Dünən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şura iclasını Jurnalistlərin Həmkarlar İttifaqının və şikayətlər komissiyasının sədri Müşfiq Ələsgərli açıq elan edərək gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Həmin məsələlərdən biri, iki il öncə “Veysəloğlu” MMC-nin “Gündəm Xəbər” qəzetinə qarşı etmiş olduğu şikayət olub. Onu da bildirək ki, adı çəkilən şirkətlə redaksiya arasında mübahisəli məsələlər Nizami rayon Məhkəməsində araşdırıldıqdan sonra, 31 yanvar 2017-ci il tarixdə məhkəmə qərarı çıxarılır. Yəni, həmin vaxtdan 1 il 9 ay keçməsinə baxmayaraq, dünən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası belə bir məsələni müzakirəyə çıxarır. Hətta, Şura üzvləri çıxarılmış məhkəmə qərarından əvvəlcədən xəbərdar olsalar belə, nədənsə onlar ““Məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet barəsində hökm çıxarılıb” deyə, məsələni baxılmamış saxlayırlar”. O halda sual oluna bilər ki, Şura üzvlərini belə bir addımı atmağa vadar edən səbəblər nədir? Digər tərəfdən, “Veysəloğlu” MMC təqribən iki il bundan öncə Mətbuat Şurasına şikayət edir, dünən Şuranın Şikayətlər üzrə Komissiyasıda bu məsələni müzakirəyə çıxarır. Bu cür addımların atılması, məhz Şuranın “operativ fəaliyyəti”ndən xəbər vermirmi? Daha düşündürücü hal isə, komissiya üzvlərinin məsələyə Yasamal Rayon Məhkəməsində baxılmasını ifadə etmələridir. Məsələ ilə əlaqədar “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri ilə əlaqə saxladıqda o, ünvanladığımız suala cavabında bildirdi: “İki il öncə baş verən bu mübahisəli hadisəni bu şəkildə yenidən gündəmə gətirmək kimlərə və nəyə görə gərəkdir? Suala cavabım budur ki, kimlərsə bu işdə, özü də Şura daxilində maraqlıdırlar və süni əngəllər yaradırlar. Məncə Şurada belə mənasız sifarişləri həyata keçirənləri elə Şura rəhbərliyi ifşa etməlidir. Biz MŞ-nın fəaliyyətinin bəzi məqamlarının qərəzli və sifarişli olmasını dəfələrlə bəyan etmiişik. Amma, onlar hansısa yüksək çinli məmurlara arxayın olaraq, yenə də bu yöndə fəaliyyətlərini davam etdirməkdədirlər. Bunu da deyim ki, şəxsən cənab Prezident tərəfindən MŞ-na bu qədər vəsait ayrılırsa, mənəvi dayaq olunursa , onlarda azad mətbuata dayaq olmalı və hansısa dövlət məmurunun maraqları çərçivəsində çıxış etməməlidirlər. Bu məncə, Prezidentin mətbuata olan ümidlərinə zərbədir. Bu gün erməni lobbisinin, Azərbaycana nifrət edən beyin mərkəzlərinin informasiya savaşında Azərbaycana qarşı, şəxsən Prezident İlham Əliyevə qarşı apardıqları qərəzli savaşa Şura mükəmməl cavab vermir, amma illər öncə olmuş hansısa şikayəti gündəmə gətirib, məncə şou yaradır. Amma mən, baş redaktor olaraq bu dövlət, Prezident İlham Əliyevin dövləti daha da güclü etmək üçün apardığı siyasəti dəstəkləmiş və dövlətdən bir manat belə pul almadan əlimdən gələni etmişəm. Kimlərinsə xəttiylə bu dövlət adından hər il pul alanlardan fərqli olaraq mən dövlətə olan sevgimlə bunları bir vətəndaş borcu olaraq etmişəm. Qərəz hər zaman olur. Amma unutmayaq. Bu günlərdə Mikayıl Muşviqin yubley zamanı olacaq. Gördüyünüz kimi hamı bu şəxsiyyəti yad edir. Amma bu şəxsiyyəti məhv edənlər itib-batır. Şuraya tövsiyyə edirəm ki, tariximizdə güllə atan kimi yox, qoruyan kimi qalın. Bu dövlət buna görə güclü olacaq”.
Sorğu
Yeni dizaynımız necədir?