ənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) KİV-də Liman şəhərində aksiya keçirilməsi barədə xəbərlərə münasibət bildirib. ŞİH-dən "Report"a bildirilib ki, 100-ə yaxın Liman sakini və ətrafa toplaşan vətəndaşlar etiraz aksiyası keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər: "Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?