gundemxeber.az xəbər verir ki, teref.info sosial şəbəkə istifadəçisi Elman Bağırova istinadən Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı şəhərciyinin sakinləri adından müraciəti oxuculara təqdim edir. Sakinlər müraciətdə yazırlar:
Azərsu ASC-nin rəhbəri Qorxmaz Hüseynova, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı şəhərciyinin sakinləri adından müraciət !
Hörmətli, Qorxmaz müəllim ! Sizə müraciət etməkdə məqsədimiz yaşadığımız şəhərcikdə son bir həftədə yaranmış su problemləri ilə bağlıdır. Belə ki, bir həftədir ki, mənzillərimizə içməli su sutka ərzində cəmi 3 saat verilir ki, bunun da guya əsas səbəbi, #İDF MMC tərəfindən Azərsu olaraq göstərilir. Azərsuyun qaynar xətti isə çoxsaylı zənglərimizə tam fərqli cavablar verir. Qeyd olunur ki, Azərsu əvvəlki gücü ilə işləyir, bizdə heç bir problem yoxdur, məsələnin kökünü şəhərciyinizdə və şəhərciyinizə təhkim olunmuş şəxslərdə axtarın. Nəzırinizə çatdırmaq istəyiri ki, "İDF" MMC-nin, rəhbərlik etdiyiniz quruma, bu günə 44 min manata yaxın borcu var. Əgər problem bu borca görədirsə, sizi əmin edirik ki, bu pul sakinlərdən yıgılıb, lakin dövlətə ödənilməyib. Hörmətli, Qorxmaz müəllim ! Bu cavablar bizi çaş-baş salıb və bilmirik dərdimizi indi kimə deyək. Niyə Azərsu ASC, Yeni Baki yaşayış kompleksinin sakinlərini fərdi abonen kimi tanımaq istəmir ? Niyə cəmi 15-20 m məsafədə yerləşən, " Qurtuluş" 93 massivində oldugu kimi, bizə fərdi şəkildə, dövlətin saygacları qoyulmur ? İsti yay günləri, yaradılmış su problemləri şəhərcikdə böyük bir gərginliyə və şəhərciyin haqlı narazılığına səbəb olub. Artıq sakinlər Azərsu və #İDF MMC-nin qeyri-müəyyən cavabları arasında susuz vəziyyətdə qalıb və şəhərcik barıt çəlləyinə bənzəyir. "İDF" MMC, Yeni Baki yaşayış kompleksində 3.00 mənzili olan, 10-12 min nəfər sakini dolayısı ilə dövlətin, birbaşa olaraq isə sizin qurumun üzərinə qaldırır. Əgər qısa zamanda bunun qarşısı alınmasa, yaradılmış bu süni əngəllərə görə, əhalini narazı salıb ayağa qaldıranlara görə, Azərbaycan Respublikasının Prezidentinə şikayət edib tədbirlər görülməsini və bu işdə günahkar olanların cəzalandırılmasını xahiş edəcəyik. Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?