GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı

“Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı

Tarix: 9-10-2018, 00:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 439
“Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı


Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, uzun müddət KVN-çi aktyorlar tərəfindən geniş reklam olunan “Yeni Bakı” yaşayış kompleksinin əslində şəhərin hər tərəfini bürüyən “qanunsuz tikili” kateqoriyasına aid olduğu üzə çıxıb.

GundemXeber.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu şəhərciyin sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış (“kupça”) ala bilmirlər və ötən həftə sonu küçəyə çıxaraq kütləvi etirazlarını bildiriblər.
Sakinlərin kütləvi narazılıqlarına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən “İlin dörd fəsli” MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb, onlara hər dəfə 3-5 aya “kupça” ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi əslində əkin təyinatlı imiş və burada ev tikilməsi qeyri-qanunidir. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, bunu da evlərinə qanuni sənəd düzəltmək üçün “ASAN Xidmət”ə müraciət edərkən öyrəniblər.
Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Qeyd etmək lazımdır ki, Bakıda əslində qanunsuz tikili statusunda olan və yeni tikilən çoxmərtəbəli yaşayış binalarının sayı yüzlərlədir. Tikinti şirkətləri binanın özülünü qazan kimi hələ hazır olmamış mənzilləri satır, binanı tikib qurtarandan sonra isə məlum olur ki, şirkət ya vergini ödəməyib, ya tikinti aparılan torpaq sahəsi üçün icazə sənədləri qaydasında deyil, yaxud bina istismara qəbul edilmək üçün yarasızdır. Nəticədə belə binaların sakinləri mənzilləri üçün çıxarış ala bilmir.
“Yeni Bakı” yaşayış kompleksində isə vəziyyət daha da mürəkkəb və görünməmiş miqyasdadır. Çünki əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib, mənzillər satılıb, amma bütün bu vaxt ərzində tikinti aparılması qanunsuz olan torpaq sahəsi üzərində salınan şəhərciyin qanunsuz olduğuna heç kim diqqət yetirməyib.
Qeyd edək ki, "İlin 4 fəsli" MTK-nın "Yeni Bakı" yaşayış kompleksi ilə bağlı reklam rolikində orada mənzil almağın əsas üstünlüklərindən biri kimi bütün mənzillərin "kupça" ilə təmin olunacağı göstərilirdi. Amma həmin reklamın çəkilməsindən illər keçsə də kompleksin sakinləri "kupça" üzü görməyiblər. Üstəlik onların mənzillərə mülkiyyət hüququnu verən bu sənədi nə zaman alacağı da üfüqdə görünmür.
“Bəzi sakinlər rayonda qeydiyyatdadırlar, bəzilərimiz polis idarəsində. Bir sənəd lazım olanda rayona getməli oluruq, arayış lazım olanda ala bilmirik. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etmişik, onlara belə sərf etdiyinə görə, bizi veclərinə almırlar. Çünki hər dəfə ev alqı-satqısı edəndə sakinlərdən 3 min manat pul alırlar. Kompleksdə mühafizəçi işləyən Elçin adlı şəxs özünü qoçu kimi aparır, şikayət etmək istəyən sakinləri hədələyir, təhqir edir”, - deyə sakinlər bildirirlər.
Onların sözlərinə görə, bir neçə gün əvvəl 70 sakinin imza atdığı şikayət məktubunu da həmin Elçin adlı şəxs təhqiredici və nalayiq ifadələrlə hədələyərək əllərindən alıb.
Kompleksdə yaşayan Fərid Həsənov deyir ki, bina sakinlərinin “Azərişıq” ASC-yə heç bir borcu olmasa da, şirkət rəhbərliyi onların işığını da kəsə bilir: “5-6 ildir ki, burada yaşayırıq, hər il “kupça” verəcəklərini vəd edirlər, amma hələ də verilməyib. Mənzilə görə tələb elədikləri kommunal ödənişi 3 gün gecikdirdiyimə görə işığımızı kəsdilər. Halbuki, “Azərişığ”a borcum yox idi. Uşaqlı evdir, mən istəmirəm ki, belə qanunsuzluq, özbaşınalıq davam eləsin. Bunlara bir yox deyən tapılsın. Polisə də müraciət edirik, onları da saymırlar. Cənab prezidentdən xahiş edirik ki, bizə kömək eləsin”, - deyə sakin bildirir.
Sakin deyir ki, şirkət rəhbərliyi illərdir onları aldadır, hər dəfə 3-5 aya “kupça” veriləcəyini, Novruz bayramında və ya Yeni il də onları sevindirəcəklərini deyərək yola verirlər.
Bəs əkin təyinatlı torpaqda “Yeni Bakı” kompleksi necə tikilib? Şirkətə bu icazəni kim verib? Bu suallara aydınlıq gətirmək üçün “İlin dörd fəsli” MTK-ya şirkətinə zəng etdik. Məlum oldu ki, şirkətin saytında əlaqə üçün qoyulmuş əksər nömrələri gələn zənglərə cavab vermir. Şirkətin baş ofisindən telefon zənginə cavab verən və özünü Abdul kimi təqdim edən şəxs isə “kupça” ilə bağlı heç nə bilmədiyini dedi, əkin təyinatlı torpaqda bina tikintisinə icazənin kim tərəfindən verilməsini izah edə bilmədi.
Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişdirilməsi yerli icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət edilməlidir, yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişdirəndən sonra orada tikinti aparılmasına icazə verilə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ''Yeni Bakı''nın yeni dərdi-SAKINLƏR OD PÜSKÜRÜR -Fotolar

    ''Yeni Bakı''nın yeni dərdi-SAKINLƏR OD PÜSKÜRÜR ...

    3-10-2018, 18:30

  • 
  • Britaniya komandosunun Azərbaycanda məxfi əməliyyatı üzə çıxdı

    Britaniya komandosunun Azərbaycanda məxfi ...

    20-10-2013, 23:37

  • 
  • Bakının mərkəzində bina sakinləri ilə dönərxana sahibinin mübahisəsi məhkəməyə çıxdı

    Bakının mərkəzində bina sakinləri ilə dönərxana ...

    4-08-2018, 14:35

  • 
  • ""İDF" MMC, Yeni Baki yaşayış kompleksində 10-12 min nəfər sakini dolayısı ilə dövlətin üstünə qaldırır" MÜRACİƏT

    ""İDF" MMC, Yeni Baki yaşayış ...

    7-06-2018, 17:50

  • 
  • Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki... ÇOX PİS NƏTİCƏLƏR OLA BİLƏR

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına ...

    20-02-2017, 21:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu