş atmazlar”.

Hesabatın geri qaytarılması və ya ondan imtina olunması 6 ay öncə qəbul etdiyimiz qərarı çeynəmək və ondan imtina etmək deməkdir. Hakimiyyətin təzyiqi ilə geri addım atmaq prinsiplərdən və dəyərlərdən imtina etmək deməkdir. Özü də bu imtina hakimiyyətin yanında və maşası rolunda çıxış edənlərin təzyiqi ilə baş verirsə bağışlanmaz hərəkətdir. Mən qəbul olunmuş qərarımıza, dəyərlərə, prinsiplərə sona qədər sadiq qalacam. Hesabatın müəllifi olaraq ondan heç zaman imtina etməyəcəm. Onun hər hansı bir hissəsinin sənəddən çıxarılmasına razı olmayacağam. Hesabat yalnız yeni keyslərin daxil edilməsi ilə yenilənə və təkmilləşə bilər.''
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Avropa işi” Hesabatının 2- ci hissəsini təqdim etdi

    Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Avropa ...

    20-06-2018, 12:39

  • 
  • "Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın" - Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi (FOTO)

    "Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ...

    1-10-2018, 14:08

  • 
  • İnanılmaz yanlışlıq və ya məqsədli təxribat!

    İnanılmaz yanlışlıq və ya məqsədli təxribat! ...

    7-10-2018, 09:56

  • 
  • Hüquq müdafiəçisi saxlanıldı

    Hüquq müdafiəçisi saxlanıldı ...

    19-04-2018, 15:22

  • 
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var

    Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi ...

    20-11-2017, 16:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu