Sumqayıtın internat tipli gimnaziyasında qoçuluq edən müavin Aytən Əliyeva direktorun başını ağradıb
GundemXeber.Az Cahan.info-ya istinadla bildirir ki, gimnaziyanın direktoru A.Əliyevanın döydüyü dayə Sevil Həsənovaya görə polisə düşüb.
Hadisəyə səbəb çətin tərbiyə olunan bir uşağın çarpayını qırması olub. Uşağın valideyni gimnaziyaya dəvət olunub, uşaqdan dayə S.Həsənovanın əleyhinə izahat alınıb.
Budan sonra dayə ilə direktor müavini A.Əliyeva arasında mübahisə sonuncunun qoçuluq eləməsi ilə müşayiət olunub. Belə ki, Aytən Sevili döyüb, qadın zərbənin gücündən yıxılaraq baş nahiyəsindən ağır xəsarətlər alıb.
Zərərçəkmiş təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. “XəzərXəbər”a danışan direktor məsələdən agah olduğunu bildirib və əlavə açıqlama verməyib.
Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva isə gimnaziyada olmasına baxmayaraq müsahibə verməkdən boyun qaçırıb. Hazırda faktla bağlı zərərçəkmişin iddiası əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırma başlanıb.
Gələn xəbərlərə görə, artıq direktor müavininin işindən azad olunması gözlənilir. Eyni zamanda direktorun fəaliyyəti təftiş edilir.
Gimnaziyada nizam-intizam olmadığı, uşaqların tərbiyəsi ilə normal məşğul olunmadığı, valideynlərdən əsassız yerə pul yığıldığı iddiaları sosial şəbəkələrdə qeyd olunur.
Ümumiyyətlə, Sumqayıtın məktəbləri, gimnaziyaları, liseyləri bərbad vəziyyətdədir. Dayənin döyüldüyü gimnaziyanın direktoru isə kimliyini belə gizlədir. Ondan ifadə alındığı, müavinə cinayət işi açıldığı bildirilir.
Ötən il edilən dəyişikliyə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbinin bazasında Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər G. Əsədov adına Tam orta internat məktəbin bazasında Sumqayıt şəhər general M. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.
Eyni zamanda Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbin bazasında Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.
Bu da “dəyişikliyin” nəticəsidir ki, Aytən Əliyeva kimi müavinlər uşaqdan izahat alaraq dayəni döyürlər. Bildirilir ki, indi S.Həsənovadan və ailəsindən şikayəti geri götürməsi üçün yalvar-yaxar edirlər. Amma hələlik polis işi araşdırır və xitam verilməyib.
Bu həm də gimnaziyaya olan etimadı, inamı sarsıtdı. İndi heç bir Sumqayıt sakini övladını bu gimnaziyaya etibar eləməz. Çünki orada cəngəllik qnaunları hökm sürür. Faktiki olaraq, gimnaziyada qoçuluq edən, özünü məmur kimi aparan təhsil işçiləri fəaliyyət göstərirlər.
Məlumata görə, A.Əliyeva çarpayının qırılmasını dayənin üstünə atmaq istəyib. Bu zaman mübahisə yaranıb. Uşaqdan alınan izahat da bu məqsədə xidmət edib. Lakin şərləndiyini deyən dayə etirazını bildirdikdə fiziki zorakılıqla üzləşib, Aytən Əliyeva onu vurub.
Yaşlı bir qadına əl qaldırmaq, aldığı qəpik-quruş maaşla birtəhər dolanan insana xəsarət yetirmək ən azı həmcinsinə yaraşmaz. Bu hadisədən sonra gimnaziya direktoru onu müavinlikdə saxlayarsa, deməli onları birləşdirən hansısa maraqlar var və internatı zəlil günə salmaqdan davam edəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?