“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı öz feysbuk profilində bir Lənkəranın icra başçısı Taleh Qaraşovun laqeydliyini ortaya qoyub
Gundemxeber.Az Cahan.info-ya isitnadən xəbər verir ki, statusda Azərbaycan şəhidinə qarşı Lənkəran rayon icra hakimiyyəti tərəfindən hörmətsizlik olunduğu yazılıb.
Statusu olduğu kimi təqdim edirik: “Bu gün Lənkəran şəhərində şəhid Saleh İsazadənın birinci ildönümü keçirilir. Şəhidin atası da dünyasını dəyişib.
Şəhidin anası təkdi. İki ay öncə şəhid anası imkansızlıqdan Lənkəran Rayon İcra Hakimiyyətinə il mərasimi ilə bağlı müraciət edib.
Ona bildiriblər ki, narahat olmasın hər bir kömək olunacaq. Lakin ananı pis durumda qoyublar. İnsanlar bir şəhidi anmağa yığılıb gəliblər. Amma ana meydanda tək qalıb.
İcra başçısının birinci müavini Möhübbət Babayevə bu gün müraciət edən anaya deyilib ki, imkan yoxdur, yardım etmirik, hara istəyirsən şikayət et. Allahına şükür et ki, icazə veririk çadır qurmağa.
Dostlar, ictimailəşdirək, rəzilliyin ünvanı Lənkəran Şəhər İcra Hakimiyyətidir. Bu tovarişlərə ar olsun. Lənkərandan olan iş adamları, təcili şəhid anasına dəstək olun! Hörmətli Müdafiə Nazirliyi, bu utanca görə siz də məsuliyyət daşıyırsınız”.
Doğurdan da Lənkəran RİH başçısı Taleh Qaraşov necə kasıblaşıbsa, şəhidin ehsanını verməyə də pulu yoxdur. Amma özü Xanbulanda tikdirdiyi villaya pul tapıb, oğlu bahalı avtomobillərdə gəzməyə benzin tapıb. M.Babayev isə elə zarıldayıb ki, gərək yığışıb ona ianə verəydilər.
Nə etsinlər, İH-də pul yoxdur, çünki prezidentin ayırdığı vəsaitlər mənimsənilib, büdcə boşalıb. İndi T.Qaraşov oğurladığı pulları hardan tapsın, Lənkəranda satdığı yerlərin pulunu necə şəhidin yasına xərcləsin? Ona görə lənkəranlılar ianə toplayıb İH-nə maliyyə dəstəyi verməlidirlər, bəlkə maaşlar gecikir, dolana bilmirlər?!
Əslində, bu ironiyaya adamın gülməyi də gəlmir. Belə rüsvayçılılıq, belə mənəviyyatsızlıq heç yerdə görünməyib. Rəsmi tədbirlərdə özlərini vətənpərvər göstərən, Qarabağdan, Xocalıdan danışan T.Qaraşov və başının dəstəsi xalqın pullarını, dövlətin büdcəsini tar-mar edirlər, şəhidin anasını isə yas məclisində tək buraxırlar.
M.Babayev kimi qalstuklular isə hələ bir minnət də qoyurlar ki, çadır qurmağa şərait yaratmışıq. Sanki şəhid vətən üçün canından keçməyib, içki içərək ölüb. M.Babayevin görünür ki, özünü ön cəbhəyə göndərmək lazımdır. Sonra çadır tapılar...
Cahan.info xəbər verir ki, dövlət şəhid ailələrinə dəsətk verir, prezident qayğı göstərir, amma yerlərdə T.Qaraşov kimi məmurlar şəhid ailələrini vətəndən küsdürür, dövlətdən narazı salırlar.
Qaraşovun 1000 manat pulu olmayıb ki, ehsan verilməsinə ayırsın? Ayıb olsun. Gəlin faktlara nəzər yetirək, görək doğurdanmı Lənkəran İH-nin pulu yoxdur şəhidin yasının təşkil olunmasına maliyyə yollasın?!
Məlumata görə, icra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki, Qaraşovun "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.
Məlumatda həmçinin dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.
Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib.
Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.
Virtualaz.org saytının bir müddət öncə yaydığı xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib.
Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər".
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb.
Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır.
Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib. Amma şəhidin il mərasimini verməyə İH-də pul yoxdur. Həqiqətən də ar olsun...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?