Hüquq müdafiəçisi Oktay Gülalıyevin facebook səhifəsində paylaşdığı məlumatda bildirir: “Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasmammadov Göyçayda polis tərəfindən saxlanılıb şöbəyə gətirilib. Verilən məlumata görə polislər özlərinə xəsarət yetirərək paqonlarını çırıblar (!?). T. Xasməmmədova şöbədə fiziki zor tətbiq edərək bu hərəkətin onun tərəfindən olduğuna dair ondan ifadə almağa çalışırlar.
Hüquq müdafiəçisinə Cinayət Məcəlləsinin 315.2- ci maddəsi ilə cinayət işi açılır. Məqsəd onu həbs edib cəzalandırmaqdır. Çünki o, son zamanlar rayonda və ölkədə baş verən qanunsuzluqları, korrupsiya hallarını, məmur özbaşınalığını şiddətlə tənqid edənlərdəndir.
Gəlin, başqalarının hüquqlarını müdafiə edənlərin özlərinin şərlənib həbs olunmasına imkan verməyək. Etiraz səsimizi qaldıraq!”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?