gundemxeber.az bildirir ki, bu barədə anspress-ə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Hadisə Yuxarı Daşkəsən qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 1 ünvanında baş verib. Adıçəkilən ünvanda yaşayan 1995-ci il təvəllüdlü Aytən Bəhlul qızı Bayramova baş və aşağı ətrafın əzilməsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 21 yaşlı qadına dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Aparılan araşdırmalar zamanı həyat yoldaşının qadını dabankeşlə döydüyü bəlli olub. Ailə üzvləri bildiriblər ki, Aytən həyat yoldaşı ilə hələ 16 yaşı olanda ailə qurub və onların arasında tez-tez dava-dalaş baş verirmiş. Baş verən son hadisə isə bu davaların kulminasiya nöqtəsi olub.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Şöbədən həyat yoldaşını döyən ərin hələlik saxlanmadığını bildirdilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?