GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR

Tarix: 16-10-2018, 10:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 685
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR


Nurəddin Mustafayev niyə Ali Məhkəmənin qərarında təsbit olunan halların üstündən qara xətt çəkərək xanım hakimlər- Aidə Hüseynin və Kəmalə Abiyevanın saxta qərarlarının icrası üçün dəridən-qabıqdan çıxır?

GundemXeber.Az bildirir ki, «Təzadlar»ın ötən saylarında “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyinin ədliyyə naziri Fikrət Məmmədova «Açıq məktub»unu təqdim etmişdik. Söhbət 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin qanunlarımıza hörmətsizliyinin bəhrəsi olan əsassız və qanunsuz qərarından, sonra bu qərarın Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın həmin qərarı qüvvədə saxlayan tam əsassız və qanunsuz qərarından və mülkiyyətçinin hüquqlarını kobud surətdə pozmasından gedir.

Hakimlərin qanunlara hörmətsizliyini niyə onların qərarlarının icrasını həyata keçirən-Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi davam etdirir?

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR


Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu-15 dəqiqəlik iclasda əməkdaşlarımız iştirak etmişdilər və hakim Kəmalə Abiyevanın hakim adına yaraşmayan hərəkətindən şoka düşmüş, təəssüflənmişdilər. Kəmalə Abiyeva Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində yazılanların üstündən qara xətt çəkərək həmkarı-1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin saxta qərarını dəstəkləməkdən belə çəkinməmişdir. Və özünün 2 oktyabr 2018-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus metal boruların bu işə qətiyyən aidiyyəti olmayan, 3-cü tərəf kimi sonradan süni olaraq məhkəmə çəkişməsinə cəlb edilmiş «Cənnət Park» MTK-ya məxsusluğunu əsas tutaraq boruların üzərinə həbs qoyaraq mülkiyyət-mal sahibinin fəaliyyətini iflic hala gətirmişdir. Təsəvvür edirsinizmi, adətən xanımları (xanımlar bizdən bu ifadəyə görə inciməsin) ürəyi yumşaq, insaflı, ana titutulunu yüksək tutan cəmiyyət üzvləri kimi səciyyələndirmişik. Amma hakim Kəmalə Abiyevanın tutduğu əməl bu təsəvvürü heçə endirir ki, buna da yalnız təəssüflənmək olur.
***
Budur, məhkəmə iclası açıq elan edilir, hakim Kəmalə Abiyeva “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus boruların məsələsinə baxır: «Cənnət Park» MTK-nın iddiası budur ki, guya həmin borular onlara məxsusdur. Hakimlər kollegiyasının vəzifəsi isə odur ki, ciddi məhkəmə araşdırması aparsın, cavabdehin haqsız olduğunu sübutlasın.
Kəmalə Abiyeva, sanki əvvəldən əsassız qərar qəbul edəcəyinin mətbuat səhifələrinə çıxaracağından ehtiyatlanaraq «Jurnalistlərin səs və ya videogörüntü etməsini qadağan edirəm!» deyir. Şəxsən bu sətirlərin müəllifi olaraq artıq başa düşdüm ki, hakimin qərarı qanqaraldıcı olacaq. Çünki təcrübədə bunu artıq çox hallarda sınaqdan çıxarmışıq… Və hakim gözlənildiyi kimi (“Biləcəri Təmir Quraşdırma” QTSC-nin vəkili və rəhbərliyi isə tam arxayındır ki, haqq (pul-haqq yox ha!) onların tərəfindədir, başqa cürə ola da bilməz) heç bir araşdırma aparmır və ən vacibi, iddiaçı «Cənnət Park» MTK-nın nə vəkilinə, nə də sahibinə sual etmir ki, buyurun, siz nə ilə sübut edərsiniz ki, bu borular sizə məxsusdur? Sübutlarınızı təqdim edin!!!
Hakim bunu etmir. Çünki əlahəzrət fakt-Ali Məhkəmənin qərarı ortadadır və birmənalı olaraq yazılıb ki, bu boruların heç bir halda «Cənnət Park» MTK-ya aidiyyəti ola bilməz!!!
Bəs hakimlərin qanunlara hörmətsizliyini niyə onların qərarlarının icrasını həyata keçirən-Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev davam etdirir? Onun istəyi nədir? Qanunları, bu qanunları hörmətli etməli olan məhkəmə sistemimizi gözdən salmaqmı?!

Nurəddin Mustafayev nədən illərlə icrasız qalan məhkəmə qərarlarını deyil, hakim Kəmalə Abiyevanın saxta qərarının icrasını özünə dərd etməkdədir?

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR


…Hakim Kəmalə Abiyeva isə məhkəmə iclasında olmayan halları, etmədiyi qanuni hərəkətləri və xüsusatları saxta qərarına daxil etməkdən isə çəkinməyib. Hakimin xəbəri yoxdur ki, onun məhkəmə iclasındakı qadağasına baxmayaraq biz açıq məhkəmə iclası olduğundan «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq bütün prosesi diktafona yazmışıq. Hakim isə qanunsuz olaraq, hər şeyə tüpürərək gözə kül üfürür və borulara həbs qoyulması barədə qərarında yalandan, təkrar edirəm, ağ yalandan yazır ki: «Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçının ərizəsini işin materialları ilə birgə araşdıraraq hesab edir ki…». Hakimin yerinə şəxsən mən utanmaq istəyirəm bu yalanlara görə. Axı, iclasda iki jurnalist iştirak edirdi və biz sonadək şahidik ki, hakim heç bir araşdırma aparmadı və iş materialları ilə isə məhkəmə zalında tanış olurdu, ümumiyyətlə, işdən tam xəbərsiz idi, işi oxumadan zala daxil olmuşdu. Nə qədər Allahsız olmalısan ki, iş materiallarını «Araşdırdım…» deyəsən! Araşdırma aparılmışdırsa, niyə «Cənnət Park» MTK-nın vəkilinə və ya sahibinə sual edilmədi ki, sübutlarınızı təqdim edin!!!
Bu azmış kimi, hakim Kəmalə Abiyeva qərarında dəfələrlə mübahisələndirilən metal boruları «Cənnət Park» MTK-nın mülkiyyəti kimi yazır. Vallah ayıbdır!!! Ayıbdır ona görə ki, ortada Ali Məhkəmənin qərarı ola-ola, iki qadın hakim birləşərək qanunlarımızın başına corab hörürlər…

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq -FOTOLAR


Ali Məhkəmənin qərarında metal boruların mülkiyyətçisinin kim olduğu açıq-aydın yazılıb…

Bu da son: xanım hakimlər-Aidə Hüseynin və Kəmalə Abiyevanın diqqətinə çatdırırıq ki, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində aydın şəkildə yazılıb: “...Müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Əlavə şərhə ehtiyac varmı???

Vurulan teleqramları nazir Fikrət Məmmədovdan gizlədən kimdir?

Neçə gündür Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Mustafayev Nurəddin Yusif oğlu əsas fəaliyyət istiqamətlərini unudaraq illərlə icrasız qalan vacib məhkəmə qərarlarını bir kənara atıb, hakim Kəmalə Abiyevanın qərarının icrası yolunda az qalır can qoysun! Niyə belə deyirik. Hakimin qərarına əlavə edilmiş icra vərəqi yazılan kimi, hələ qarşı tərəfə bu sənəd verilməmiş Nurəddin Mustafayevin adamları qızıl quş kimi metal boruların üzərinə şığıyıblar. Və başlayıblar həmin boruların saxlanma yerindən daşıdılmasına… Nəzərə almadan ki, bu metal borular barədə Ali Məhkəmənin qərarı var. Nəzərə almadan ki, qarşı tərəfin bu qərardan şikayət vermək hüququ var… Və “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi Nurəddin Mustafayevin bu özbaşınalığından nazir Fikrət Məmmədova teleqramlar vurur, amma reaksiya yoxdur. Məlum olur ki, Nurəddin Mustafayev həmin şikayətlərin nazirə çatdırılmasına imkan vermir.
Bu qədər də özbaşınalıq olarmı? Nurəddin Mustafayev İcra Baş İdarəsinin «Əsasnaməsi»ni oxumayıb? Oxuyubsa, bəs bu nə özbaşınalıqdır??? Amma “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi və kollektivi inanır ki, nazir Fikrət Məmmədov nə yolla olur-olsun bu özbaşınalıqdan xəbər tutacaq və müəssisənin fəaliyyətinə badalaq vuran məmurlar və hakimlər ciddi şəkildə cəzalandırılacaq.
A.Məmmədli

P.S.Yazı çapa hazırlanarkən məlum oldu ki, Nurəddin Mustafayevin tapşırığı ilə icra məmurları yenidən boruların saxlandığı əraziyə hücum çəkib, aparmağa çalışıblar, bu cəhdin qarşısı yenidən alınıb… Deyəsən, kimlərəsə uzun borular lazımdır… Haram yollamı?!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Apellyasiya Məhkəməsi Əli İnsanova 50 min manatı qaytarmadı

    Apellyasiya Məhkəməsi Əli İnsanova 50 min manatı ...

    13-10-2016, 23:02

  • 
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43

  • 
  • Avtoritetlərin qaçışında ittiham edilən polkovniklə bağlı qərar

    Avtoritetlərin qaçışında ittiham edilən ...

    7-11-2017, 14:46

  • 
  • Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

    Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır ...

    17-01-2014, 12:34

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu